Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Bayrağımız Yeni Kaledoniyada...

Bayrağımız Yeni Kaledoniyada...

29.11.2023 [10:44]

Ölkəmizin müstəmləkəçiliyə qarşı apardığı fəal siyasət bütün dünyada təqdir edilir

Bu günlərdə Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib. Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında cəmi 3 bayraq qaldırılıb ki, bunlardan biri də Azərbaycan bayrağıdır. Aksiya iştirakçıları Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancıblar.

Bundan başqa, aksiyada BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb. Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyanın iştirakçıları Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. Aksiyaya 10 minədək etirazçı qatılıb.

Fransanın müstəmləkəçilik siyasətinin ifşası

Uzaq Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı keçirilən etiraz aksiyasında Azərbaycan bayrağının ucaldılması təsadüfi deyil. Bu onunla bağlıdır ki, müstəqil Azərbaycan müstəmləkəçiliyin bütün təzahürlərinə qarşı çıxır və Fransanın neokolonializm siyasətini fəal şəkildə ifşa edir. Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda baş tutan  beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası hər zaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırmış, xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində səmərəli iş aparmışdır.

Demokratik ənənələri ilə öyünən Fransanın XXI əsrdə müstəmləkəçiliyi yeni formada, lakin daha ağır şərtlər altında həyata keçirməsinin heç bir izahı yoxdur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.

Məktubda vurğulandığı kimi, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanına çevrilib.

Ümumiyyətlə, Fransanın müstəmləkəçilik siyasəti həyata keçirdiyini təsdiqləyən faktların siyahısı çox uzundur. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa, eyni zamanda, 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır. 1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir.

Fransa müstəmləkəçilik siyasətinin ən qanlı izlərini həmçinin Əlcəzairdə qoyub. Burada milyonlarla insan bu siyasətin qurbanına çevrilib. Bütün bunlar Fransa üçün utanverici məqamlardır. Bəs prezident Emmanuel Makron Əlcəzairdə və digər ərazilərdə törədilən soyqırımlarına, sümürməçiliyə görə utanırmı? Onun davranışlarından, sərgilədiyi yerə-göyə sığmayan ambisiyalarından belə nəticə hasil olur ki, xeyir, utanmır, əksinə yenə də başqalarının işinə qarışmağa çalışır. “Biz Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik, ksenofobiya və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu cür narahatedici və təhlükəli meyillərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın fəal dəstəyinin yüksək qiymətləndirilməsi

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransanın işğal etdiyi Dənizaşırı ərazilərin kolonializmdən azad olmasına yaxından dəstək verir. 2023-cü il iyulun 6-da Bakıda Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısında Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələri də iştirak ediblər. Müzakirələr zamanı Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığı və aktuallığı təsdiqlənib.

Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələri Fransanın xaricdəki müstəmləkələrində vəziyyətin icmalını təqdim edib, ədalət və azadlıq uğrunda apardıqları mübarizədə həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər. Onlar müstəmləkə altında olan xalqlara verdiyi dəstəyə görə Azərbaycana təşəkkür ediblər. İştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlib, sonda yekun bəyannamə qəbul edilib.

Bu il sentyabrın 22-də isə Azərbaycanın təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində BMT-nin Baş qərargahında BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində dənizaşırı ölkə nümayəndələrinin “Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab” adlı konfransı təşkil edilib. Konfransda Fransanın müstəmləkəçilik siyasəti, insan azadlığı, ölkələrin müstəqilliyi əleyhinə addımları diqqətə çatdırılıb. Əlavə edək ki, Bakı Təşəbbüs Qrupu çərçivəsində müxtəlif səviyyədə tədbirlər davam etdirilir. Son olaraq bu il noyabrın 21-də Bakıda yuxarıda xatırlatdığımız “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfrans təşkil edilib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Qardaşdan qonaq olmaz!

22 Fevral 10:10  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29