Mədəni irsimizi məhv edənlər cəzalandrılmalıdır
21.12.2023 [11:15]
İcma: Ermənistanın Qarabağda “erməni mədəni irsinin dağıdılması”ndan danışması riyakarlıqdır
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il müddətində təkcə torpaqlarımız işğal edilməyib, eyni zamanda Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub. Bütövlükdə, 200 ildən artıq müddətdə Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir.
Bütün bunların fonunda nə qədər paradoksal olsa da, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı “erməni mədəni irsini” məhv etməkdə ittiham etməyə çalışır. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan “Qarabağda ermənilərin tarixi-mədəni və dini irsinin dağıdılması və mənimsənilməsi, eləcə də Qarabağın tarixinin “məqsədyönlü şəkildə təhrif edilməsi” ilə bağlı “narahatlığını” bildirib. O iddia edib ki, guya bütün bunlar “mədəni təmizləməyə” bərabər ola bilər. Amma görünən odur ki, əsl həqiqətlərin üzə çıxarılması, tarixi ədalətin bərpa olunması erməni tərəfini ciddi narahat edir. Çünki 30 illik işğal dövründə ziyarətgahları və qəbiristanlıqları dağıdan məhz ermənilər olub. Tarixi alban abidələrini erməniləşdirməyə çalışan da Ermənistandır.
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanat yayıb. Bəyanatda deyilir: “Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi qələmə verən Ermənistanın Azərbaycanın suveren əraziləri olan Qarabağda “erməni mədəni irsinin dağıdılması”ndan danışması, ilk növbədə, riyakarlıqdır. Son günlər Ermənistan rəsmilərinin ən azı sözdə tez-tez sülhdən bəhs etməsi fonunda Xarici İşlər Nazirliyinin Azərbaycanı “blokada”, “təcavüz”, “etnik təmizləmə”də ittiham etməsi, “Dağlıq Qarabağ xalqı” kimi qondarma, 2020-ci ildən əvvəlki ifadəni yenidən dövriyyəyə çıxarması Luis Okampo təfəkküründə olan erməni diplomatiyasının destruktiv mahiyyətini və sülh prosesini pozmağa çalışmasını göstərir”.
Əslində, Ermənistan XİN nümayəndəsinin iddialarının cəfəngiyyat olduğunu bir müddət öncə Qarabağa iki dəfə səfər etmiş BMT missiyasının hesabatları da təsdiqləyir. Sözügedən missiyanın hesabatlarında Qarabağda mülki infrastrukturun və məktəblərin, xəstəxana və yaşayış binalarının, eləcə də mədəni və tarixi abidələrin toxunulmaz qaldığı bəyan olunub. Erməni tərəfi isə BMT-nin hesabatlarını görməzdən gəlir.
Onu da qeyd edək ki, bugünlərdə Bakıda keçirilmiş “Mədəni irs” Forumunda məlumat verilib ki, Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. İşğal dövründə mədəniyyət abidələri məqsədli şəkildə dağıdılıb, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən tamamilə silinib. 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb. Forumda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Aytən Seyidova isə işğal dövründə Ermənistan tərəfindən təbiətimizə vurulan zərbə haqqında məlumat verib: “Azərbaycanda ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri ölkənin 10,31 faizini təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə ümumi sahəsi 42,9 min hektar olan 6 ədəd xüsusi mühafizə olunan təbiət ərazisi mövcuddur. Həmin ərazilərin meşə ilə örtülü 18,2 min hektardan 6,3 min hektarı işğal dövründə məhv edilib. Tərəfimizdən aparılmış monitorinqlər zamanı təbiət abidəsi statuslu 152 ədəd qədim ağacdan 135-nin məhv edildiyi məlum olub. Eyni zamanda, Zəngilan rayonu ərazisində təbii halda yayılmış və təbiət abidəsi statuslu 10 min hektar xüsusi qiymətli “Araz palıdı” meşəsinin 287,5 hektarının məhv edildiyi aşkar edilib”.
Bütün bunlar erməni vandalizminin sadəcə bir hissəsidir. Ona görə də, Ermənistanın bu məsələdə atalar məsəli ilə desək “oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı” yanaşması heç bir nəticə verməyəcək.
NARDAR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04

