Azərbaycan tarix yazır, tarixi nailiyyətlərə imza atır
23.09.2022 [12:11]
Bu günlərdə daha bir tarixi hadisəyə şahidlik etdik. 44 günlük Vətən müharibəsində qazanılmış şanlı və möhtəşəm Qələbənin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi fonunda Laçın şəhərində də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını ucaltdı. Ardınca çıxış edən dövlətimizin başçısı çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. O, işğaldan azad edilmiş ərazilərin bərpasından bəhs etdi, regionda sülh və təhlükəsizliklə bağlı Azərbaycanın qətiyyətli mövqeyini, postmüharibə dövründə yeni strateji hədəfləri növbəti dəfə diqqətə çatdırdı, ən əsası, Ermənistana və ona havadarlıq edən qüvvələrə ciddi xəbərdarlıq etdi.
Cənab İlham Əliyev bir daha bəyan etdi ki, heç kim bu torpaqları bizə bağışlamayıb, danışıqlar yolu ilə qaytarmayıb. Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə qazanan Azərbaycan torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü, milli qürur və ləyaqəti bərpa, BMT-nin 30 ilə yaxın müddət ərzində kağız üzərində qalmış qətnamələrinin icrasını özü təmin etdi. Bu, müsbət nümunə olmaqla yanaşı, dünya siyasi tarixində bir ilk idi. Azərbaycan mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaratdı. Xüsusi vurğulamaq istəyirəm ki, bu Qələbənin əldə olunmasında xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi və milli həmrəyliyimiz vacib rol oynadı. Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı.
Bu gün qalib Azərbaycan vədinə, öhdəliklərinə sadiqdir, sülhyaratma prosesi ilə əlaqədar öz üzərinə düşənləri tam və zamanında yerinə yetirir. Ermənistanın hərbi təxribatları, siyasi sabotajları isə üçtərəfli Bəyanatın tələblərinə, bu ölkənin siyasi-hüquqi öhdəliklərinə, sülh prosesinə və beynəlxalq hüquq normalarına tamamilə ziddir. Amma rəsmi İrəvanın üçtərəfli Bəyanatın bütün müddəalarına tam, vaxtında və qeyd-şərtsiz əməl etməkdən başqa çıxış yolu yoxdur. Prezident İlham Əliyevin söylədiyi fikirlərdən bir daha aydın olur ki, Azərbaycan öz mövqeyindən bir addım da geri çəkilməyəcək, heç bir halda güzəştə getməyəcək və zəruri addımlar atılacaq. Yeni reallıqlar fonunda ölkəmizin qüdrəti, Ordumuzun gücü və beynəlxalq hüquq normaları buna imkan verir. Digər tərəfdən, beynəlxalq ictimaiyyətə məlumdur ki, sülh gündəliyi ilə əlaqədar öz təkliflərini irəli sürən, prinsipial mövqe nümayiş etdirən Azərbaycanın təşəbbüsləri Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün müstəsna əhəmiyyət daşıyır.
Dövlət başçısının çıxışı zamanı diqqət yetirdiyi digər məsələlərdən biri bərpa-quruculuq işləridir. Bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Zəfər yolunun, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanının inşası, “Ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış məntəqələrinin yaradılması və digər mühüm addımlar sosial, iqtisadi, siyasi və strateji önəm daşımaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir.
Nəticə etibarilə, Azərbaycan tarix yazır, tarixi nailiyyətlərə imza atır. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələr qazanacaq, üçrəngli bayrağımız Zəfər zirvəsində daim dalğalanacaq.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

