MN xəbərdarlıq edir
08.03.2023 [10:35]
Ekspert: Baş vermiş hadisənin əsas iki baza faktoru aradan qaldırılmalıdır
Nicat Dilqəmli
Bir neçə gündür ki, Ermənistan tərəfi yenidən qanunsuz əməllər törətməyə davam edir. Belə ki, martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.
Eyni zamanda, martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Baş vermiş təxribatla bağlı Müdafiə Nazirliyinin (MN) yaydığı bəyanatda Rusiya MN Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif etməsi və həqiqəti əks etdirməyən məlumat yayması diqqətə çatdırılıb: “Martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulub və nəticədə iki hərbçimiz şəhid olub, biri isə yaralanıb. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilib və biri yaralanıb. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir”.
Açıqlamada insident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumatın da həqiqəti əks etdirmədiyi vurğulanır: “Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilmişdir”.
MN bəyanatında bildirilir ki, bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir: “Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır”.
“Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilir. Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir”, - açıqlamada deyilir.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyir ki, Rusiyanın sülhməramlı adlandırılan hərbi kontingentinin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, ermənilərin sülh çağırışlarının verilməsində tamamilə qeyri-səmimi və riyakar olması kimi bir sıra məqamlar sülh sazişinin imzalanmasına çox ciddi zərbə vurur: “Xankəndi-Laçın yolunda Ermənistanla Azərbaycan dövlətləri arasında olan bugünkü şərti sərhəd haradırsa, orada sərhəd-buraxılış məntəqəsi yaradılmalıdır. Artıq proseslərin bu formada irəliləməsi, erməni təxribatları və Rusiya hərbi kontingentinin mövqeyi bizə öz yolumuza, öz sərhədimizə nəzarət etməyə, həmin ərazidə sərhəd-buraxılış məntəqəsi qurmağa əsas verir. Müharibənin başa çatmasından 2 ildən çox vaxt keçməsinə baxmayaraq, bu gün də ərazilərimizdə Ermənistan dövlətinə məxsus olan silahlı birləşmələrin tör-töküntüləri qalmaqda davam edir. Bundan başqa, 1991-ci ildən özlərini elan etmiş, lakin heç kim tərəfindən tanınmayan separatçı, cinayətkar, terrorçu qurum olan “Artsax” adlandırılan qurum ərazimizdən təmizlənməlidir, bu cinayətkarlar, qanunlarımıza tabe olmayanlar cəzalarını almalıdırlar. Bütün bunlar olmalıdır. Əks halda, ermənilər həm Qarabağda, həm də Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən daha təhlükəli, ağır təxribatlar törədəcəklər”.
E.Məmmədov Ermənistanı silahlandıran, onları müharibəyə təhrik edən dövlətlərdən də söz açaraq qeyd edib ki, baş verə biləcək hər hansı bir hərbi toqquşmaya hər an hazır olmalıyıq: “Fransa və İran kimi onlara vəd verən, silahlandırmaqla, təlimatlandırmaqla və müharibəyə həvəsləndirməklə məşğul olan dövlətlər var. Avropa İttifaqının mülki missiya deyilən dırnaqarası missiyasında 100 nəfərdən 80-i Fransa vətəndaşlarıdır. Və onlar da Fransadan olan hərbçilərdən, jandarmlardan ibarətdir. Artıq bunu hərbi missiya kimi qəbul etmək olmaz. Onlar kəşfiyyatçıdırlar, məlumat toplamağa, erməniləri müharibəyə hazırlamağa gəliblər. Bax, buna görə də hər an, hər dəqiqə döyüşə hazır vəziyyətdə olmalıyıq. Bunu cənab Prezidentimiz də çıxışlarında bildirib. Təbii ki, biz də dövlət başçımızın tövsiyələrə istinad və əməl edirik. Cənab Prezident Münhendə bildirdi ki, orada sərhəd-buraxılış məntəqəsini qurmalıyıq, separatçılar təmizlənməlidir. Bunların hamısına əməl olunmalıdır və ordumuz hər an hazır vəziyyətdə olmalıdır”.
Hərbi məsələlər üzrə mütəxəssis Ədalət Verdiyev qəzetimizə açıqlamasında Azərbaycan ərazilərindən Azərbaycan Ordusunun mənsubuna atəş açılmasının qətiyyən qəbul ediləcək məsələ olmadığını bildirirərək erməni silahlılarının Qarabağda mövcud olmasının Azərbaycanın suverenliyi və təhlükəsizliyi baxımından ciddi təhdidlər yaratdığını diqqətə çatdırıb: “İki gün öncə Xəlfəli-Qaybalı-Xankəndi yolunda baş verən hadisə bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı terror siyasəti davam etməkdədir. Bu gün də Laçın yolundan yan keçməklə, Azərbaycan ərazilərinə silah-sursat və yanacağın erməni silahlıları üçün daşınması davam edir. Bu proseslərdən başqa, Azərbaycan ərazilərindən Azərbaycan Ordusunun mənsubuna atəş açılması qətiyyət qəbul ediləcək məsələ deyil. Ermənistan tərəfi əvvəllər də belə təxribatlara yol vermişdi və onun nəticələri hər kəsə məlumdur. Odur ki, baş verən son təxribatdan sonra Azərbaycan tərəfi daha sərt addımlar atacaq”.
Ekspertin sözlərinə görə, baş verən hadisənin əsas iki baza faktoru aradan qaldırılmalıdır: “Onlardan biri odur ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təchizatın daşınmasının qarşısının tam şəkildə alınmasıdır. Bunun üçün Azərbaycan tərəfinin Ermənistanla şərti sərhədimizin Laçın rayonu ərazisindən keçən hissəsində nəzarət-buraxılış məntəqəsini ən yaxın müddətdə quraşdıracağı gözlənilir. Digəri bir vacib məqam isə sülhməramlıların nəzarətində olan ərazilərdən erməni silahlılarının ən qısa müddətdə təmizlənməsidir”.
“Hesab edirəm ki, hər iki proses paralel şəkildə həyata keçiriləcək”, - deyə Ə.Verdiyev fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 21:02

Xəbər lenti
02 İyun 20:40

Xəbər lenti
02 İyun 20:25

Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12
