Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

16.02.2022 [16:24]

16.02.2006

Avropa Komissiyasının üzvü, Avropa Komissiyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı xanım Benita Ferrero Valdneri qəbul edib.

Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası yaradılması haqqında Sərəncam imzalayıb.

T.A.Kərimovun Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

F.H.Cabbarovun Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarına fəxri adları verilməsi haqqında Sərəncam imzalayıb.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

K.H.Kərimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident sarayında Avropa Komissiyasının üzvü, Avropa Komissiyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı xanım Benita Ferrero Valdneri qəbul edib.

Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında 2005-ci il oktyabrın 3-də Bakı şəhərində imzalanmış sənədlər haqqında Sərəncam imzalayıb.

2005-ci il noyabrın 29-da Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qırğız Respublikası Müdafiə Nazirliyi arasında Qırğız Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi təhsil müəssisələrində təhsil alması haqqında Saziş”in təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

2005-ci il noyabrın 10-da Qahirə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası 2005-ci il 30 dekabr tarixli 50-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli 36-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli 33-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Fərman imzalayıb.

“Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi məcəllələrinə əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

16.02.2007

Almaniya Federativ Respublikasına rəsmi səfərinin üçüncü günü “Almaniya İqtisadiyyat Evi”ndə iqtisadiyyat və yeni texnologiyalar naziri Mixael Qlos ilə görüşüb.

Almaniyanın Baden-Vürtemberq Federal Əyalətinin Baş naziri Günter Ettinger ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri başa çatıb.

16.02.2009

Yunanıstan Prezidentinin sarayı önündə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Yunanıstan Prezidenti Karolos Papulyas ilə təkbətək görüşü olub.

Təkbətək görüşdən sonra İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezidentlər İlham Əliyevin və Karolos Papulyasın iştirakı ilə Azərbaycan-Yunanıstan sənədlərinin imzalanma mərasimi olub.

“Grande Bretagne” mehmanxanasında Yunanıstan parlamentində əsas müxalifət partiyası olan Ümumyunanıstan Sosialist Hərəkatının sədri Georgios Papandreu ilə görüşüb.

“Grande Bretagne” mehmanxanasında “Vardinoyannis Group”un idarə heyətinin sədri və “Motor Oil Hellas”ın prezidenti Vardis Vardinoyannis ilə görüşüb.

Yunanıstan paytaxtındakı Milli Arxeoloji Muzeylə tanış olub.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Fərman imzalayıb.

“Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli 739-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə Sərəncam imzalayıb.

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli 744-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli 740-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə Sərəncam imzalayıb.

 “Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 16 dekabr tarixli 742-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

16.02.2011

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 37-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərman imzalayıb.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə Fərman imzalayıb.

Q.C.Hüseynovun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycanın Paralimpiya idmançılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb.

“Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

16.02.2012

Brüsseldə NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb.

Qusar rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qusarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Qusara səfəri çərçivəsində şahmat mərkəzinin açılışında iştirak edib.

Qusara səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Qusara səfəri çərçivəsində yolüstü Qubanın Qırmızı qəsəbəsində yəhudi icmasının nümayəndələri ilə görüşüb.

Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

16.02.2015

İranın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul edib.

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1175-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1177-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 2 fevral tarixli 1176-IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

16.02.2016

NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib.

Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

Yenidən qurulan Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun açılışında iştirak edib.

Tovuz şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Tovuzçay su anbarının açılışını edib

Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhərindəki Gənclər Evinin açılışında iştirak edib.

“Azərbaycan Respublikası Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 15 may tarixli 210 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 150 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009 cu il 13 fevral tarixli 63 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

16.02.2017

ABŞ-ın Baş Qərargahlar rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İranın ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Almaniyaya işgüzar səfərə gəlib.

16.02.2018

Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 385 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”nda dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

“Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

16.02.2019

S.D.Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

16.02.2020

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər.

16.02.2021

İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

Belarusun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 1 fevral tarixli 259-VIQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaş:
Baxılıb: 779 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31