Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Aİ-nin Ermənistana “səxavəti”

Aİ-nin Ermənistana “səxavəti”

04.10.2023 [11:55]

Bu vəsait hansı məqsədlər üçün xərclənəcək?

Nardar BAYRAMLI

Ermənistan hakimiyyəti bir sıra beynəlxalq qurumlardan, o cümlədən Avropa İttifaqından maliyyə dəstəyi almaq üçün müxtəlif variantlara əl atır. Paşinyan hökuməti son vaxtlar regionda baş verən prosesləri bu məqsədi reallaşdırmaq üçün “fürsət” hesab edir.

Belə ki, baş nazir Nikol Paşinyan iki gün öncə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin yeni rəhbəri, səfir Vasilisi Maraqosla görüşərkən Ermənistan-Avropa İttifaqı əməkdaşlığının müxtəlif istiqamətlərində “irəliləyiş olduğunu” deyib. O, görüşdə məzlum obrazı yaradaraq qarşı tərəfdən əlavə maliyyə dəstəyi istəyib. Belə ki, Paşinyan  Avropa İttifaqının Ermənistan üçün nəzərdə tutulan 2,6 milyard dollarlıq investisiya paketində nəzərdə tutduğu layihələrə yeni təkan verilməsinin “vacibliyini” söyləyib. Baş nazir buna səbəb kimi guya Qarabağdan Ermənistana köçən ermənilərə humanitar yardımların verilməsini göstərib. Paşinyan erməni xislətinə uyğun olaraq Qarabağ ermənilərinin Ermənistana könüllü getmələrini “məcburi deportasiya” adlandırıb.

Ermənistanın baş naziri Avropa Komissiyasının sədri Ursula ?on der Leyenlə də  telefon danışığında eyni hiyləgər mövqe sərgiləyib. Erməni mediasının yaydığı məlumata görə, telefon söhbətində Qarabağ ermənilərinin Ermənistana köçməsindən sonra mövcud vəziyyət, Ermənistan-Avropa İttifaqı əməkdaşlığı gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər həm də bu həftə Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Telefon danışığından sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen “X” mikrobloqunda qeyd edib ki, Avropa İttifaqı Ermənistana köçmüş Qarabağ ermənilərinə yardım etməkdə bu ölkənin yanındadır: “Biz Mülki Müdafiə Mexanizmini işə saldıq və 5,2 milyon avro dəyərində humanitar yardımı səfərbər etdik. Mülki müdafiə və humanitar yardım üzrə Avropa komissarı Yanes Lenarçiç gələcək ehtiyacları qiymətləndirmək üçün cümə günü Ermənistana gələcək”.

Əslində, Avropa İttifaqı indiyə qədər də müxtəlif layihələr və proqramlar adı altında Ermənistana maliyyə yardımları edib. Ermənistana milyonlarla avro  maliyyə vəsaiti ayrılsa da, ölkədə hökumət tərəfindən sosial və humanitar məsələlərlə bağlı hər hansı bir real layihənin həyata keçirilməsi müşahidə edilməyib. Ən azından əhalinin sosial durumunun ağır olması da bunu təsdiqləyir. Bütün bunlar, bu məsələdə siyasi maraqların olmasını göstərir.  Bu baxımdan, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Ermənistanda Rusiyanı itirməyi, yeni dostlar qazanmağı arzulayanlar çoxdur” fikri diqqəti cəlb edir. Bununla Paşinyan hökumətinin Qərbə yönlənməsinə eyham vuran Lavrovun sözlərinə görə, tarixi, ?oğrafi və geosiyasi olaraq Rusiyanı itirmək, onun Cənubi Qafqazdakı maraqlarını tam rədd etmək mümkün deyil. O, Qərbə ümid edən ölkələrin sonrakı taleyini də xatırlatmağı unutmayıb.

Görünən odur ki, Avropa İttifaqının Ermənistana münasibətdə səxavət kisəsini açıq saxlamasında müəyyən maraqlar var. Paşinyan hökuməti bu maliyyədən varlanmağı düşünürsə, Avropa İttifaqının timsalında Fransa kimi ölkələr Cənubi Qafqazda möhkəmlənməyə çalışacaq. Bu məqsədə çatmaq üçün Ermənistan onlar üçün poliqon rolunu oynamaqdadır.

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Xəbər lenti

Analitik

Məkrli plan...

30 Noyabr 11:15

Xəbər lenti

Daha 63 sakin...

30 Noyabr 11:13

Siyasət

Xəbər lenti

Siyasət

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30