Heydər Əliyev
yeni azerbaycan logo

Prezident bu gün

21.02.2022 [10:55]

21.02.2004

Bakı İdman Sarayında taekvondo üzrə Avropa Olimpiya lisenziya turnirinin təntənəli açılış mərasimində iştirak edib.

Azərbaycan Respublikası vətəndaşlarının dövlət registrinin yaradılması haqqında Fərman imzalayıb.

21.02.2006

Heydər Əliyev adına Sarayda Azərbaycanda Rusiya İlinin təntənəli açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 21-də Heydər Əliyev adına Sarayda, ölkəmizdə Rusiya İlinin açılışı mərasimindən əvvəl təkbətək görüş keçiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev adına İdman-Sərgi Kompleksində “Rusiya və Azərbaycan: strateji tərəfdaşlıq” devizi ilə keçirilən Rusiya milli sərgisində olublar.

 ”Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına dəyişikliklər edilməsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 625 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli 234-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb.

 2006-cı il avqustun 17-də Batumi şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gürcüstanın Azərbaycan Respublikası qarşısında olan borc öhdəliyinin restrukturizasiyası haqqında Saziş”inin təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

21.02.2008

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycan Prezidenti İlham Əliyevə dünya şöhrətli bu tədris müəssisəsinin fəxri professoru adı verilməsi münasibətilə universitetin Elmi Şurasının təntənəli iclası olub.

Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

21.02.2011

Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak edib.

Abşeron rayonunun Hökməli qəsəbəsində “M-Line” Məhdud Məsuliyyətli Cəmiyyətinin mebel fabrikinin açılışında iştirak edib.

Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Ə.İ.Abasova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar Mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

21.02.2012

Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin açılış mərasimində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam imzalayıb.

E.B. Mansurova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

M.B.Babayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

H.C.Rüstəmova “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Veteranlar Şurasının bir qrup üzvünün “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

M.H.Seyidovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

S.S.Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

21.02.2013

Yardımlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

21.02.2017

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

M.S.Əsədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

M.A.Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb.

“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

21.02.2018

Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib.

İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında Sərəncam imzalayıb.

R.S.Eyvazova “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında Sərəncam imzalayıb.

Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

21.02.2019

ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib.

“Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1460-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Ağdam rayonunun Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

"İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərman imzalayıb.

Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1461-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1472-VQD nömrəli  Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

21.02.2020

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib.

İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramını dinləyib.ş

Romada rəsmi yolasalma mərasimi olub.

Romada keçirilən Azərbaycan-İtaliya biznes forumunda iştirak edib.

Roma şəhərinin meri ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar.

Paylaş:
Baxılıb: 785 dəfə

Digərləri:

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31