Kəlbəcərdə Başlıbel faciəsinin qurbanları anılıb
18.04.2022 [10:19]
Başlıbel qətliamının 29-cu ildönümü ilə bağlı Kəlbəcərə səfər təşkil edilib.
APA-nın Kəlbəcərə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, səfərdə qətliam qurbanlarının ailə üzvləri, qətliam zamanı 113 gün mühasirədə yaşamış şəxslər və media nümayəndələri iştirak ediblər.
Kənd sakinləri əvvəlcə ermənilər tərəfindən darmadağın edilmiş evlərinə baxış keçirib, kəndlə bağlı xatirələrini bölüşüblər.
Daha sonra Başlıbel qətliamının baş verdiyi yerdə olub, şəhid olmuş şəxslərin məzarları üzərinə güllər qoyulub.
Şəhidlərin ailə üzvləri, 18 aprel qətliamının canlı şahidi olan şəxslər həmin qanlı hadisə haqda danışıblar. Qətliam qurbanlarının məzarları ziyarət edildikdən və ruhlarına dualar oxunduqdan sonra məzarlıqdan təxminən 100 metr məsafədə yerləşən Tutqun çayın digər sahilindəki mağaralar ziyarət edilib. Başlıbel qətliamı zamanı sakinlər 15 gün həmin mağaralarda sığınacaq tapıblar. 12 nəfər mağarda, 1 nəfər isə Tutqun çayının kənarında vəhşicəsinə qətlə yetirilib.
29 il öncə bu mağaralara sığınan insanların paltarları, istifadə etdikləri bəzi məişət əşyaları, gülləbaran nəticəsində darmadağın olmuş yorğan-döşəklərinin qalıqları burada hələ də qalır.
Xatırladaq ki, Başlıbel qətliamı 1993-cü il, aprelin 18-də Kəlbəcərin işğalı zamanı törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Lakin həmin şəxslər cəmi 17 gün gizlənə biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. 62 nəfərin sığındığı Portda adlanan ərazidəki mağaraları Ermənistan hərbçiləri mühasirəyə alıblar və saat 15-dən 21 radələrinədək atəşə tutmağa başlayıblar.
Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) – sığındıqları yerdə öldürülüblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi, işğal zamanı 1900 nəfərə yaxın sakini olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir.
Qeyd edək ki, səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin təşkilatçılığı baş tutub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38

