Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Valideyn hüquqlarının məhdudlaşdırılmasına dair 12 mülki iddia qaldırılıb

Valideyn hüquqlarının məhdudlaşdırılmasına dair 12 mülki iddia qaldırılıb

24.01.2022 [12:20]

Ötən il Baş Prokurorluq tərəfindən valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 12 mülki iddia qaldırılıb

2021-ci ildə cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar sosial media məkanında neqativ hallara yol vermiş şəxslərlə bağlı 21 xəbərdarlıq və 43 təqdimat verilib

Bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib. O, bildirib ki, karantin rejiminin pozulması, sağlamlığın qorunması, əmək qanunvericiliyi sahəsində vətəndaşların hüquqlarının pozulması, ekoloji hüquq pozmalar və s. inzibati xətalara dair 131 inzibati icraat başlanmaqla baxılması üçün məhkəmələrə və dövlət orqanlarına göndərilib,nəticədə 261.544 manat həcmində inzibati cərimə növündə tənbeh tətbiq edilib. 
Habelə hesabat dövründə 45 cinayət işi başlanıb. Uşaqların hüquqlarının qorunması istiqamətində valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə  19 uşağın 15 valideyni barəsində  12 mülki iddia qaldırılıb.

Paylaş:
Baxılıb: 972 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30