Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nizami rayon təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial aksiya keçirib

YAP Nizami rayon təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial aksiya keçirib

20.01.2024 [13:04]

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial aksiya keçirib.

Aksiya iştirakçıları Nizami rayonu ərazisində yaşayan 20  Yanvar əlilləri və şəhid ailələri ziyarət olunub. Partiya fəalları şəhid ailələrinin və əlillərin qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, faciədən uzun müddət keçsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından, sağlamlığından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki dövlət müstəqilliyimizin bərpası yolunda ilk cığırları onlar açıblar. Diqqətə çatdırılıb ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Şəhidlərin xatirəsi əbədiləşdirilib, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirilib. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə diqqət və qayğı göstərir.

Şəhid ailələri və əlillər də göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 518 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31