Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Prezident bu gün

24.01.2022 [11:34]

24.01.2004

Tuluza şəhərindəki “Airbus” təyyarə zavodu ilə tanış olub.

Fransanın Beynəlxalq Əlaqələr İnstitutunda olub.

Fransa Respublikasının Prezidenti Jak Şirakla görüşmək üçün Yelisey sarayına gedib. Yelisey sarayının həyətində dövlətimizin başçısının təntənəli qarşılanma mərasimi olub.

Fransaya rəsmi səfərinin ilk günü bu ölkənin ən nüfuzlu mətbuat orqanlarından olan “Fiqaro” qəzetinə müsahibə verib.

24.01.2005

Azərbaycanda İTAR-TASS günlərinin iştirakçıları ilə görüşüb.

İran İslam Respublikasına rəsmi səfərə yola düşüb.

İran Prezidentinin sarayında İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi ilə təkbətək görüşü olub.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan və İran Prezidentləri brifinq keçirərək, jurnalistlərin suallarına cavab veriblər.

İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəminin geniş tərkibdə danışıqları olub.

Tehranda onun üçün ayrılmış “Bustan” iqamətgahında İranın xarici işlər naziri Kamal Xərrazini qəbul edib.

İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəminin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil olunub.

24.01.2006

Rusiya Federasiyası hökuməti sədrinin müavini, müdafiə naziri Sergey İvanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Respublikamızda hava şəraitinin pisləşməsi ilə əlaqədar yaranmış problemlərin həlli ilə bağlı İ.Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

Moskvada keçirilmiş “Birlik Kuboku” uğrunda turnirin qalibi “Neftçi” futbol klubunun rəhbərlərini və üzvlərini qəbul edib.

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi V.R.Nadirovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Sərəncam imzalayıb.

“Notariat  haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanına əlavələr və dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” Fərman imzalayıb.

X.R.Mustafayevin  “Azərbaycan Bayrağı” ordenlərindən məhrum edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “AZƏRBAYCAN: TİCARƏTİN VƏ NƏQLİYYATIN DƏSTƏKLƏNMƏSİ LAYİHƏSİ”NİN HAZIRLANMASI ÜÇÜN SİYASƏT VƏ İNSAN RESURSLARININ İNKİŞAF ETDİRİLMƏSİNƏ DAİR QRANT ÜZRƏ MƏKTUB-SAZİŞİN təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

24.01.2007

“Azərbaycan Respublikasının İnzibati  Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı  hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il  29 avqust tarixli 389 nömrəli Fərmanına əlavə edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanına dəyişiklik və əlavələrin edilməsi haqqında Fərman imzalayıb.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Girov haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi  mexanizminin təkmilləşdirilməsi  Fərman imzalayıb.

24.01.2008

Davosda İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen ilə görüşüb.

Davosda onun üçün ayrılmış iqamətgahda, “Turmotel Viktoriya” mehmanxanasında Ukrayna Prezidenti Viktor Yuşşenko ilə görüşüb.

Davosda onun üçün ayrılmış iqamətgahda, “Turmotel Viktoriya” mehmanxanasında “Sisko” şirkətinin sədri və baş icraçı direktoru Con Çambersi qəbul edib.

Davosda onun üçün ayrılmış iqamətgahda, “Turmotel Viktoriya” mehmanxanasında İsrailin xarici işlər naziri xanım Sipi Livnini qəbul edib.

Davosda onun üçün ayrılmış iqamətgahda “bp Group” şirkətinin baş icraçı direktoru Entoni Heyvordu qəbul edib.

Davos şəhərində açılmış ənənəvi, 38-ci illik Dünya İqtisadi Forumunda iştirak edib.

Davosda, onun üçün ayrılmış iqamətgahda Albaniya Nazirlər Şurasının sədri Sali Berişa ilə görüşüb.

Davosda, onun üçün ayrılmış iqamətgahda İran İslam Respublikasının xarici işlər naziri Mənuçehr Mottəkini qəbul edib.

Davosda, onun üçün ayrılmış iqamətgahda Böyük Britaniyanın “Euromoney İnstitutional İnvestor plc” şirkətinin sədri Padraik Fallonu qəbul edib.

Davosda, onun üçün ayrılmış iqamətgahda Cənubi Afrika Milli Konqresinin sədri Cakob Zuma ilə görüşüb.

24.01.2011

Bakıda bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışlarında iştirak edib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Bakıelektrikşəbəkə” ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş 6 yarımstansiyanın açılış mərasimində iştirak edib.

R.N.Nəbiyevin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

E.R.Vəliyevə “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

2011-ci il yanvarın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

24.01.2012

Fövqəladə Hallar Nazirliyi tərəfindən gətirilən torpaqsoran qurğulara, yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirib.

Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

24.01.2013

İsveçrə Prezidenti Ueli Maurer ilə görüşüb.

Davosda Dünya İqtisadi Forumunun “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiyasında iştirak edib.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.

Ukraynanın sabiq Prezidenti Leonid Kuçma ilə görüşüb.

“Microsoft İnternational” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb.

“Thales Alenia Spase” şirkətinin prezidenti Jan-Lö Qalle ilə görüşüb.

“GDF Suez” şirkətinin sədr müavini və prezidenti Jan Fransua Sirelli ilə görüşüb.

Davosda İsrail Prezidenti Şimon Peres ilə görüşmüşüb.

24.01.2014

“Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb.

Davosda keçirilən “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda qəbulda iştirak edib.

Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşüb.

24.01.2015

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyində olub, Kral Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar başsağlığı verib.

Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

Hindistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

24.01.2017

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

24.01.2018

Azərbaycan Prezidenti İlham Əliyev Davosda “IBM” şirkətinin baş icraçı direktoru ilə görüşüb.

Davosda ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşü olub.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb.

Davos Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada iştirak edib.

BP şirkətinin baş icraçı direktoru ilə görüşüb.

Davosda İsrailin Baş naziri ilə görüşü olub.

Davosda “Statoil” şirkətinin baş icraçı direktoru ilə görüşüb.

İsveçrə Prezidenti Alain Bersetlə görüşü olub.

24.01.2019

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib.

Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

24.01.2020

Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb.

Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub.

Paylaş:
Baxılıb: 211 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31