Qarşılıqlı faydalı əməkdaşlıq
13.03.2024 [11:48]
Strateji tərəfdaş və müttəfiq dövlətlər olan Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərdə-xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birini dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir. Martın 11-də ölkəmzidə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbul edilmişdir. Görüşdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış etmişlər.
Qardaş ölkənin dövlət başçısına səmimi arzularını çatdıran cənab Prezident İlham Əliyev diqqəti iki qardaş ölkənin münasibətlərinin dinamikasına yönəldərək bildirib ki, son yarımil ərzində qarşılıqlı səfərlərin sayı bu münasibətlərin nə qədər səmimi, dostyana olduğunu göstərir.
Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünü yüksək qiymətləndirən ölkəmizin başçısı bu məktəbi Qazaxıstanın Azərbaycana qardaş köməyi, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyinin ifadəsi adlandırmışdır. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması yönündə Qazaxıstan Respublikasının tutduğu mövqedən razılığını bildirən dövlətimizin başçısı qeyd etmişdir: “Həmçinin ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq.”
BMT və Türk Dövlətləri Təşkilatında ölkələrimizin birgə fəaliyyətini uğurlu adlandıran cənab İlham Əliyev qeyd edib ki, “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.”
Neft-qaz sənayesi və “yaşıl” enerji sahəsində hər iki ölkənin qarşılıqlı əməkdaşlığının yüksəldiyini qeyd edən ölkə başçısı bildirdi ki, bu sahəyə hər iki dövlət tərəfindən böyük investisiyalar yatırılıb və bu gün ölkələrimiz paralel istiqamətlər üzrə hərəkət edir.
Qardaş Qazaxıstan Respublikasının rəhbərini beynəlxalq məsələlərdə nüfuzunun daim yüksəlməsində əldə olunan nailiyyətlərə görə təbrik edən cənab İlham Əliyev: “Bu, bizim üçün çox mühümdür, qardaş xalqla qürur duyuruq. Çünki bu gün Qazaxıstan beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar atır, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malikdir”-deyə həyata keçirilən siyasəti alqışlayıb.
Cənab Prezident İlham Əliyevin bəyanatından göründüyü kimi, Qazaxıstanla münasibətlərimiz Türk dünyasının inkişafında, dövlətlərarası münasibətlərdə kifayət qədər rola malikdir və hər iki ölkə rəhbəri bu münasibətlərin inkişafında, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05

