Aİ Ermənistanı itirməkdən niyə qorxur?
21.02.2025 [08:58]
Son zamanlar Aİ-nin rəsmilərinin Ermənistana mütəmadi səfərləri müşahidə edilməkdədir. Qeyd edək ki, fevralın 13-də Ermənistan parlamentinin iclasında “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsi qəbul olunub. Bu qanuna görə, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanılması üçün ölkədə referendum keçirilə bilər.
Son bir neçə ildə Avropa İttifaqı və onun bəzi üzv ölkələrinin Ermənistanla münasibətlərdə addımları çox mühüm məqamlardan xəbər verir. Ermənistana hər tərəfli dəstəyin verilməsi fonunda bu ölkədə təsir imkanlarını artırmaq və bu ölkə üzərindən regionda öz geostrateji və geosiyasi mövqeyini möhkəmləndirmək Aİ-nin, xüsusilə də Fransanın Cənubi Qafqaz siyasətində əsas hədəfi hesab oluna bilər - 2025-ci ilin ilk günlərindən Aİ rəsmilərinin Ermənistana intensiv səfərləri bunu sübut edir. Keçən il də Aİ-nin və Avropa ölkələrinin rəsmilərinin Ermənistana səfərlərinə şahidlik etmişik - Parisin meri Anna Hidalqo və Fransanın XİN rəhbəri Stefan Sejurnenin İrəvana səfəri xüsusi diqqət çəkib.
Bir məqamı da vurğulayaq ki, artıq Aİ və Ermənistan arasında vizanın sadələşdirilməsi ilə bağlı müzakirələr başlayıb - Ermənistan KİV-lərinin məlumatına görə, fevralın 13-də Aİ-nin ilk ekspert missiyası vizanın liberallaşması məsələsini müzakirə etmək üçün İrəvana gəlib. Xatırladaq ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvdür və Rusiya ilə dərin iqtisadi-ticari münasibətlərə malikdir.
Bəzi ekspertlərin fikrincə, Aİ-Ermənistan münasibətlərində son proseslər məhz rəsmi Parisin təşəbbüsüdür və Ukrayna ətrafında baş verən hadisələr fonunda rəsmi Brüsselin Ermənistana diqqəti artırması bir neçə səbəbdən irəli gəlir.
Cənubi Qafqazın əhəmiyyəti
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bu səfərlərin mahiyyətini geosiyasi aspektlər baxımından başa düşmək lazımdır. “Artıq yeni qlobal siyasi nizamın formalaşması istiqamətində addımlar atılır - bu nizamda Avropa İttifaqı da geosiyasi güc mərkəzi olmaq, xüsusilə də Almaniya və Fransa bu prosesə nəzarət etmək niyyətindədir. Paris mərkəzi-qərbi Afrikada mövqelərini itirmək üzrədir - bu itkilərini kompensasiya etmək üçün Cənubi Qafqaza göz dikib. Fransanın hər vəchlə Ermənistanı özünə daha da yaxınlaşdırması və bu ölkəyə hərbi-siyasi dəstək verməsi onu deməyə əsas verir ki, Paris məhz Ermənistan üzərindən Cənubi Qafqazda geosiyasi təsir imkanlarını artırmaq istəyir”.
Politoloqun sözlərinə görə, Cənubi Qafqaz Avrasiyada beynəlxalq nəqliyyat qovşağına çevrilib: “Bu baxımdan regionda geosiyasi və geoiqtisadi cəhətdən möhkəmlənmək həm Aİ, həm də Avropanın güc mərkəzləri üçün xüsusi əhəmiyyət kəsb edir”.
Qərb Ermənistanı plasdarma çevirmək istəyir
“Gürcüstan əldən çıxdıqdan sonra Aİ diqqətini Ermənistan üzərində cəmləşdirir. Düzünü desək, Aİ və Avropanın güc mərkəzləri Ermənistanı regionda öz maraqlarını təmin etmək üçün plasdarma çevirirlər. Ancaq nəzərə almalıdırlar ki, Ermənistan üzərində regiona təsir etmək imkanları məhdud olacaq. Çünki Ermənistan blokada şəraitindədir. Amma buna baxmayaraq, Aİ yeganə alternativ seçim kimi Ermənistanı görür”, - deyə A.Nərimanlı vurğulayb.
Ermənistan da əldən çıxa bilər
Politoloq qeyd edib ki, Rusiya-ABŞ danışıqlarında əldə olunacaq razılaşmalar Ermənistana da təsir göstərə bilər: “Əgər Rusiya Ukraynada öz məqsədlərinə nail olarsa, bu, Moskvanın Cənubi Qafqazda yenidən aktivləşməsinə gətirib çıxaracaq. Bildiyimiz kimi, Ermənistan hər zaman Rusiyanın regionda forpostu olub. Bu baxımdan münasib şərait yaranan kimi Kreml Ermənistanda əvvəlki gücünü qaytarmağa çalışacaq. Moskvanın Ermənistanda özünə bağlı radikal və revanşist qüvvələri Paşinyan hakimiyyətinə qarşı səfərbər edəcəyi istisna deyil”. Ardınca A.Nərimanlı əlavə edib ki, Trampın USAİD ilə bağlı qərarından sonra qərbmeyilli qüvvələrin maliyyə imkanları tükənmək üzrədir: “Belə bir halda Paşinyan Rusiyaya yaxınlaşmaq məcburiyyətində ola bilər. Aİ isə Ermənistanın əlindən çıxmasını istəmir. Ona görə də Ermənistana zəruri olan dəstəyi davam etdirəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09

