Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

14.12.2021 [10:34]

14.12.2003

Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin cənazəsini Bakıya gətirən təyyarəni qarşılayıb.

Təzəpir məscidində verilən ehsan mərasimində iştirak  edib.

14.12.2005

Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak və çıxış edib.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi;

Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarına fəxri adların verilməsı;

Təltif edilməsi;

“Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında borc sazişinin (bakı-samur layihəsi)” təsdiq edilməsi barədə Sərəncam;

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanununun icrasının təmin edilməsi barədə Fərman;

Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında Konstitusiya qanunu imzalayıb.

14.12.2006

Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fəhd Saad Səid əl-Meyin etimadnaməsini qəbul edib.

14.12.2007

Funikulyorun yaxınlığında aparılan yenidənqurma işləri ilə;

Nərimanov rayonu ərazisində, Nəsib bəy Yusifbəyli küçəsinin davamı olaraq yeni salınan 1,4 kilometr uzunluğunda olan yolla tanış olub.

Qubadlı şəhəri Qara İlyasov adına 1 saylı orta məktəbin kollektivinə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında;

Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında;

“Əmək pensiyaları haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi;

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında;

Vergi Məcəlləsinə  əlavələr və dəyişikliklər edilməsi haqqında Qanun imzalayıb.

14.12.2009

Rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə fəxri adların verilməsi;

Təltif edilməsi;

X.S.Səmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi;

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi;

Bakı Xoreoqrafiya Məktəbinin əməkdaşlarının təltif edilməsi;

Bakı Xoreoqrafiya Məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi;

X.B.Yusifzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

14.12.2010

Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranın etimadnaməsini qəbul edib.

14.12.2011

H.C.Xudiyevə “Əməkdar Jurnalist” fəxri adının verilməsi;

F.Q. Səmədovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi;

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına “Əməkdar Mühəndis” fəxri adının verilməsi;

Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi;

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi;

Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi haqqında Sərəncam imzalayıb.

14.12.2012

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların;

Ali hərbi və ali xüsusi rütbələrin verilməsi;

Bir qrup əməkdaşının təltif edilməsi;

Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərinin təyin edilməsi haqqında Sərəncam;

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında;

Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında;

Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında;

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında Qanun imzalayıb.

14.12.2013

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə;

Bəhreynin Kralı şeyx Həməd bin İsa Al Xəlifəyə;

Azərbaycan müəllimlərinin XIV qurultayına təbrik məktubu ünvanlayıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi;

Təltif edilməsi haqqında Sərəncam imzalayıb.

14.12.2015

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi;

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında Fərman;

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi;

Hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında Sərəncam imzalayıb.

14.12.2016

“Avtomobil yolları haqqında”;

“İnvestisiya fondları haqqında”;

“Qiymətli kağızlar bazarı haqqında”;

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”;

“Dövlət rüsumu haqqında”;

“Qiymətli metallar və qiymətli daşlar haqqında”;

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”;

“Turizm haqqında”;

“Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi;

İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında;

Cinayət-Prosessual Məcəlləsində;

Meşə Məcəlləsində;

Mülki Məcəllədə;

“Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Qanun;

Bakı Slavyan Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi;

Fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

İsveçrə Konfederasiyasının yeni seçilmiş PrezidentiDoris Loytharda

Avstriya Respublikasının yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.

14.12.2017

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İnzibati Xətalar Məcəlləsində;

Cinayət Məcəlləsində;

Mülki Məcəllədə;

Cinayət-Prosessual Məcəlləsində;

Miqrasiya Məcəlləsində;

“Dövlət rüsumu haqqında”;

“Pasportlar haqqında”;

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”;

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”;

“Qiymətli kağızlar bazarı haqqında”;

“Təhsil haqqında”;

“Heyvanlar aləmi haqqında”;

“Geodeziya və kartoqrafiya haqqında”;

“Əmək pensiyaları haqqında”;

“Yanğın təhlükəsizliyi haqqında” Qanunda;

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də;

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Qanun;

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi;

“İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında” Fərmanda dəyişikliklər edilməsi barədə Fərman;

“2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi;

Müdafiə sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi;

Təltif edilməsi haqqında Sərəncam imzalayıb.

14.12.2018

Bakı Ekspo Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub.

İran İslam Respublikasının informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvini;

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanında dəyişiklik edilməsi;

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman;

Kürdəmir rayonunun Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisi;

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi;

“Əməkdar mühəndis” fəxri adının verilməsi;

Ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

14.12.2019

Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə;

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

S.N.Cabbarovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

14.12.2020

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər;

“Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Sərəncamın ləğv edilməsi barədə Sərəncam imzalayıb.

Paylaş
Baxılıb: 151 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31