Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

28.12.2021 [09:50]

28.12.2005

Bakıdakı “Excelsior” hotelində Azərbaycanın yeni manatının təqdimat mərasimində iştirak edib.

Yeni manatının təqdimat mərasimindən sonra jurnalistlərə müsahibə verib.

N.K.Əliyevə “Xalq rəssamı” fəxri adının verilməsi;

C.Q.Hüseynova “Xalq rəssamı” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

28.12.2006

Səbail rayonundakı T.İsmayılov adına “İntellekt” məktəb-liseyində Heydər Əliyev muzeyinin açılışında iştirak edib, təhsil ocağında aparılmış təmir işləri ilə tanış olub.

Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanı qəbul edib, ona ölkəmizin yüksək dövlət mükafatı olan “İstiqlal” ordeni təqdim edib.

Xalq Artisti Zeynəb Xanlarovaya;

SSRİ Xalq Artisti Y.N.Qriqoroviçə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi;

2006-cı il mayın 12-də və 22-də Kiyev şəhərində imzalanmış sənədlər;

“Azərbaycan Respublikası Hökuməti ilə Kuba Respublikası Hökuməti arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi;

Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi;

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Və Qvatemala Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi;

“İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi haqqında” Qanunun tətbiq edilməsi;

“31 oktyabr 1996-cı il tarixdə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında silahlı qüvvələrin tibb heyətinin təliminə aid əməkdaşlıq haqqında Protokol”a dəyişiklik edilməsinə dair əlavə Protokol”un təsdiq edilməsi;

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Qanunun tətbiq edilməsi;

“Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzıbati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi Qanunun tətbiq edilməsi;

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiq edilməsi barədə Sərəncam;

“İnzibati İcraat haqqında”;

“Yol hərəkəti haqqında”;

“Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi;

Əmək Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında Qanun;

“Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əlavə edilməsi haqqında Fərman imzalayıb.

28.12.2007

Milli parkda, Muzey Mərkəzinin qarşısında tamamilə yenidən qurulmuş “Ağ” musiqili fəvvarənin açılışında iştirak edib.

Bakıda, Heydər Əliyev adına Sarayda aparılan əsaslı yenidənqurma işləri ilə tanış olub.

Türkiyənin kənd təsərrüfatı və kənd işləri naziri Mehmet Mehdi Ekerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyinin əsaslı təmir-bərpa işlərindən sonra açılışında iştirak edib.

Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfə başsağlığı məktubu ünvanlayıb.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması;

Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar bəzi fərmanlara dəyişikliklər və əlavələr edilməsi haqqında Fərman;

R.S.Qvaladzeyə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi;

R.Q.Abbasova polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi;

Bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi;

“Məhkəmələr və hakimlər haqqında” Qanuna əlavə edilməsi;

“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında beynəlxalq avtomobil sərnişin və yük daşımaları haqqında” Sazişin və onun Protokolunun təsdiq edilməsi;

“Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (AZDRES–İmişli elektrik veriliş xəttinin tikintisi, 2005-ci il üzrə xüsusi öhdəlik) təsdiq edilməsi;

“Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında müntəzəm hava əlaqəsinə dair” Sazişin təsdiq edilməsi haqqında Qanun imzalayıb.

28.12.2008

Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib.

28.12.2009

Bakıdakı Səməd Vurğun və “Muğam” bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olub.

Respublika Perinatal Mərkəzin açılış mərasimində iştirak edib.

Rusiyanın “Vesti” telekanalına müsahibə verib.

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”, “İmmiqrasiya haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi;

Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qanun;

Xoşbəxt Yusifzadənin 80 illik yubileyinin keçirilməsi;

Kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi;

Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris-terapevtik klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

28.12.2010

Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin icrası ilə bağlı bəzi tədbirlər;

Kapitan Əhməd Hüseynağa oğlu Abdullayevin “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam;

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin təsdiq edilməsi;

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiq edilməsi barədə Fərman;

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Qanun imzalayıb.

28.12.2011

Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasının açılış mərasimində iştirak edib.

Səbail rayonu ərazisində yeni piyada keçidlərinin açılışlarında iştirak edib.

Bilgəh qəsəbəsində beşulduzlu “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışında iştirak edib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması;

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması;

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması;

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması;

Z.Y. Xanlarovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi;

Rusiya Federasiyasında Azərbaycan diasporunun nümayəndələrinə fəxri adların verilməsi;

Y.B. Gelfqata “Əməkdar Elm Xadimi” fəxri adının verilməsi;

Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması;

Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi;

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması;

Daxili İşlər Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması;

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması;

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərman imzalayıb.

28.12.2012

Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra;

Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yeraltı avtomobil tunelinin açılış mərasimində iştirak edib.

Cinayət Məcəlləsində dəyişikliklər edilməsi;

“Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişikliklər edilməsi;

Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi;

Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Qanun;

Bakı şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

28.12.2013

“Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında Sərəncam;

İnzibati Xətalar Məcəlləsində;

Mülki Məcəllədə;

Vergi Məcəlləsində;

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”;

“Patent haqqında”;

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Qanun imzalayıb.

28.12.2014

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının;

Kənd Təsərrüfatı Nazirliyinin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması;

“Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Sərəncama dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

28.12.2016

Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovanı qəbul edib.

Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi;

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Sərəncam;

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Ümumrusiya Azərbaycanlıları Konqresinin IV qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

28.12.2017

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi;

Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi;

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanda dəyişikliklər edilməsi barədə” Fərmanda dəyişikliklər edilməsi haqqında Fərman;

S.İ.Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi;

F.Q.Qasımovanın “Şöhrət” ordeni ilə təltif edilməsi;

R.Y.Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi;

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi;

D.K.Kıdırəlinin “Dostluq” ordeni ilə təltif edilməsi;

R.V.İlatovun “Dostluq” ordeni ilə təltif edilməsi;

M.Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edilməsi;

Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

28.12.2018

Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib

Şəhərsalma və Tikinti Məcəlləsində;

Mülki Məcəllədə;

Əmək Məcəlləsində

Mülki Prosessual Məcəllədə;

Gömrük Məcəlləsində

“İpoteka haqqında”;

“Dövlət satınalmaları haqqında”;

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”;

“Daşınar əmlakın yüklülüyü haqqında”;

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”;

“İnzibati icraat haqqında”;

“Müflisləşmə və iflas haqqında”;

“İcra haqqında” Qanuna əlavə və dəyişiklik edilməsi barədə Qanun;

Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər;

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi;

“Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi;

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsi haqqında Fərman;

Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər;

Ş.K.Məmmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

28.12.2019

D.B.Tağıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi;

Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

28.12.2020

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni yolun 30 kilometrlik birinci hissəsinin açılışında iştirak edib

 

Paylaş
Baxılıb: 161 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31