Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / NATO Türkiyə ilə əlaqələrinə böyük önəm verir

NATO Türkiyə ilə əlaqələrinə böyük önəm verir

19.08.2022 [10:32]

ABŞ Alyansla rəsmi Ankaranın qarşılıqlı fəaliyyətində maraqlıdır

Pərviz SADAYOĞLU

Türkiyənin son dövrlərdə Rusiya ilə yaxınlaşması, hətta iki ölkə arasında S-400 zenit-raket komplekslərinin (ZRK) ikinci alayının tədarükü ilə bağlı müqavilənin imzalanması Qərbi hərəkətə gətirib. Belə ki, ABŞ Türkiyənin önəmini bir daha anlayaraq rəsmi Ankara ilə əlaqələrinə yenidən baxmaq məcburiyyətində qalıb. Bunun nəticəsidir ki, ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Türkiyə nümayəndə heyətinin Ankaraya F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda apardığı danışıqlara dair məlumatı şərh edərkən bildirib ki, Türkiyə Silahlı Qüvvələri ilə Şimali Atlantika Alyansı arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi ABŞ üçün prioritet olaraq qalır. “Bizim siyasətimiz ondan ibarətdir ki, Konqresə rəsmi məlumat verilməyənə qədər iddia edilən hərbi transferləri açıq şəkildə şərh və ya təsdiq etmirik. ABŞ NATO müttəfiqi Türkiyə ilə tərəfdaşlığını yüksək qiymətləndirir. ABŞ və Türkiyənin müdafiə sahəsində uzunmüddətli və dərin ikitərəfli əlaqələri var. Türkiyə və NATO arasında qarşılıqlı fəaliyyətin qorunması Vaşinqton üçün prioritet olaraq qalır”, - Pentaqon rəsmisi bildirib.

O, Türkiyə hökumətinin ABŞ-la hərbi-texniki əməkdaşlıq sahəsində gələcək niyyətlərini birbaşa Ankaradan aydınlaşdırmağı təklif edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Müdafiə Nazirliyi F-16 qırıcılarının modernləşdirilməsi və alınması məsələsini müzakirə etmək üçün nümayəndə heyətinin ABŞ-a səfər edəcəyini açıqlayıb.

NATO-nun şimala doğru genişlənməsi

Əslində NATO ilə Türkiyə arasınlakı anlaşılmazlıqlar, başqa sözlə narazılıqlar sadə xarakter daşımır. İllərdir ki, terrorla mübarizə aparan bir ölkə olaraq Türkiyə zaman-zaman öz tərəfdaşlarının da hədəfinə çevrilib. Hətta terrorun stimullaşdırılması kimi hallarla da qarşılaşıb. Mövqelərin uzlaşmaması ilə bağlı problemlər isə Alyansın şimala doğru genişlənmə planı ilə “çat verdi”. Belə ki, bu ilin əvvəlindən NATO-nun genişlənməsi planının şimala doğru istiqamət alması Alyansın daxilində müəyyən narazılıqlara səbəb olmuşdu. Ortada olan ən böyük problem isə NATO sıralarına qoşulacaq ölkələrlə bağlı idi. Belə ki, qurumun iki Skandinaviya ölkəsini - Finlandiya və İsveçi sıralarına qatmaq arzusu Alyansın ikinci böyük ordusuna malik Türkiyəni razı salmamışdı. Rəsmi Ankara adıçəkilən ölkələrin NATO sıralarına qoşulması üçün öz şərtlərini açıqladı. Əks halda, Türkiyə veto hüququndan istifadə edəcək və Alyansın bu iki dövlət hesabına genişlənməsinə imkan verməyəcəkdi. Bu ilin iyununda Madriddə keçirilən sammitdə üçtərəfli müqavilə ilə Türkiyənin şərtlərini qəbul etdiyini açıqlayan hər iki dövlətin qarşısında isə bəzi atılası addımlar dayanır. İlk növbədə, hər iki ölkə ərazisində olan terrorçuların təhvil verilməsi məsələsini həll etməlidir. Amma imzalanan müqavilədən iki aya yaxın müddət keçməsinə baxmayaraq hələ ki, əməli addımlar görünmür. Bu isə təbii olaraq, Türkiyəni narazı salır. Bunun nəticəsidir ki, bir müddət öncə baş tutan “Səfirlər konfransı”nda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdi ki, verilən vədlər yerinə yetirilməsə, Türkiyə bu iki dövlətin NATO üzvlüyünə razılıq verməyəcək. Dövlət başçısı vurğulamışdı ki, bu mövqe NATO-nun Madriddə keçirilən sonuncu sammitində bir daha nümayiş etdirilib: “Küçələrində PKK-çıların dolaşdığı dövlətlərin üzvlüyü NATO-nun müdafiə etdiyi dəyərlərə xələl gətirəcək. Finlandiya və İsveçlə bağlı aydın və qətiyyətli mövqeyimizi qoruyuruq. Türkiyə vədlər yerinə yetirilmədən bu iki ölkənin üzvlüyünü təsdiq etməyəcək”. Təbii ki, bu bəyanatın səslənməsinə mühüm əsaslar yaranıb. Əks halda, Türkiyənin dövlət başçısı belə bir xəbərdarlıq etməzdi. Bu isə bütövlükdə NATO daxilində bir narahatlığa səbəb olur. Demək ki, Türkiyənin Alyansdan narazılığı artıq ABŞ tərəfindən də “sezilir”. Əks halda, Pentaqon rəsmisinin qeyd edilən fikirləri dilə gətirməsinə ehtiyac yaranmazdı.

Türkiyə - Rusiya yaxınlaşması ABŞ üçün mühüm siqnaldır

Qərbin, ən əsası da NATO-nun Türkiyə “sevgisini” bu cür açıq dillə izhar etməsinin digər əsas səbəbi isə rəsmi Ankaranın Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe, oynadığı əhəmiyyətli roldur. NATO ölkəsi olaraq Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır və münaqişənin həllində “orbitr” vəzifəsini üzərinə götürüb. Artıq aylardır ki, uğurla və hər iki tərəfin etimadını qazanaraq hakimlik edən rəsmi Ankaranın uğurları da göz önündədir - taxıl dəhlizi, humanitar danışıqlar, XİN rəhbərləri səviyyəsində danışıqların təşkili bunun bariz sübutudur. Bu isə onu deməyə əsas verir ki, indiki halda Rusiya da Türkiyəyə etibar edir. Sonuncu Soçi danışıqları zamanı ortaya çıxan əsas məqamlardan biri Rusiya ilə Türkiyənin Yaxın şərq problemi üzrə ortaq məxrəcə gəlməsi oldu. Bu, NATO, xüsusilə də ABŞ üçün mühüm siqnaldır. Rəsmi Vaşinqton anlayır ki, artıq Türkiyəni itirmək üzrədir. Dünyanın ən strateji nöqtəsində bu cür mühüm bir tərəfdaşı itirmək isə həmin regionu itirməyə ekvivalentdir. O səbəbdəndir ki, ABŞ uzun müddətdir ki, yubatdığı F-16 qırıcılarının tədarükü ilə bağlı danışıqlara start verdi. Danışıqların ardından isə Türkiyənin NATO üçün önəmi açıqlandı.

Göründüyü kimi, artıq regional deyil, qlobal oyunçuya çevrilən Türkiyə özünün dövlət maraqlarını ən yüksək səviyyədə qorumağı bacarır. İllərdir ki, terrorla mübarizə aparan, bu yolda nəinki özünün “müttəfiqlərindən” dəstək almayan, hətta terrorun stimullaşdırılması ilə üz-üzə qalan rəsmi Ankara Qərbi öz mövqeyinə uyğunlaşdırdı. Dünyanın aparıcı siyasi mütəxəssisləri bunu Türkiyənin, Prezident Ərdoğanın qələbəsi hesab edirlər. Onların fikrincə, bu addım Türkiyənin siyasi mühitdə, o cümlədən regional problemlərin həllində rolunu daha da gücləndirəcək.

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Xarici siyasət

F-16 istəyirsənsə...

05 Oktyabr 10:30

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

05 Oktyabr 10:25

Analitik

İqtisadiyyat

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31