Ana dili qadağası...
14.03.2023 [10:40]
Yaxud 350 minlik xalqı yox etmə savaşı
Fransa korsikalıları ana dilindən məhrum etməyə çalışır
Nardar BAYRAMLI
Fransa hakimiyyətinin insan haqlarını kobud surətdə pozması təəssüf ki, davam edir. Rəsmi Parisin Korsika əhalisinə təzyiq və güc tətbiq etməsi səngimək bilmir. Bu yöndə növbəti “addım” Fransa məhkəməsi tərəfindən Korsika adasında korsika dilinin qadağan olunmasıdır. Qadağa əsasən dövlət müəssisələri üçün tətbiq edilib. Məhkəmə hesab edib ki, dövlət müəssisələrində bu dildən istifadə Fransa Konstitusiyasına ziddir. Qərarda Fransa konstitusiyasına istinad edərək bildirilir ki, ictimai vəzifələrin icrasında istifadəsinə icazə verilən yeganə dil fransız dilidir. Dil məsələsinə əlavə olaraq, məhkəmə “Korsika xalqı” ifadəsini də faktiki olaraq konstitusiyaya zidd hesab edib. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib. BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen isə bu qərara etiraz edib: “Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır. Çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır”.
Ümumiyyətlə, Korsika probleminin kökü nədən ibarətdir? Hazırda baş verənlər nə üçün yaşanır? Napoleon Bonapartın doğulduğu, dilinə və mədəniyyətinə görə Fransanın digər bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika adası bu günə qədər qaynar ictimai-siyasi proseslərə ev sahibliyi edib, mərkəzi hakimiyyətin siyasi hədəfinə çevrilib. Bu gün Fransanın 18 bölgəsindən biri sayılan, 350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur. Tarixi aspektlərə gəlincə, hələ eradan əvvəl III-II əsrlərdə Roma imperiyası tərəfindən işğal edilən, VI-VIII yüzillikdə Bizansın tərkibində olan, 1347-ci ildə Genuyanın hökmranlığının bərqərar olduğu Korsikada 1729-cu ildən etibarən azadlıq hərəkatı - etirazlar, üsyanlar müşahidə olunmağa başlayıb. Məqsəd xarici qüvvələrdən xilas olaraq müstəqillik qazanmaq idi. Amma 1764-cü ildə qəbul edilmiş Kompyen konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən, Korsika Fransanın tabeliyinə keçib, 1796-cı ildə isə tam olaraq ölkəyə birləşdirilib.
Korsikalıların azadlıq mübarizəsi
Lakin korsikalılar daim müstəqillik və ya muxtariyyət hüququnun genişləndirilməsi tələbi ilə çıxış ediblər. Bu istiqamətdə 1970-ci ildən başlayaraq fəallaşıblar, siyasi və silahlı mübarizəni davam etdiriblər. Bu prosesdə Korsikanın Milli Azadlığı Cəbhəsinin (Front de Liberation Nationale Corse) fəallığı diqqəti cəlb edir. Təşkilatın yanaşması və ya fəaliyyət fəlsəfəsi isə bu cür ifadə olunub: “Korsikalılar fransız deyillər, çünki onlar fərqli dilə, mədəniyyətə və ənənələrə sahibdirlər. Fransa dövləti Korsikanı koloniya kimi idarə etmək istəyir”.
Bəs korsikalıların tələbləri nədir? Fransada 2017-ci ilin dekabrında keçirilən regional seçkilərdə millətçilər qələbə qazandılar. Bundan sonra Korsika məsələsi ilə əlaqədar danışıqların yenidən aktiv fazaya keçməsi müşahidə edildi. Millətçi kəsim ilk növbədə Fransa hakimiyyətinin qarşısına konkret bir tələb qoydu: Korsika dilinə fransız dili ilə eyni statusun verilməsi çağırışına görə siyasi məhbusa çevrilmiş fəalların azadlığa buraxılması. İqtidarın cavabı isə konkret oldu: “Yox!”. Fransanın ən yoxsul bölgəsi olan Korsikanın əhalisi müstəqillik verilməsi və ya muxtariyyətin genişləndirilməsi, siyasi məhbuslara amnistiya verilməsini tələb edir. Tələblər sırasına Fransa konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması, “Korsika dili”nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması, Korsikada yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsi də daxildir. Bütün bu tələblərin qarşılığında isə korsika dili qadağan olundu.
Məhkəmə qərarından apellyasiya şikayəti verilib
Məhkəmənin bu qərarı ada sakinlərini yenidən qəzəbləndirib. Muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər məhkəmə qərarını dərhal tənqid ediblər. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir. Adanın seçilmiş məmurları apellyasiya şikayəti veriblər. Məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər. Müstəqillik tərəfdarı olan “Core in Fronte” partiyası tviter hesabında bu qərarı “rüsvayçı” hesab edib. Millətçi deputatlar hesab edirlər ki, məhkəmə qərarı və onun motivasiyası yalnız konstitusiyaya yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir, xüsusən də Korsika dilinin rəsmi statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtdir.
“Frankofoniya” Fransanın müstəmləkə maraqlarına xidmət edir
Paradoksal hal odur ki, yaşadıqları ərazidə korsikalıları öz dillərindən məhrum etməyə çalışan Fransa hökuməti “Frankofoniya” adlı təşkilat yaradaraq fransızlara heç bir aidiyyatı olmayan xalqlara öz dilini “dövlət dili” statusunda sırımağa çalışır. Əslində, Beynəlxalq Frankofoniya Təşkilatının yaradılmasında əsas hədəf Fransanın keçmiş və hazırda mövcud olan koloniyaları üzərində “mədəni” nəzarətini qoruyub saxlamaqdan ibarət olub. Həmin təşkilata vaxtilə Fransanın müstəmləkəsi olmuş ərəb dövlətləri və Afrikadakı bir sıra ölkələr və s. daxildir. Fransız dilini bu ölkələrdə dövlət dili statusunda qorunmasına çalışan Fransa hakimiyyəti bununla öz müstəmləkəçi siyasətini davam etdirir. Bu fakt isə rəsmi Parisin iddia etdiyi demokratiya və insan hüquqları kimi dəyərlərdən tamamilə uzaqdır. Başqa sözlə, özünü demokratik dəyərlərin daşıyıcısı hesab edən bir ölkənin XXI əsrdə koloniyalarının sahəsindən asılı olmayaraq müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının ayaqlar altına atılmasıdır. Bütün bunların fonunda Fransa məhkəməsinin Korsika dilini eyni adlı ərazidə qadağan etməsi heç bir məntiqə sığmır.
İranvari siyasət...
Bir məqamı da vurğulamaq lazımdır ki, Fransa hakimiyyətinin bu addımı İranın soydaşlarımıza qarşı atdığı addımların bənzəridir. Belə ki, İranda 40 milyon azərbaycanlı yaşasa da, onların ana dilində bir məktəbi belə yoxdur. Şərqi Azərbaycan deyilən ərazidə Azərbaycan dilində danışmaq belə arzuolunmaz hal kimi qəbul olunur. Bu ölkədə Azərbaycan dilində məktəblərin açılmasına imkan verilmir. Tehran rejimi öz siyasəti ilə azərbaycanlıların assimilyasiyasına çalışır. Beləliklə, dini, dili, ənənələri ayrı olsa da, bu iki dövlət eyni siyasi mövqe sərgiləyir. Həmin siyasətin isə kökündə parçalamaq, yox etmək kimi bəşəri dəyərlərə zidd olan hisslər daha qabarıq görünür.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
