Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / “Sülhpərvər qiyafə”nin astarı...

“Sülhpərvər qiyafə”nin astarı...

06.08.2022 [11:29]

Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri bir-bir qəbul edir

Erməni baş nazirin son açıqlamaları bunu təsdiqləyir

Sadiq İSMAYILZADƏ

2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanat regionda təhlükəsizliyin təmin edilməsi və davamlı sülhün bərqərar olması üçün ən mühüm istinad mənbəyidir. Həmin sənədə imza atan Ermənistan isə imza atdığı sənəddən yayınmağa çalışır. Daha doğrusu, ötən iki il ərzində Ermənistan öz yolunu müəyyənləşdirməkdə acizlik göstərir. Əslində mənzərə aydındır: bu gün Azərbaycan regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşdırıb. Bu reallıqlar isə özlüyündə yeni əməkdaşlıq platformalarını aktuallaşdırır. Belə bir iqtisadi platforma Ermənistan üçün hava-su kimi lazımlıdır. Sosial problemlərin əsirinə çevrilmiş bu ölkə Azərbaycanın ona tanıdığı imkandan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır. Təəssüf ki, hazırda bütün bunların tam əksi müşahidə edilməkdədir. Qeyri-konstruktiv mövqeyi ilə bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olan Ermənistan xəyalpərəst siyasətindən xilas ola bilmir. Ən qəribəsi isə, bu dövlətin daxilində kök salmış siyasi qüvvələrin sülhlə, sabitliklə bağlı sərgilədikləri mövqedir. Belə ki, Azərbaycanın apardığı siyasəti guya ciddiyə almadığını nümayiş etdirən, təxribatçı silahlı qruplar vasitəsilə mövqelərimizə atəş açan Ermənistan adekvat cavab alan kimi “yola gəlir”. Bu dəfə də eyni situasiyanın şahidi olduq. “Qisas” əməliyyatına qədər Azərbaycanın irəli sürdüyü təkliflərə cavab verməyən Ermənistan bu gün açıq şəkildə əl-ayağa düşüb. Baş nazir Paşinyanın hökumətin iclasında dilə gətirdiyi fikirlər də bunu təsdiqləyir.

Paşinyanın sülhməramlılarla bağlı “sualları”...

İlk olaraq erməni baş nazirin öz çıxışında Rusiya sülhməramlı kontingentinə söz atması diqqəti cəlb edir. Nikol Paşinyan “Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”, deməklə ölkəsinin və Qarabağdakı silahlı tör-töküntülərinin məsuliyyətini ən azı rəsmi Moskva ilə bölüşmək niyyətinə düşdüyünü nümayiş etdirir. Onun sözündən belə anlaşılır ki, Ermənistan 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli razılaşma ilə üzərinə götürdüyü öhdəliklərdən məhz sülhməramlı kontingentin arxasında gizlənməklə yayınmağa çalışıb. Paşinyan məhz belə bir görüntünü yaratmağa niyyətlənir. Son günlərə qədər Rusiya sülhməramlılarını tərifləməkdən doymayan Paşinyanı belə düşünməyə vadar edən nədir? Axı, ən azından primitiv siyasi anlayışı olan birisi də başa düşməlidir ki, sülhməramlı kontingent, sadəcə təhlükəsizliyi təmin etmək üçündür. Paşinyan isə düşünür ki, bu kontingentin arxasında gizlənib hər şey edə bilər. Belə olmadığı təqdirdə isə Rusiyadan “incik düşür”. Amma nahaq yerə. Paşinyan anlamalıdır ki, Azərbaycan torpaqlarında təxribat yaradacaq hər bir erməni silahlısı məsuliyyət daşıyır və bu məsuliyyətdən yayına bilməz. Son olaylar bunu əyani şəkildə sübut etdi.

“Sülhpərvər” qiyafə...

Paşinyanın digər bir iddiası isə özünüifşanın ən böyük nümunəsidir. O iddia edir ki, hazırda Qarabağda Ermənistan hərbçiləri xidmət etmir: “İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasının tərəfdarıdır”. Erməni baş nazirin fikirlərinin birinci hissəsi rəsmi İrəvanın 30 ilə yaxın işğal siyasəti yürütdüyünün, məhz Ermənistanın Azərbaycan topaqlarını işğal altında saxladığının etirafıdır. Demək ki, 2020-ci il Vətən müharibəsinə qədər Ermənistan vətəndaşları işğal altında olan Azərbaycan ərazilərində hərbi xidmət edirdi. Bəs ciddi-cəhdlə münaqişədə tərəf olmadığını iddia edən Ermənistan öz əsgərlərini hansı adla Qarabağa hərbi xidmətə yollayırdı? İkinci bir tərəfdən, Qarabağda Ermənistan hərbçilərinin xidmət etmədiyini demək son baş verənlər rakursundan Paşinyanı heç də məsuliyyətdən kənarda qoymur. Bu gün Qarabağda Azərbaycan ordusunun mövqelərinə atəş açan silahlı tör-töküntülər də erməni maraqlarına xidmət edir. Dolayısı ilə, onların kimliyi və ya vətəndaşlığı heç nəyi dəyişmir. Azərbaycan torpağında Azərbaycan əsgərinə atəş açan hər bir təxribatçı layiqli cavabını alır.

İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasının tərəfdarı olması məsələsinə gəlincə, münaqişənin bitməsindən ötən dövr ərzində Azərbaycanın irəli sürdüyü təklifləri müsbət cavablandırmayan, iqtisadi platformalarda əməkdaşlığın inkişafı ilə bağlı aparılan müzakirələrə qatılmayan, ən əsası isə sülh danışıqlarını pozmaq üçün bütün yollara əl atan Ermənistan sülhə hansı “töhfələri” verir? Ermənistan bu ilin aprel ayında Avropa İttifaqının moderatorluğu ilə keçirilən danışıqlarda üzərinə götürdüy? öhdəlikləri hələ də yerinə yetirmir. Alternativ Laçın dəhlizi yolu ilə bağlı məsələdə Azərbaycana mane olmağa çalışan rəsmi İrəvan öz addımları ilə regiona silahlı təhdid yaratmağa davam edir. Sadəcə olaraq, Azərbaycanın dəmir yumruğu Ermənistanı öz boş-boş arzularını həyata keçirməyə mane olur. Bu səbəbdən də, işi çətinə düşən Paşinyan hazırki raundda “sülhpərvər” qiyafədə peyda olub.

Ermənistan Azərbaycan ilə Naxçıvan arasında əlaqəni təmin edəcək

Eyni məntiq N.Paşinyanın 10 noyabr razılaşması ilə üzərinə götürdüyü digər öhdəlik - Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsində də keçərlidir. Belə ki, Paşinyan hökumətin iclasında Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu da vurğulayıb. Maraqlıdır ki, Azərbaycan həmin ərazidə yeni in?rastrukturun formalaşdırılması istiqamətində iki ildir dayanmadan fəaliyyət göstərir. Dünyanın yeni iqtisadi aortasına çevrilə biləcək Zəngəzur dəhlizi yeni əsrin ən böyük layihələrindən biri ola bilər. Bunu dərk edən, lakin öz boş iddialarından vaz keçməyən ermənilər ciddi-cəhdlə bu layihənin reallaşmasına əngəl yaratmağa çalışırlar. Hətta bu dəhlizin istifadəyə verilməsinin Ermənistanın yaşaması üçün tək qarant olduğunu bildirən erməni siyasətçiləri belə öz ölkəsində linc edilirlər. Belə olduğu halda, Paşinyanın birdən-birə Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu deməsi qeyri-səmimiliyin ən böyük nümunəsidir. Sadəcə olaraq, Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünü real təhlil edən düşmən ölkə artıq çıxış yolunun qalmadığını görür. Beləliklə, Paşinyan məcburən Azərbaycanın diktə etdiyi şərtləri bir-bir qəbul edir.

Paylaş:
Baxılıb: 418 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Sərin payız...

22 Sentyabr 11:40

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Siyasət

Gündəm

Mənim sözüm sözdür...

22 Sentyabr 10:10  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30