Qloballaşan dünyanın yeni tələbləri
18.03.2024 [17:32]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİ-nin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi.
Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu gün faktiki olaraq dünyada gedən ictimai-siyasi və iqtisadi proseslərə bilavasitə nəzarət etmək imkanına malik olan ABŞ Konqresi ilə erməni lobbisi arasında çox isti münasibətlər mövcuddur. Eyni sözləri Fransa senatı haqqında da söyləmək mümkündür.
Bu qeyri-müəyyən münasibət isə Ermənistanın işğalçılıq əməliyyatlarını genişləndirməsinə əlverişli şərait yaradırdı. Ermənilər beynəlxalq birliyin hadisələrə obyektiv reaksiya verməməsindən istifadə edərək yeni təcavüz aktları həyata keçirir, Azərbaycanın ərazi bütövlüyünə qarşı müxtəlif təhditlərə yol açırdı. Ancaq bu gün həm Ermənistanın, həm də bütövlükdə onun havadarları olan ölkələrin unutduğu bir məsələ var. Azərbaycan bu gün artıq daha güclü və qüdrətli bir ölkəyə çevrilib. Azərbaycanın haqq səsi Beynəlxalq tribunalardan eşidilməkdədir. Ölkə Prezidentimiz cənab İlham Əliyevin xarici siyasəti nəticəsində Azərbaycan öz missiyasının öhdəsindən layiqincə gəlmək istiqamətində uğurla addımlamaqda davam edir.
Bu uğurlu siyasətin davamı olaraq cari ilin Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XI Qlobal Bakı Forumu öz işinə başlayıb. Forumun bu dəfəki mövzusu “Parçalanmış dünyanın bərpası”dır.
Prezident İlham Əliyevin bu formda çıxışı zamanı bir daha qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası, regiondakı əsas geosiyasi dəyişikliklərdən biridir. Uzun illər davam edən münaqişənin həllində Azərbaycan sülh yolu ilə həll tapmağa çalışsa da, nəhayət, münaqişənin hərbi-siyasi yolla həlli ilə ədaləti və beynəlxalq hüququ öz gücü ilə bərpa etdi. Bu, Azərbaycanın müstəqilliyi və qətiyyətini, həmçinin beynəlxalq hüququn normalarına sadiqliyini nümayiş etdirir.
Ümumilikdə isə Forumun gedişində təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınmış, qarşıda duran çağırışların həlli yolları müzakirə olunmuş, dünyanı sarsıdan münaqişələrə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulmuşdur.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57

