Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

09.02.2022 [17:19]

09.02.2004

İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 5-7-də bu ölkədə ilk rəsmi səfərdə olub. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanı Azərbaycanın və Rusiyanın dövlət bayraqları ilə bəzədilmiş, dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi təyyarənin pilləkənləri yanında Rusiya Federasiyası hökuməti sədrinin müavini Viktor Xristenko, xarici işlər nazirinin birinci müavini Valeri Loşşinin, yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, Rusiyanın Bakıdakı səfiri Nikolay Ryabov, Azərbaycanın Moskvadakı səfiri Ramiz Rizayev və digər rəsmi şəxslər böyük mehribanlıqla və səmimiyyətlə qarşılayıblar.

Rusiya dövləti başçısının Moskva yaxınlığındakı iqamətgahında – Novo-Oqaryovoda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-rəsmi görüşü olub.

Böyük Kreml sarayının Yaşıl salonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təkbətək görüşü olub.

Dövlət başçılarının təkbətək görüşündən sonra Böyük Kreml sarayının Yekaterina salonunda Prezidentlər İ.Əliyevin və V.Putinin iştirakı ilə geniş heyətdə Azərbaycan-Rusiya danışıqları keçirib.

Böyük Kreml sarayının “Malaxitovoye foye”sində Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Rusiya-Azərbaycan sənədlərinin imzalanma mərasimi olub.

Kremlin Yekaterina salonunda Rusiya dövlətinin Prezident Heydər Əliyevi təltif etdiyi “Müqəddəs apostol Andrey Pervozvannı” ordeninin dövlətimizin başçısı İlham Əliyevə təqdim olunması mərasimi keçirilib.

Moskvada Naməlum əsgərin məzarını ziyarət edib.

09.02.2005

Prezident sarayında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

09.02.2006

Fransaya səfərə yola düşüb. Parisin Orli beynəlxalq hava limanında Prezident İlham Əliyevi Fransa hökumətinin yüksək vəzifəli şəxsləri, Azərbaycan diasporunun nümayəndələri səmimiyyətlə qarşılayıblar. Dövlətimizin başçısı Parisdə onun üçün ayrılmış iqamətgaha yola düşüb.

Parisdə, onun üçün ayrılmış iqamətgahda Fransanın “Total” şirkətinin prezidenti De Mareni qəbul edib.

09.02.2007

Prezident sarayında məşhur neftçi-geoloq, tanınmış alim Fərman Salmanovu qəbul edib.

Prezident sarayında Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Per Kristofer Stankinanı qəbul edib.

Prezident sarayında İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib.

 2007-ci ilin “Gənclər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin dövlətsizləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin bir qrup əməkdaşlarının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

09.02.2009

Türkiyənin xarici işlər naziri Əli Babacanı qəbul edib.

«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 dekabr tarixli 31 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına əlavələr edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

«Qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövriyyəsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 751-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə Sərəncam imzalayıb.

«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 752-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə Sərəncam imzalayıb.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

Аzərbаycаn Rеspublikаsının İnsаn alvеrinə qаrşı mübаrizə üzrə Milli Fəаliyyət Plаnının (2009-2013-cü illər) təsdiq еdilməsi haqqında Sərəncam imzalayıb.

09.02.2010

İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında Sərəncam imzalayıb.

A.V.Əfəndiyevin Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

09.02.2011

Respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlib.

Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Qazax rayonunda Sınıqkörpü sərhəd gömrük məntəqəsinin açılışında iştirak edib.

Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.

Qazax rayonunun Birinci Şıxlı kəndində yeni məktəb binasının açılışında iştirak edib.

Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında iştirak edib.

Respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlib.

Tovuz şəhərində yeni salınmış mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

Tovuzda Olimpiya-İdman Kompleksi istifadəyə verilməsi mərasimində iştirak edib.

Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində tikilmiş süd emalı zavodunun açılışında iştirak edib.

Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Yenidən qurulmuş Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak edib.

09.02.2012

Albaniyanın Baş naziri Sali Berişanı qəbul edib.

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 272-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

“Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bələdiyyələrinin tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 271-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında”Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 269-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

V.C.Axundovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 256-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 may tarixli 2833 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 118 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyul tarixli 417 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 718 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2670 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 57 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 sentyabr tarixli 1680 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 iyun tarixli 2861 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında Sərəncam imzalayıb.

09.02.2015

110 kilovoltluq “Ağ şəhər -1”, “Həzi Aslanov”, “Kürdəxanı” elektrik yarımstansiyalarının və 35 kilovoltluq 7 yarımstansiyanın açılışında iştirak edib.

Avropa Stolüstü Tennis Birliyinin prezidentini qəbul edib.

Rusiya parlamentinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

F.Ə.Məmmədova 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

A.N.Əsgərovun Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

A.N.Əsgərovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

C.Q.Qurbanovun “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

09.02.2016

Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

09.02.20173

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidentini qəbul edib.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisini qəbul edib.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 30 noyabr tarixli 2577 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

09.02.2018

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib. Kubok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

İ.N.Abbasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

A.Y.Şarovskinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Sərəncam imzalayıb.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

09.02.2019

Rusiyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

M.Ç.Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Y.M.Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

09.02.2020

6 saylı seçki məntəqəsində səs verib.

09.02.2021

Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edib.

Paylaş:
Baxılıb: 731 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31