Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

07.12.2021 [11:59]

07.12.2005

İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının üçüncü fövqəladə zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib, İslam dünyasının ən müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olub.

İslam dünyasının ən müqəddəs şəhəri olan Məkkədə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının üçüncü fövqəladə zirvə toplantısında iştirak edib.

Məkkə şəhərində, İslam Konfransı Təşkilatının üçüncü fövqəladə zirvə toplantısı çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf;

İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad;

Tacikistan Prezidenti Emoməli Rəhmonov;

Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai;

Bruney sultanı Həssənal Bolkiah;

Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Bülənd Arınç;

İKT-nin baş katibi Ekmələddin İhsanoğlu;

İordaniya Kralı II Abdulla;

Banqladeşin Baş naziri Xalidə Ziya Rəhman;

Rusiya Prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli nümayəndəsi Kamil İshakovla görüşüb.

İran İslam Respublikasının Mahmud Əhmədinejada başsağlığı məktubu ünvanlayıb.

07.12.2006

Prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Xudat şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Xudat şəhərində sərhədçilər üçün tikilmiş yaşayış şəhərciyinin, Xaçmaz şəhərində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının, Xaçmaz şəhərində Xalça muzeyinin, Xaçmaz şəhərində modul tipli elektrik stansiyasının açılış mərasimində iştirak edib, Nabran qəsəbəsində tikilmiş “Malibu”, “Palma” və “Atlant” istirahət mərkəzləri, Xaçmaz mədəniyyət və istirahət parkı, Xaçmaz şəhərində açıq səma altında yaradılmış Şəxsiyyətlər muzeyi, Xaçmaz tarix-diyarşünaslıq muzeyi, Xaçmaz şəhərinin mərkəzində, Heydər Əliyev prospektində ucaldılmış “Qoşa qapı” ilə tanış olub.

T.X.Şirəliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

XALQ artisti Tamilla Şirəliyevaya təbrik məktubu ünvanlayıb.

07.12.2009

Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi;

Təltif edilməsi;

Bakı Buxtasında liman məntəqəsinin tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

07.12.2011

Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

07.12.2012

Sloveniya Respublikasının yeni seçilmiş Prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.

Azərbaycan Texniki Universiteti binasının əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

07.12.2015

Vergi Məcəlləsində;

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi;

Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi;

Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu;

Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi;

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi;

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun;

Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman;

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Sərəncam imzalayıb.

07.12.2016

Mərkəzçi Demokratlar İnternasionalının prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın başçılıq etdiyi, Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario David və Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya, Asiya və Sakit okean regionu üzrə baş koordinatoru Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini;

Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun;

Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşın etimadnaməsini qəbul edib.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında;

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanında dəyişiklik edilməsi;

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərman;

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi;

Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi;

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi;

“Lisenziyalar və icazələr haqqında”;

“Reklam haqqında” Qanunda dəyişiklik edilməsi;

Kredit büroları haqqında Qanun;

Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı məktubu ünvanlayıb.

07.12.2017

Quba şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezidenti İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Ulu Öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi magistralının 45-202 kilometrlik hissəsində tikiləcək avtomobil yolunun təməlqoyma, Quba “ASAN həyat” Kompleksinin, Quba Bayraq Muzeyinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının, Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılış mərasimində iştirak edib.

07.12.2020

İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu imzalayıb.

Paylaş
Baxılıb: 160 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31