/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
12.12.2024 [23:39]
Dekabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar nazirlikdə tədbir keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin hələ 1969-82-ci illərdə Azərbaycana rəhbərlik edərkən respublikamızın bütün sahələrdə dinamik inkişafını təmin etdiyini vurğulayıb. Qeyd olunub ki, xalqın çağırışı ilə 1993-cü ilin iyun ayında yenidən Azərbaycanın rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsi, bütün sahələri bürümüş ağır böhran, vətəndaş qarşıdurması, xaos və anarxiyadan xilas edib.
Nazir müavini müasir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasını təmin edən Ulu Öndər Heydər Əliyevin eyni zamanda ölkəmizin sosial inkişaf strategiyasını formalaşdırdığını diqqətə çatdırıb.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində mühüm addımlar atılıb, sosial dövlət modelinin əsasları yaradılıb. 1995-2003-cü illərdə orta aylıq real əməkhaqqı 5,1 dəfə, orta aylıq nominal əməkhaqqı 6 dəfədən çox, pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə artıb. MDB-də ilk dəfə olaraq 1999-cu ildə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi və Demoqrafik İnkişaf Konsepsiyası, 2001-ci ildə “Məşğulluq haqqında” Qanun və s. qəbul edilib.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı böyük perspektivlərə doğru aparan müdrik və uzaqgörən milli inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirilir. 2003-cü ildən ötən dövrdə Azərbaycan iqtisadiyyatının dünyada rekord göstərici olaraq 4 dəfədən çox artması şəraitində sosial müdafiə və aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Təkcə 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, həmin islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılıb, sosial ödənişlərdə ciddi artımlar edilib.
2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalibiyyət zirvəsinə yüksəlib. Ordumuz Vətən müharibəsində möhtəşəm tarixi Zəfər qazanıb və torpaqlarımızı Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısından bəhs edən filmin nümayişi ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51

