Heydər Əliyev yolu Azərbaycanı daim inkişafa, tərəqqiyə aparan yoldur
06.05.2022 [10:24]
Əbəs yerə deyilmir ki, zaman hadisələrə ən böyük dəyəri vermək üçün zəngin mənbədir. İllər keçdikcə ölkəmizin həyatında baş verən hadisələrin düzgün təhlili daha çox diqqət çəkir, tarixdə şəxsiyyətlərin rolu əsaslı şəkildə indiki və gələcək nəsillərə çatdırılır, Azərbaycanın bu günü dünəni ilə müqayisə olunaraq dahiyanə uzaqgörənliklə müəyyənləşdirilən siyasətin uğurların davamlılığında mühüm rol oynadığı bir daha aparılan təhlillər əsasında özünün aydın ifadəsini tapır.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, milli inkişaf strategiyasının müəllifi, milyonlarla dünya azərbaycanlılarının qürur ünvanı, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyərək əsl azərbaycanlının obrazını yaradan ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsindəyik. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən günlərlə, aylarla bəhs etmək olar. Başqa sözlə desək, onun fəaliyyətinin hər bir istiqaməti bir araşdırma mövzusudur. Buna görə də hələ bu mövzularda neçə-neçə araşdırmalar aparılacaq və aparılır, elmi əsərlər, kitablar yazılıb, yazılır və gələcəkdə də yazılacaq.
Azərbaycan müstəqilliyinin yenidən bərpasının ilk illərində təlatümlü bir dövr yaşadı. Ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan antimilli ünsürlərin rəhbərliyi Azərbaycanı uçurumun bir addımlığında qoymuşdu. l993-cü ildə respublikamız çətin sınaqlarla üz-üzə qalanda xalq yeganə xilaskar kimi ulu öndər Heydər Əliyevi gənc müstəqil dövlətimizin sükanı arxasında görmək istədi. 29 il əvvəl, iyun ayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn ulu öndər Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyəti ilə respublikamızı məhv olmaqdan xilas etdi, müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi. Azərbaycan hər zaman ulu öndər Heydər Əliyevin ideyalarından ilham alaraq inkişaf edir, güclənir, hazırda qalib ölkə kimi nüfuz qazanır, xalqımız xoşbəxt xalqlar sırasında yer alır. Dünya təcrübəsinə istinadən bu fikri böyük inam və qürur hissi ilə qeyd edə bilərik ki, yalnız dövlətinin və xalqının gələcəyini düşünən, daim yeniləşməyə, dövrün tələblərinə uyğun təkmilləşməyə maraq göstərən və bunu əməli fəaliyyəti ilə təsdiqləyən Lider ölkəsini irəli aparmağa qadirdir.
Ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs edərkən 44 günlük İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynayan birliyimizi, dünya azərbaycanlılarının həmrəyliyini, gənclərimizin bilikli, vətənpərvər yetişmələri istiqamətində atdığı addımları, yaratdığı möhkəm təməli xüsusi qeyd etmək lazımdır. Dahi şəxsiyyət bildirmişdir ki, müstəqillik yollarında yeni addımlarını atan dövlətin qarşısında dayanan əsas vəzifələrdən biri xaricdə varlığını təmin etməsidir. Bu baxımdan dünya azərbaycanlılarının vahid ideya-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi qarşıya prioritet vəzifə kimi qoyuldu. Ümummilli Lider bu çağırışı etdi: “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik.”
Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, 1991-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə qərar qəbul etmiş və Azərbaycanın bayramları sırasına 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daxil edilmişdir. Bu faktın özü azərbaycançılıq ideologiyasının bütün dövrlərdə Ümummilli Liderin həyata keçirdiyi siyasətin önündə dayandığını təsdiqləyir. 1993-cü ildə Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra isə diaspor quruculuğu bir dövlətin xaricdə varlığı kimi önə çəkilərək dövlət siyasətinin əsasına çevrildi. O illərə nəzər salsaq görərik ki, ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yoxdur ki, orada yaşayan azərbaycanlılarla görüşməsin və onların qayğıları ilə maraqlanmasın. Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsinin qoyulması da azərbaycançılığın inkişafına xidmət edən addımlardan oldu. Soydaşlarımızın birliyi ilə yanaşı, onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştiraklarına imkanlar artdıqca Azərbaycan haqqında məlumatsızlıq həqiqətlərimizin təbliği ilə əvəzlənirdi. Məlumdur ki, müstəqilliyimizin bərpasının ilk illərində digər sahələrdə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar Azərbaycan barədə məlumatsızlığa yol açmışdı ki, bu da öz növbəsində erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu. Özlərini “yazıq, məzlum, döyülən millət” kimi beynəlxalq ictimaiyyətə təqdim edən ermənilər və erməni diasporu azərbaycanlılar haqqında “vəhşi” xalq imicini yaratmış, hətta ABŞ Konqresi ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi əlavə etmişdi. Bu ədalətsiz qərara görə Azərbaycan işğalçı dövlət kimi təqdim edilirdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq Azərbaycan diasporu gücləndi, erməni yalanlarının ifşası istiqamətində məqsədyönlü addımlar atıldı və bunun uğurlu nəticəsi artıq dünyanın həqiqətlərimizi olduğu kimi qəbul etmək üçün səylər göstərməsində özünün aydın ifadəsini tapdı. 2001-ci ildə Ümummilli Liderin Sərəncamı əsasında Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi soydaşlarımızın birliyini, həmrəyliyini daha da möhkəmləndirdi, onların bir mərkəzdən idarə olunmasını təmin etdi. Ümummilli Liderin Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı, həyat amalına çevrildi. Bu çağırış özündə azərbaycançılığın təbliğini, milli-mənəvi dəyərlərimizə bağlılığı, torpaq, Vətən sevgisini ehtiva edirdi ki, ulu öndər Heydər Əliyevin həmin dövrdə gənclərlə bağlı düşüncələrinin əsasında da məhz bu amillər dayanırdı. O, bildirirdi ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz gənclərimizin torpağa, Vətənə bağlılıqlarının təqdimatı oldu. Xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəkdə müstəqil dövlətə çevriləcəyini düşünərək bu istiqamətdə atdığı addımlar sırasında gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi xüsusi yer tutmuşdu. Bu mühüm addım həqiqətlərimizin təbliğində də əhəmiyyətli rol oynadı. Keçmiş İttifaqda təhsil alan hər bir gənc Azərbaycan həqiqətlərinin təbliğatçısına çevrildi.
Atılan bütün addımların əsasında dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Azərbaycanı öz doğma Vətəni kimi qəbul edərək, onun inkişafına, qüdrətlənməsinə, ən əsası xaricdə təqdimatının gücləndirilməsinə töhfələr vermələri, öz aralarında birliyi, həmrəyliyi möhkəmləndirərək ölkəmizlə əlaqələrini daha sıx qurmaları dayanırdı. Ulu Öndərin əsasını qoyduğu diaspor siyasəti son 18 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsi davam etdirilərək həmin dövrdə 4 dəfə qurultay keçirildi. Dünya Azərbaycanlılarının V Qurultayı tariximizə Zəfər Qurultayı kimi daxil oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının Zəfər Qurultayında bəyan etdi: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.
Azərbaycan xalqı hər zaman yenilməzliyi, məğrurluğu ilə dünyanın diqqətində olub. Dövlətçilik tariximizdə mürəkkəb mərhələlər çox olub. Tarix boyu bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmiş, hər dəfə tarixi şəraitə uyğun olaraq müstəqil dövlət yaratmaq istiqamətində göstərilən səylər qarşısıalınmaz prosesə çevrilmişdir. Məhz dünya təcrübəsinə istinadən bildirilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq məğlubedilməzdir. Dünya Azərbaycanın timsalında bu reallığı görür və təqdir edir. Müstəqilliyinin yenidən bərpa edildiyi ilk illərdə bu sevinci yaşamaq həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində mümkün olmasa da, Azərbaycan müstəqilliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşasa da xalqımız sabaha olan inamını ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bərpa etdi. Xilaskarlıq missiyasını uğurla yerinə yetirən Ümummilli Lider bütün sahələrdə inkişafın əsasını qoydu, özünün təbirincə desək, Azərbaycan dünyaya günəş kimi doğdu. Dahi şəxsiyyət hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən qabaqcıl ölkəsinə çevirdiyi kimi, 1993-cü ildə hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi, yeni Azərbaycan qurdu, onun gələcəyi barədə strategiyasını hazırladı, inkişafın parametrlərini müəyyənləşdirdi.
Bu reallıq da inkaredilməzdir ki, heç də bütün dövlətlər öz taleyinin sahibi olmur, xalqlar dövlətçiliyin dəyərini dərk etmir. Yenə də bu fikri böyük inamla və qətiyyətlə bildiririk ki, milli ideyanı gerçəkliyə və tarixi taleyə çevirən Lider faktorudur. Bu nöqteyi-nəzərdən qeyd edə bilərik ki, ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını ancaq Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması və əbədiliyinin təmin edilməsi kimi şərəfli vəzifəni yerinə yetirməklə məhdudlaşdırmadı. Dahi şəxsiyyət daxildə birliyimizi möhkəmləndirdi, beynəlxalq aləmdə soydaşlarımızı vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən azərbaycançılıq ideologiyasını təmin etdi. Dünya Azərbaycanda Heydər Əliyev siyasətinin alternativsizliyini təsdiqlədi. Xalqımız xoşbəxt xalqdır ki, dünyada hər bir xalqın arzusunda olduğu ideyalar Azərbaycan adlı məkanda reallığa çevrilir. Ümummilli Lider Azərbaycan xalqını dünyaya məhz əlçatmaz ideyaların gerçəkləşməsinə sahib olan xalq kimi təqdim etdi.
Bu gün daha da qürurluyuq. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildə Ümummilli Liderin xalqa müraciətində ifadə etdiyi hər bir inamı doğrultdu, xalqımızı daha da yumruq kimi birləşdirdi və qələbəyə gedən yolumuzu addım-addım yaxınlaşdırdı. Nəhayət, 2020-ci ildə Azərbaycan tarixinin Zəfər səhifəsini yazdı. Azad Qarabağımız, azad Şuşamız bu gün ev sahibliyi etdiyi tədbirlərlə xalqımızı daha da sevindirir, qalib Azərbaycanla qürurlandırır. Möhkəm təməl, gələcəyə hesablanmış strategiya öz nəticəsini verdi. Ölkə Prezidenti “Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır” söyləyərək prioritetləri müəyyənləşdirdi, ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, cənab İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi yazdı.
Dünya Azərbaycanlılarının Zəfər Qurultayı 65 ölkədən 400 diaspor nümayəndəsini və qonağı bir araya gətirərək 2001-ci ildən, yəni ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyi vaxtdan bugünədək diasporumuzun inkişafı, təşkilatlanması istiqamətində görülən işlərə, tarixi Zəfərimizdə onların roluna diqqəti yönəldərək postmünaqişə dövründə qarşılarında dayanan vəzifələri açıqladı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmlənməsinə, onları narahat edən problemlərin həllinə çalışmışlar. Onların bu diqqət və qayğıları maksimum birliyi və həmrəyliyi tövsiyə edir. Məlum olduğu kimi, informasiya müharibəsi bütün dövrlər üçün aktualdır. Bu baxımdan beynəlxalq ictimaiyyət hər zaman Azərbaycan həqiqətləri barədə məlumatlandırılmalıdır. Ulu Öndərin irsinin təbliği məqsədilə yaradılan, ümumilikdə Azərbaycanın hərtərəfli inkişafına özünün davamlı töhfələrini verən Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir.
Göründüyü kimi, tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan ulu öndər Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilən müasir müstəqil Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın şahidi olarıq. Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəliyə baxan, özünün təkmil iqtisadi inkişaf və sosial dövlət modelini təqdim edən, etibarlı tərəfdaş kimi nüfuz qazanan ölkə kimi tanınır. Son iki ilə yaxın müddətdə isə Azərbaycanın qalibiyyəti öndə saxlanılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan Zəfər Qurultayında böyük fəxr hissi ilə qeyd etdi ki, budur, xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi.
Dahi şəxsiyyət Heydər Əliyevin ideyaları Azərbaycanın qarşısında geniş üfüqlər açır. Bu günün Azərbaycanı ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, xalqımızın birliyi, torpaq və Vətən sevgisinin nəticəsi olaraq tariximizə möhtəşəm Zəfərimizin yazılması qarşıdakı dövrün hədəflərinin aydın mənzərəsini təqdim edir. Qanları, canları ilə tarix yazan, xalqımızın milli qürurunu, kimliyini özünə qaytaran Vətən oğullarının xatirəsi hər birimiz üçün əzizdir. Onların göstərdikləri qəhrəmanlıq, şücaət Azərbaycan xalqına xas olan yenilməzliyin, məğrurluğun təqdimatıdır. Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının nümayəndələrinin ölkə Prezidenti İlham Əliyevə müraciətində əksini tapan bu əminlik hər bir azərbaycanlının ürəyindən keçən arzu və ifadə edilən inamdır: “Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə xalqımızı hədsiz qürurlandıran siyasətinizin Azərbaycanı bundan sonra da davamlı inkişaf yolu ilə daha firavan gələcəyə aparacağına əminik”.
Heydər Əliyev yolu Azərbaycanı daim inkişafa, tərəqqiyə, möhtəşəm uğurlara aparan yoldur. Dövlətimizin qətiyyəti, xalqımızın birliyi, həmrəyliyi, gənclərimizin vətənpərvərliyi sayəsində torpaqlarımızı işğaldan necə azad etdiksə, hazırkı dövrün əsas vəzifəsi olan Böyük Qayıdışa da tezliklə nail olacağıq. Bununla da işğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs gələcək.
Aynur Sofiyeva,
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
24 Mart 12:14

Xəbər lenti
24 Mart 12:11

Xəbər lenti
24 Mart 11:55

Xəbər lenti
24 Mart 10:59

Xəbər lenti
24 Mart 09:51

Siyasət
24 Mart 09:45

Xəbər lenti
23 Mart 21:20

Xəbər lenti
23 Mart 20:27

Xəbər lenti
23 Mart 18:37

Xəbər lenti
23 Mart 14:58

İdman
23 Mart 14:14

Xəbər lenti
23 Mart 14:13

Xəbər lenti
23 Mart 11:55

Xəbər lenti
23 Mart 11:16

Gündəm
23 Mart 11:14

Dünya
23 Mart 10:14

Dünya
23 Mart 10:12

Xəbər lenti
22 Mart 22:57

Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43
