Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

03.02.2022 [11:08]

02.02.2004

Prezident sarayında Türkiyə Respublikasının energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

02.02.2005

P.Bülbüloğlunun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

02.02.2006

M.Danenin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident sarayında Gürcüstan Parlamenti sədrinin müavini, Ticarət-Sənaye Palatasının prezidenti Cemal İnaişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident sarayında Ümumdünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidməti rəhbərlərinin Bakıda keçirilən beynəlxalq konfransının iştirakçılarını qəbul edib.

02.02.2007

“Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na əlavələr və dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Prezident sarayında “Doing Busness 2007”-nin müəllifi, Dünya Bankının baş iqtisadçısı Simeon Djankovu və bankın Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçakı qəbul edib.

Avropa Şurası Katibliyinin siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Loranı və Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosianı qəbul edib.

Gənclər gününün 10-cu ildönümü ilə əlaqədar ölkənin gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb.

02.02.2013

İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclası olub.

02.02.2015

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasından olan iştirakçıların “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

“Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli 396 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

02.02.2016

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumla geniş tərkibdə görüşü olub.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktumun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri başa çatıb.

BMT-nin baş katibinin müavinini qəbul edib.

Yunanıstanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Akademik Cəlal Əliyevin məzarını ziyarət edib.

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

İ.E.İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

02.02.2017

Görkəmli dirijor, maestro Niyazinin Bakıda abidəsinin açılış mərasimində iştirak edib.

2017-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

02.02.2018

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 943-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Ə.İ.Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Ə.İ.Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi haqqında Sərəncam imzalayıb.

R.Ə.Əzimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

K.C.Cəlilovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Ə.İ.Ağalarova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında Sərəncam imzalayıb.

2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

02.02.2019

Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

02.02.2021

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavinini qəbul edib.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

N.S.Qarayevin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Paylaş:
Baxılıb: 745 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31