Dünya və Azərbaycan mübarizə aparır
27.09.2023 [14:10]
Yeganə
Alimlər deyir ki, 2023-cü il, demək olar ki, 2016-cı ildən sonra bəşər tarixində ya ən isti, ya da ikinci ən isti il olacaq. Atmosferə əlavə istilik buraxan və orta hesabla daha isti illərlə əlaqəli olan El Nino şərtlərinin ən azı şimal yarımkürəsində qışda davam edəcəyi gözlənilir: “Biz isti havanın 2023-cü ilin sonuna qədər davam edəcəyini gözləyirik. Ola bilsin ki, 2024-cü il 2023-cü ildən də isti olsun”.
İqlim dəyişikliyinə mitiqasiya və adaptasiya yolu ilə cavab vermək mümkündür. Mitiqasiya dedikdə, istixana qazı emissiyalarının azaldılması və atmosferdən çıxarılması nəzərdə tutulur. Bu metodlara külək və günəş kimi az karbonlu enerji mənbələrinin inkişafı və effektiv şəkildə istifadəsi, kömürdən istifadənin tədricən dayandırılması, enerjinin səmərəliliyinin artırılması, meşələrin bərpası və qorunması daxildir. Adaptasiya isə inkişaf etdirilmiş sahil qorunması, fəlakətlər zamanı daha yaxşı idarəçiliyin təşkili və daha dayanıqlı məhsulların inkişafı vasitəsilə faktiki və ya gözlənilən iqlimə uyğunlaşmaqdan ibarətdir.
Paris Sazişinə əsasən, mitiqasiya cəhdləri ilə istiləşməni “2.0 °C-dən (3.6 °F) aşağıda” saxlamaq barədə razılığa gəlinib. Bu vədlərə baxmayaraq, əsrin sonuna kimi qlobal istiləşmə təxminən 2,8 °C-ə (5.0 °F) çatacaq və hazırki siyasət istiliyin təqribən 3,0 °C (5.4 °F) olması ilə nəticələnəcək. İstiləşmənin 1,5 °C-ə (2.7 °F) qədər məhdudlaşdırılması planı 2030-cu ilə qədər emissiyaların yarıya, 2050-ci ilə qədər isə sıfıra endirildiyi halda baş tuta bilər.
1995-ci ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Kioto Protokolu 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində qəbul edilib və 2005-ci il fevralın 16-da qüvvəyə minib. Azərbaycan Respublikası Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə bu Protokola qoşulub. Kioto Protokolu qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə tullantılarını məhdudlaşdırır.
Qeyd edək ki, qlobal istiləşmə, iqlim dəyişməsi, buzlaqların əriməsi müxtəlif təhlükələr barədə bizə xəbərdarlıq edir. Bura sel və daşqınlarla yanaşı, təhlükəli virusların oyanması da daxildir. Mütəxəssislər qlobal istiləşmə zamanı virusların da təkrar canlana biləcəyi ilə bağlı ehtimalların yüksək olduğunu qeyd edirlər.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən infeksionist-həkim Vüqar Cavadzadə bildirib ki, dünya təcrübəsində buzlaqların əriməsi ilə müxtəlif virusların təkrar canlanması kimi faktlar qeydə qalınıb. Həkim qeyd edib ki, alimlərin araşdırmalarına əsasən, əslində havaların hədsiz isinməsi virusların daha da sürətli yayılmasına yol açan amillərdən biridir: “Bu gün planetimizin qarşılaşdığı ən ciddi problemlərdən biri qlobal istiləşmə və qlobal istiləşmənin yaratdığı problemlərdir. Məlumdur ki, artıq bir neçə müddətdir qlobal istiləşmə ilə bağlı müəyyən çağırışlar edilir. İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Antropogen amillər sırasında azot oksidi, azot-1 oksid və xlor-flor birləşmələri də yer alır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Eyni zamanda məişət tullantıları, avtomobillərin havaya buraxdıqları qazlar da atmosferi çirkləndirməklə istiləşməyə yol açır.
Son əsrdə, xüsusən də son 30-50 ildə müşahidə olunan qlobal istiləşmə onilliklər ərzində atmosferdə toplanan su buxarı, karbon dioksid, metan, azot oksidi xlorofloro karbonlar kimi günəş işığı ilə qızdırılan, Yer səthindən infraqırmızı istilik şüalarını udan qazlar tərəfindən əmələ gəlir.
Başqa sözlə, Günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. Bir qismi litosferden, bir qismi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutulur. Bu hadisə günəş şüalarıyla istilənən, amma içindəki istiliyi çölə buraxmayan istixanaları xatırladır. Nəticədə atmosfer istiləşir ki, bu da istixana effekti adlanır”.
İnfeksionistin sözlərinə görə, bir zamanlar isti havaların virusları öldürə biləcəyi ilə bağlı müəyyən iddialar səslənsə də, bu, tamamilə əsassız və yanlış bir düşüncədir: “Müəyyən olunub ki, temperaturun artması əslində müxtəlif virusların daha da aktivləşməsinə, eyni zamanda sürətlə yayılmasına şərait yaradır. Bu baxımdan 2023 və 2024-cü illərin ən isti il olmasına dair bəzi çağırışların edilməsi ciddi siqnaldır. Bildiyimiz kimi, bütün dünya koronavirusun cəngindən hələ də xilas olmayıb. Bu bəşəri bəla yenə də aramızdadır. Son aylar yoluxma sayının əksər ölkələrdə artdığına şahid oluruq”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

