İsrail-Fələstin düyünü çözüləcəkmi?
24.10.2023 [11:40]
Qərb ölkələri gərgin formada davam edən İsrail-Fələstin münaqişəsinə ümumən passiv reaksiya versələr də, müharibə bölgə dövlətlərini ciddi narahat edir. Problemlə bağlı oktyabrın 21-də Qahirədə sülh sammiti adı altında toplantı keçirən ərəb ölkələri israillilərlə fələstinlilər arasında on illərdir davam edən zorakılığa son qoymaq üçün birgə fəaliyyət göstərmələrinin zəruri olduğunu bildirib.
Sülh sammitində fikir ayrılıqları
Misirin paytaxtı Qahirədə keçirilən görüşdə Avropa, Afrika və Yaxın Şərq ölkələrinin liderləri, eləcə də xarici işlər nazirləri iştirak ediblər. Toplantıda əsas məqsəd regional müharibənin getdikcə genişlənməsinin qarşısını almaq üçün yollar aramaqdan ibarət olub. Görüşdə iştirak edən diplomatlardan bəziləri “Reuters” agentliyinə verdikləri açıqlamada bildiriblər ki, tədbir iştirakçıları arasında ilk olaraq HƏMAS-ın hücumu və İsrailin özünümüdafiə hüquqları ilə bağlı fikir ayrılıqları olduğuna görə vahid bəyanatın qəbul edilməsi gözlənilmir.
Bundan əlavə, sammitdə bir sıra Qərb liderlərinin iştirak etməməsi də tədbirin uğurlu nəticə verəcəyinə ümidləri azaldıb. Konkret desək, Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Fransa rəhbərliyi bu sammitə qatılmayıblar. İsrailin yaxın müttəfiqi olan Amerika Birləşmiş Ştatları isə tədbirdə səfirliyin müvəqqəti işlər üzrə vəkili səviyyəsində təmsil olunub.
Qaçqın arzulamayan qonşu dövlətlər
Müzakirələr zamanı Misir prezidenti Əbdülfəttah əs-Sisi Qəzza zolağında humanitar fəlakətə son qoymaq və İsraillə Fələstin arasında sülhü bərpa etmək üçün yol xəritəsi tərtib etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, yol xəritəsinin məqsədləri sırasına Qəzza zolağına yardımın çatdırılması, atəşkəsə nail olmaq və nəhayət, hər iki tərəfi real nəticəyə aparan danışıqlar prosesi daxildir.
İordaniya kralı Abdullah isə HƏMAS-ın idarə etdiyi Qəzzada minlərlə insanın ölümünə və bir milyondan çox insanın evsiz qalmasına səbəb olan əməliyyatlarla bağlı “qlobal sükut” adlandırdığı beynəlxalq reaksiyanı pisləyib və dünya ictimaiyyətini İsrail-Fələstin münaqişəsinə ədalətli yanaşmağa çağırıb.
Kral Abdullah Qəzzada, İordan çayının qərb sahilində və İsraildə mülki insanlara qarşı törədilən terror aktları ilə bağlı qəzəbini və kədərini ifadə edib. O, İsraili hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarına başlamağa çağırıb.
Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas isə çıxışı zamanı bildirib ki, fələstinlilər heç bir halda öz torpaqlarından didərgin düşməyəcəklər. O, sammit iştirakçılarına üz tutaraq “biz getməyəcəyik, öz torpağımızda qalacağıq” kimi qətiyyətli fikirlər səsləndirib.
Ərəb ölkələri iki milyondan çox insanın yaşadığı və yer kürəsində ən sıx insan məskənlərindən olan Qəzza zolağının bombalanmasının yolverilməz olduğunu, tərəflərin dərhal danışıqlara başlamasının vacibliyini vurğulayıb.
Tədbirdə Misirin xüsusi narahatlığı hiss olunub. Bu narahatlıq isə qədim tarixi həqiqətlərin üzə çıxması qorxusundan irəli gəlir. Fələstinlilərin vaxtı ilə Misirin Sinay yarımadasından indiki Fələstin ərazisinə, əsasən, Qəzza bölgəsinə köçürülməsi ilə bağlı real mənbələr çoxdur. Bu səbəbdən Misir prezidenti Əbdülfəttah əs-Sisi bəri başdan fələstinlilərin yenidən Misirin Sinay bölgəsinə köçürülə biləcəyi variantına qarşı çıxıb: “Misir deyir ki, Fələstin probleminin həlli məcburi köçkünlük deyil, münaqişənin yeganə həll yolu ədalətin bərpası, fələstinlilərin öz qanuni haqlarına nail olması və nəhayət, müstəqil dövlətdə yaşamalarıdır”.
Hazırda xeyli fələstinli qaçqının pənah gətirdiyi İordaniya rəhbərliyi isə qorxur ki, həmin fələstinlilərin İordan çayının qərb sahilindən kütləvi köçürülməsi üçün İsrail dövləti israr edəcək. Həmin düşüncədən çıxış edən İordaniya kralı Abdullah xatırladıb ki, məcburi köçkünlük “beynəlxalq hüquqa görə müharibə cinayətidir və hamımız üçün qırmızı xətdir”.
BMT-nin simvolik reaksiyası
Sammitdə iştirak edən BMT-nin Baş katibi Antonio Quterreş də HƏMAS-ın İsrailə xain hücumunu pisləyib. Əlavə edib ki, heç bir terror aktı “Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz”. Quterreş müharibənin “daha geniş kontekstinə” toxunaraq hər iki tərəfi gecikmədən sülh danışıqlarına başlamağa dəvət edib.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli isə öz növbəsində İsrail hökumətinin beynəlxalq hüquqa uyğun hərəkət etməsini, Qəzzada dinc insanların həyatını qorumasını arzu etdiyini bildirərək: “İndiki gərgin və qeyri-adi şəraitə baxmayaraq, mən İsrail ordusunu nizam-intizama, eləcə də peşəkarlıq və təmkinlə hərəkət etməyə çağırıram”, - deyib.
Kleverli onu da əlavə edib ki, beynəlxalq ictimaiyyət regionda qeyri-sabitliyin yayılmasının qarşısını almaq üçün birgə hərəkət etməyə borcludur: “Ona görə də biz bu müharibədə HƏMAS-ın qalib gəlməməsi üçün səy göstərməliyik. Ümumiyyətlə, biz tərəflər arasında zorakılıq faktının aşkarlanmadığı, birgəyaşayışın mümkünlüyünə təminat verəcək situasiya yaratmalıyıq”.
Beləliklə, Qahirə sülh sammiti, gözləndiyi kimi, birgə bəyanat imzalanmadan, real fəaliyyət planı təsdiq edilmədən başa çatıb. Necə deyərlər, danışıb-danışıb dağılışıblar. Qərbin gözardı etdiyi müharibənin ağır fəsadları isə təkcə savaşan tərəflərin deyil, öncə həmin coğrafiyanın, daha sonra ətraf ölkələrin taleyinə təsir göstərir.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16

