Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İstanbulun tarixi mərkəzinə giriş ödənişli ola bilər

İstanbulun tarixi mərkəzinə giriş ödənişli ola bilər

13.12.2023 [21:08]

İstanbul rəhbərliyi şəxsi avtomobillər üçün şəhərin tarixi mərkəzinə girişi ödənişli etmək niyyətindədir.

Bu barədə Türkiyə KİV-i İstanbul Davamlı Şəhər Hərəkəti Planına (SKUP) istinadən məlumat verib.

Səlahiyyətlilər bununla tıxaclar və havanın çirklənməsi ilə bağlı problemləri həll etmək ümidindədir.

Plana görə, avtomobil sahibləri tarixi mərkəzə giriş üçün Eminönü ərazisində yerləşəcək köşklərdə ödəniş etməli olacaqlar. Məbləğ dəqiq bilinmir, lakin bunun həyata keçirilməsi üçün 3,4 milyon dollardan çox vəsait tələb olunacaq.

Şəhərin meri Əkrəm İmamoğlu bildirib ki, bu addım yerli sakinlərin həyatını yaxşılaşdıracaq.

Eyni şəkildə, şəhər rəhbərliyi əhalini ekoloji cəhətdən təmiz nəqliyyatdan istifadəyə təşviq etmək niyyətindədir.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31