Nikolas Maduro növbəti dəfə prezident kürsüsündə
30.07.2024 [10:50]
Xeyli vaxt idi ki, Venesuelada keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı müzakirələr aparılırdı, Seçkilər iyulun 28-də baş tutub. İlkin nəticələrə əsasən, seçkilərin qalibini müəyyənləşdirmək mümkün olub.
Seçkilərin favoriti hazırkı prezident Maduro olub
Venesuelada keçirilən budəfəki prezident seçkilərində dövlət başçısı postu uğrunda 10 siyasətçi mübarizə aparıb. Venesuelanın hakim Vahid Sosialist Partiyası hazırkı prezident Nikolas Maduronun namizədliyini irəli sürüb. O, iqtidar partiyası da daxil olmaqla bir sıra siyasi təşkilatlar və hərəkatları əhatə edən “Simon Bolivar adına böyük demokratik qütb” tərəfindən dəstəklənib. Milli Seçki Şurası Maduronu bu birliyin namizədi kimi qeydiyyata alıb. Seçkilərdə iştirak edən siyasətçilərin əksəriyyəti liberal müxalifəti təmsil edib. Maduronun əsas rəqibi “Unitar platform” koalisiyasına daxil olan ifrat sağçı partiyaların namizədi Edmundo Qonzales olub.
Son rəy sorğularının əksəriyyətinə görə, vətəndaşlar Maduroya üstünlük verirdilər. Seçkilərin ilkin nəticələri rəy sorğularında Maduronun öndə getməsinin təsadüfi olmadığını təsdiqləyib. İlkin nəticələrə görə, o, prezident seçkilərində qalib gəlir. Bununla da Maduro üçüncü dəfə altı illik müddətə ölkəyə rəhbərlik edəcək.
Bu barədə səsvermənin nəticələrinə əsasən Venesuela Milli Seçki Şurasının (MSŞ) sədri Elvis Amoroso məlumat verib. Seçki komissiyasından yayımı bütün Venesuela televiziya kanalları aparıb.
Amoroso MSŞ-nin ilk bülletenini açıqlayıb. Bülletenə əsasən, səslərin 80 faizi hesablandıqdan sonra Maduronu 5 150 092 seçici və ya səs verənlərin 51,2 faizi dəstəkləyib. Maduronun əsas rəqibi, ifrat sağçı partiyalardan olan namizəd Edmundo Qonsalesa 4 445 978 seçici və ya səs verənlərin 44,2 faizi səs verib. Seçkilərdə iştirak edən digər səkkiz namizəd, ümumilikdə, seçicilərin 4,6 faizinin səsini toplayıb.
Venesuela Prezidenti Nikolas Maduronun özü bildirib ki, onlar dünyanın ən güclü seçki sisteminə malikdirlər. O, bu barədə ölkədə keçirilən prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərlə görüşü zamanı deyib.
Dünyanın ən güclü seçki sisteminin Venesuelada olduğunu iddia edən Maduro, nəticələrin qalibi müəyyən edəcəyini bildirib və xalqın seçiminə hörmət edilməsini istəyib.
Venesuela mətbuatında yer alan xəbərlərə görə, seçkiləri izləmək üçün Venesuelaya 900-dən çox beynəlxalq müşahidəçi gəlib.
Yeni hakimiyyətin əsas vəzifəsi
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada səkkizinci, Latın Amerikasında birinci, ötən il isə onun istehsalına görə dünyada 25-ci yerdə qərarlaşıb. “Gas Energy Latin America” konsaltinq şirkətinin məlumatına görə, bu il bu Cənubi Amerika ölkəsində hasilat gündəlik 2,2 milyarddan (2016-cı il) 1,2 milyard kub metrə düşüb.
İstehsalın dirçəldilməsi qonşu ölkələrdə yaranan çatışmazlığı yumşalda və həmçinin Venesuelaya çox lazım olan sabit valyutada gəlirlər gətirə bilər. Hazırda ölkədə qaz əsas problem olaraq qalır. Kimin qalib gələcəyindən asılı olmayaraq, yeni hakimiyyət OPEC üzvü olan ölkənin qaz sənayesinə investisiyaların təmin edilməsi kimi çətin vəzifə ilə qarşılaşacaq.
Venesuela Prezidenti Nikolas Maduronun administrasiyası ötən ildən xarici şirkətlərə qaz layihələri ilə bağlı təklifləri aktivləşdirib. Lakin bir çox şirkətə uzun müddətdir ödənilməmiş borclar, ABŞ sanksiyaları və tələb olunan böyük investisiyalar irəliləyişi məhdudlaşdırır.
Ölkənin 150 milyard dollarlıq borcunun restrukturizasiyası, eyni zamanda, özəl sektorun rolunu köklü şəkildə genişləndirməklə bağlı təkliflər səsləndirilib ki, bu da analitiklərin fikrincə illər çəkəcək. Venesuelanın problemləri inkişafa mane olur.
Kolumbiya, Braziliya, Trinidad və Tobaqo kimi qonşu dövlətlər və bir çox Avropa ölkəsi Venesuelada hasilatın artırılması ilə qaz qıtlığının aradan qalxacağına ümid edir. Onlar qaz layihələrini sanksiyalardan azad etmək üçün ABŞ Prezidenti Cozef Baydenin administrasiyasına müraciət ediblər.
Venesuelanın təqribən 200 milyard kub metr kəşf edilmiş qaz ehtiyatı hələ də istifadə olunmamış qalır. “Venesuelada təbii qaz hasilatı tarixən onun potensialına nisbətən məhdud olub”, - deyə ABŞ Enerji İnformasiya İdarəsinin (Eİİ) hesabatında deyilir. Bu vəziyyət pis investisiya mühiti və infrastrukturun yoxluğu ilə əlaqələndirilir. Venesuelada qaz hasilatının təxminən 80 faizi neft hasilatına bağlıdır.
Argentina, Peru və Çili Maduronun qələbəsini tanımır
Argentina, Peru və Çili Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduronun qələbəsini tanımaqdan imtina edib.
Argentina prezidenti Xavyer Miley venesuelalı müxalifətçi Edmundo Qonzalesi qalib elan edib. Perunun xarici işlər naziri Xavyer Qonzales-Olaeçea Venesuelada keçirilən səsverməni “xalqın iradəsinə hücum” adlandırıb.
Çili xarici işlər naziri Alberto van Klaveren bildirib ki, beynəlxalq müşahidəçilər öz nəticələrini səsləndirməyənə qədər Çili hökuməti Nikolas Maduronun qələbəsini tanımayacaq. Çili prezidenti Qabriel Boric də “protokolların yoxlanılmasında tam şəffaflığa” çağırıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyun 11:50
Siyasət
04 İyun 11:33
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54

