Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
28.09.2022 [15:51]
Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin Müdafiə Qüvvələrinin komandanlığını ziyarət edib, hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. General-polkovnik K.Vəliyev fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Sonra general-polkovnik K.Vəliyev Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb.
İşgüzar şəraitdə keçən görüşdə regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib, iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Saçxeri Dağ Hazırlığı Məktəbində təşkil olunan kurslarda Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı və hazırlığının davam etdirilməsi müsbət qiymətləndirilib.
Azərbaycan ilə Gürcüstan orduları arasında keçirilən birgə təlim, konfrans və treninqlərin müntəzəm xarakter daşıdığı, bu tədbirlərin həm ikitərəfli və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatda, həm də NATO çərçivəsində həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb. Bildirilib ki, birgə hərbi təlimlər ordularımız arasında qarşılıqlı uzlaşma və döyüş hazırlığı səviyyəsinin artırılması, habelə təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır.
Tərəflər hər iki dövlətin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin qarşılıqlı şəkildə dəstəkləndiyini qeyd edib, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasının hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaratdığını və bu əməkdaşlığın hərbi qurumların maraqlarına cavab verdiyini xüsusi vurğulayıblar.
Görüşdə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə yönəldiyi qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

