Keçmişin naxışları, bu günün rəssamı
14.03.2026 [09:51]
Xalçanı oxumaq olur - gənc xalçaçı rəssam
Könül Ramazanla MÜSAHİBƏ
Azərbaycan xalçaçılıq sənəti əsrlər boyu formalaşaraq milli mədəniyyətimizin ən qiymətli incilərindən birinə çevrilib. Bu ənənəni bu gün də gənc sənətkarlar yaşadır və inkişaf etdirirlər. Onlardan biri də gənc xalçaçı rəssam Könül Ramazandır. O, əsərlərində qədim naxışların ruhunu qoruyaraq xalça sənətinə öz yaradıcılıq baxışını gətirir. Gənc rəssamla söhbətimizdə onun yaradıcılıq yolu və sənətə münasibəti haqqında danışdıq. Müsahibəmizi təqdim edirik.
- Könül, rəssamlığa marağınız necə yarandı, ilk dəfə hansı yaşlarda özünüzü kəşf etdiniz?
- Rəssamlığa marağım lap kiçik yaşlarımdan yaranıb. 2-3 yaşlı uşaqlar oyuncaqla oynayarkən, mənim seçimim həmişə qələm, albom olub. İlk dəfə 3-cü sinifdə özümü kəşf etdim. Abbas Səhhətin “Ayı və Şir” şeirinə illüstrasiya çəkmişdim. Müəllimlərim və valideynlərim şəkili mənim çəkdiyimə inanmırdılar.
- Ailənizdən rəssamlıqla, ümumiyətlə, incəsənətlə məşğul olan kimsə var?
- Ailəmdə rəssam yoxdur, amma incəsənət adamları var. Qardaşım zərb alətləri ifaçısıdır. Nəslimizdə musiqiçi çoxdur, rəsm bacarığı olanlar da var. Yalnız mən bu sənətə ciddi yanaşdım. Buna görə də özümü xoşbəxt hiss edirəm.
- Sonradan xalçaçı rəssam olmaq qərarına gəlmisiniz...
- Rəssamlığın sahələrə bölünməsini istəmirəm. İstər xalça rəssamı, istər dekor rəssamı və s. Hamısının, ümumilikdə, bir adı var - rəssam. Mən xalçaçı rəssamam deyə bu o demək deyil ki, ancaq xalça üzərində rəssamlıq edirəm. Rəngkarlıq və qrafika işlərim də var. Hər janr mənə maraqlı gəlir və işləməyi sevirəm. Rəssamlıq Akademiyasının 1-ci kursunda oxuyarkən ixtisas seçimi etməli idim. Əvvəl düşünürdüm ki, Bədii Keramika sənəti mənə daha yaxındır. Lakin fikrimi dəyişdim, buna səbəb isə Azərbaycanın xalq rəssamı Eldar Mikayılzadə oldu. Onun unikal əsərlərini, xalça sənətinə olan sevgisini və bu sənətə gətirən yenilikləri gördüm. Və düşündüm ki, bu dahi insanın arxasınca getməliyəm. Beləliklə, ixtisas seçimim “Bədii Xalça”oldu.
- Xalçaçılıq kifayət qədər qədim sənətdir, düşünürəm ölkəmizdə gənclərin bu sahəyə marağı elə də yoxdur...
- Xalça bizim - türk dünyasının kod yaddaşıdır. Hamımız xalça üstündə böyümüşük. Elə bir ev yoxdur ki, orada xalça olmasın. Qədimdən günümüzə qədər gəlib çatmış ən möhtəşəm sənət əsəridir, deyərdim. Necə deyərlər, dünyaya xalça üstündə gəlmişik, dünyadan gedəndə də xalçaya bürünüb gedəcəyik. Azərbaycan xalçasını dünya xalçalarından fərqləndirən şey də odur ki, bizim xalçaları oxumaq olur. Gənc, istedadlı xalçaçılarımız, xalça rəssamlarımız yetişir. Müasir dövrdə qədimiliyi önə çıxartmaq tendensiyası var və burada xalça sənəti böyük yer tutur.
- Ən çətin mərhələ hansıdır - eskiz, rəng seçimi, yoxsa toxuma prosesi?
- Sadaladığınız bütün proseslər çox çətin başa gəlir. Eskizi yaratmaq özü mürəkkəb işdir. Elementləri bir-birinə uyğunlaşdırmaq, harmoniya yaratmaq lazımdır. Sonra isə rəng seçimi başlayır. Rəng seçimi də mürəkkəb işdir. Xalçanın kaloritini seçmək, rəng tonlarını düzgün qaydada istifadə etmək lazımdır. Toxumaq çox əmək tələb edən, səbr tələb edən işdir. İlmə vurmaq, ərqacı düzgün yerləşdirmək, xovu kəsmək bunlar hamısı xüsusi bacarıq, əl əməyi, göz nurudur.
- Müasir dövrdə klassik naxışlarla eksperiment edirsinizmi?
- Müxtəlif dekorativ əl işlərimdə, rəngkarlıq işlərimdə istifadə edirəm. Bu elementlər milli koloriti önə çıxarır. Bu da çox fərqli və gözəl görünür.
- Qeyd etdiniz ki, müəlliminiz xalq rəssamı Eldar Mikayılzadə olub...
- Bəli... Xalça rəssamlığı haqqında nə öyrənmişəmsə, Eldar Mikayılzadəyə borcluyam. Özümü xoşbəxt insan hiss edirəm ki, bu dahi insanın tələbəsiyəm. Ondan çox şey öyrənmişəm və öyrənməyə hələ də davam edirəm. Düşünürəm ki, E.Mikayılzadənin açdığı cığırla getmək çox məsuliyyətli işdir.
- Tərziniz maraqlıdır, rəssam olduğunuz üçün belə seçmisiniz, yoxsa...?
- Tərz məncə həm zövq məsələsidir, həm ruh məsələsi. İncəsənət insanları tərzinə görə bir az həmişə fərqlənirlər. Heç zaman hamı kimi olmağa can atmamışam. Bu mənə çox sıxıcı gəlir. Ola bilər ki, dediyiniz kimi sənətimin də bunda rolu olub. Rəssamlar fərqli görür dünyanı. Bir tərəfdən də mən geyimdə komforta çox üstünlük verirəm. Daxilimlə bərabər, xaricdən də rahat hüzurlu olmaq istəyirəm.
- Cəmiyyətin “rəssam belə geyinməlidir” stereotiplərinə münasibətiniz necədir?
- Məncə məhz rəssamlar elə cəmiyyətin stereotiplərini qırmaq üçündürlər. Rəssamın xüsusi forması yoxdur. Düzdür yaddaşlarda rəssamlar başda beretka, boyunda şarf taxan insanlar kimi qalır. Ya da üst-başı rəng içində köhnə libasda.. . Belə bir stereotipi, nə də qaydanı qəbul etmirəm. Hər insanın, xüsusən də rəssamların özünə məxsus tərzləri var. Məncə bu individualdır və zövqə bağlı bir şeydir.
- Sizcə gələcəkdə süni intellekt və texnologiya rəsm sənətinə təsir edəcəkmi?
- Süni intellekt məsələsi məni bir az qorxudur. Adından da bəllidir ki, “süni”dir. Süni intellektin təbii intellekti üstələyəcəyinə inanmıram. İnsan zəkası ilə də bir tutmaq olmaz bunu. İndi o qədər özünə rəssam deyənlər var ki, baxırsan min hiylədən istifadə edirlər. İnsanlar da buna inanır. Əsl sənətkar heç zaman özünü aldatmaz. Bəzi sahələrə həqiqətən də süni intellekt zərbə vuracaq. İstər kino sahəsi, istər musiqi sahəsi, istərsə də rəssamlıq. İnsan əməyinə ehtiyac qalmayacağı dövrə gəlirik. Bu çox qorxuludur. Amma hər şey bizim əlimizdədir.
Söhbətləşdi: Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

