Tarixi naxış yaddaşımız...
06.12.2023 [13:26]
M.BAYRAMLI
Azərbaycan xalçaçılıq məktəbləri arasında İrəvan xalçaçılığının özəl yeri var. Biz bilirik ki, İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz tayfalarının yaşadığı ərazilər olub. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən Zəngibasara qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox qədimlərə gedən memarlıq, sənətkarlıq nümunələri ərsəyə gətirib. Bu ərazidə yaşayan azərbaycanlıların xüsusilə də məişətində xalça və xalça məmulatları əsas yer tutub. Müxtəlif ölçülü xalçalarla, kilimlərlə bərabər, namazlıqlar, çullar və digər toxunma məmulatları olub. Professor Vidadi Muradov məqaləsində qeyd edir: “Naxış kompozisiyasına görə Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəblərinə daha yaxın olan İrəvan xalçaçılıq məktəbinin nümunələri zaman-zaman xarici ölkələrə daşınıb, erməni kolleksiyaçılarının sərvətinə çevrilib. Bu gün erməni xalçası kimi təqdim edilən bu incilər azərbaycanlı ilmə ustaları tərəfindən toxunub. Xalça, kilim, palaz, şəddə, eləcə də digər toxuculuq məmulatlarının meydana gəlməsi tarixən qoyunçuluqla məşğul olmayan ermənilər üçün xarakterik deyildi”.
Qərbi Azərbaycanın Loru, Pəmbək, Şəmşəddin, Aparan, Talın, Əştərək, Ərzin, Axtı, Qırmızı kənd, Basarkeçər, Kəvər, Sərdarabad, Üçkilsə, Dərələyəz, Vedi, Qəmərli, Zəngibasar, Soylan kimi bölgələri olduqca müxtəlif və rəngarəng xalçaları ilə seçilirdi.
Qərbi Azərbaycan xalçalarının Milli Xalça Muzeyində sərgisi açılıb
Şübhəsiz ki, İrəvan xalçalarının, bütövlükdə toxuculuq, tikmə sənətinə aid olan nümunələrin təbliğinə, daha çox tanıdılmasına böyük ehtiyac var. Bu məqsədlə də, Milli Xalça Muzeyində ilk dəfə olaraq “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı sərgi açılıb. Sərgi Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlib. Burada Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı nümayiş olunub. Doğma yurdlarından məcburi deportasiya edilmiş soydaşlarımızın özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları “Qasımuşağı”, “Ləmpə”, “Muğan”, “Qubadlı”, “Gəncə” və s. xalçalarıdır.
Tədbirdə Qərbi Azərbaycan xalçaçılığından danışılıb, onun Azərbaycan xalçaçılığının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirib. Eləcə də Qərbi azərbaycanlıların doğma yurdlarından deportasiya olunması ilə bu bölgənin xalçaçılığına da böyük zərbə vurulduğunu diqqətə çatdırılıb. Vurğulanıb ki, uzun illər Ermənistan tərəfindən bu xalçaların mənimsənilməsi və erməni xalçaları kimi təqdim edilməsi bu sənətə ciddi ziyan vurub. Bütün maneələrə baxmayaraq, Qərbi azərbaycanlılar hər zaman ata-babalarından miras qalmış sənəti qoruyub saxlayıblar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

