G7-nin onlayn sammiti
08.12.2023 [11:10]
Rusiyaya qarşı embarqo tətbiq edilməsi ilə əlaqədar qərar qəbul edilib
Nardar BAYRAMLI
“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri dekabrın 6-da videobağlantı vasitəsilə məsləhətləşmələr aparıblar. Tədbirin gündəliyi və bununla bağlı hər hansı təfərrüat əvvəlcədən açıqlanmayıb. ABŞ tərəfi məsləhətləşmələrin bağlı qapılar arxasında keçirildiyini təsdiqləyib. Qeyd edək ki, bu il Yaponiya G7-yə sədrlik edir.
Son vaxtlar Avropa İttifaqı və Birləşmiş Ştatlarda Ukraynaya yardım məsələləri ilə bağlı aktiv müzakirələr davam edir. “Financial Times” nəşrinin yazdığına görə, dekabrın 14-15-də Brüsseldə keçiriləcək sammit ərəfəsində Avropa İttifaqına üzv dövlətlər büdcənin doldurulması və Ukraynaya 50 milyard avronun ayrılmasına dair müzakirələr aparacaq.
Dünən isə ABŞ Konqresində respublikaçılar və demokratların sərhəd məsələsi və Ukraynaya yardım barədə razılığa gəlmək cəhdləri uğursuz alınıb. Respublikaçılar Cozef Baydenin bir paketdə 106 milyard dollarlıq “milli təhlükəsizlik” tələbini təsdiqləmək üçün sərhəddə immiqrasiya nəzarətinin gücləndirilməsini tələb edirlər. Bütün bunların fonunda G7 liderlərinin onlayn keçirilən görüşündə mühüm məsələlərin müzakirəsi gözlənilən idi. Görüşün qapalı olması bu ehtimalı daha da gücləndirmiş oldu.
Yeri gəlmişkən, G7 ölkələri 2024-cü ilin 1 yanvarından etibarən Rusiya brilyantlarına qarşı embarqo tətbiq edilməsi ilə əlaqədar qərar qəbul ediblər. Bu barədə G7 nazirlərinin görüşündə qəbul edilmiş yekun bəyannaməyə istinadən Reuters məlumat yayıb. Bəyannamədə qeyd olunur ki, 2024-cü ilin 1 martından başlayaraq həmçinin Rusiya brilyantlarının üçüncü ölkələrdən idxalına da mərhələli şəkildə qadağa tətbiq olunacaq. Sentyabrın 1-dək Rusiyanın emal olunmamış brilyantlarının digər ölkələrin məhsulu kimi idxalını önləyəcək effektiv yoxlama və sertifikatlaşdırma mexanizmi hazırlanaraq tətbiq ediləcək. Qadağa sənaye almazlarını əhatə etməyəcək.
Onu da qeyd edək ki, bu qadağa Ermənistan üçün böyük problemə səbəb ola bilər. Çünki İrəvan Rusiyadan emal olunmamış brilyantları alaraq emal edib satmaqla külli miqdarda gəlir əldə edir. Bu ilin 9 ayında Ermənistan yalnız Birləşmiş Ərəb Əmirliklərinə 600 milyon dollara yaxın dəyərdə brilyant və zinət əşyaları ixrac edib. Ona görə də, Ermənistanın gəlirləri əhəmiyyətli dərəcədə azalacaq. Nəzərə alaq ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan istifadə edən erməni hökuməti sanksiyalardan yayınmaqla xeyli gəlir əldə edir. G7 yaxın gələcəkdə bu məsələyə də baxarsa, Ermənistan daha da çətin vəziyyətə düşəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyun 11:50
Siyasət
04 İyun 11:33
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54

