Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / 20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir

20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir

16.01.2015 [10:02]

Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalıb
Məlum olduğu kimi, 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Daha doğrusu, keçmiş Sovet İttifaqında gedən proseslər, ittifaq rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da vəziyyətin gərginləşməsinə yol açmışdı. Həmin vaxt Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi idi.
Beləliklə, SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc azərbaycanlı əhaliyə qarşı azğın cinayətləri haqlı olaraq xalq kütlələrinin hiddətinə səbəb oldu. Məhz bütün bunların fonunda 1988-ci ilin noyabr ayından etibarən keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Ona görə də, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycanda xalq hərəkatının yatırılmasına “əlverişli” zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törətdi. Beləliklə, kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi əldə etmiş SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.
Konkret olaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan Sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Bakının müxtəlif rayonlarında Sovet əsgərləri tərəfindən 137 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Onu da xatırlatmaq yerinə düşər ki, 20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olub. Həlak olanların arasında 4 milis (polis) işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.
Öz növbəsində, qəzetimizə açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, 1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. Odur ki, 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların əziz xatirəsi istər respublikamızda, istərsə də ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur, hörmətlə anılır: “20 Yanvar faciəsi elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu Sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. Hesab edirəm ki, 20 Yanvar faciəsi olmasaydı, bəlkə də, Azərbaycan xalqının müstəqilliyə qovuşması müşkül olardı. Çünki 1990-cı il 20 yanvar tarixi bir gündən, bir aydan ibarət olan bir tarix deyildir. Bu tarix Azərbaycan xalqının uzun illərdən bəri Sovet imperiyasına qarşı apardığı müstəqillik mübarizəsinin nəticəsi idi. Odur ki, Sovet imperiyası Azərbaycan xalqının müstəqillik əldə etməsinə heç cür razı ola bilmirdi, bunun qarşısını almaq üçün öz hərb maşınını bütün gücü ilə işə salmalı oldu. Bakıda qanlı 20 Yanvar hadisəsi törədildi”.
“20 Yanvar elə bir tarixdir ki, minilliklər də keçsə, Azərbaycan xalqının yaddaşından silinməyəcəkdir”, - deyən M.İbrahimqızı həmçinin, şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunduğunu söyləyib.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin daim əziz tutulduğunu xatırladan millət vəkili əlavə edib ki, şəhid ailələrinə, eləcə də o qanlı hadisələrdə öz sağlamlıqlarını itirən əlillərə də hər zaman diqqət və qayğı göstərilib. Onların sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. M.İbrahimqızı onu da qeyd edib ki, məhz Ulu öndərimizin təşəbbüsü ilə Milli Məclis tərəfindən 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə bildirib ki, 20 Yanvar faciəsi beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı, bu dövlətə az-çox inanan insanların inamını sarsıtdı. Onun sözlərinə görə, xalqın iradəsini qırmaq məqsədilə törədilmiş bu qanlı terror Azərbaycan xalqının milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu: “Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş vətən övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar və bununla da 20 Yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər. 20 Yanvar faciəsi respublikada milli-azadlıq hərəkatına və demokratik proseslərə təsir göstərsə də, müstəqillik uğrunda xalqımızın apardığı mübarizəni dayandıra bilmədi. Əksinə, 20 Yanvar faciəsi xalqımızın istiqlaliyyət, milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni tarixi dövrə daxil oldu. Baş verən hadisələr, milli münaqişələr Sovet imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu. Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi abidəsi hər bir azərbaycanlının ürəyində ucalır. Xalqımızın ziyarət yerinə çevrilmiş Şəhidlər Xiyabanında alovlanan əbədi məşəl şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiram və dövlətimiz tərəfindən verilən qiymətdir”.
N.Cəfərov qeyd edib ki, 20 Yanvar hadisələri ərəfəsində Ulu öndər Heydər Əliyev Moskvada təcrid vəziyyətində yaşasa da, hadisələrə biganə qala bilmədi. Onun sözlərinə görə, həyatına təhlükə olsa da, Ulu öndərimiz Moskvada Azərbaycan nümayəndəliyinə gələrək bəyanatla çıxış etdi: “Bu, tarixi bir bəyanatdır. Ulu öndərimizin bəyanatı Azərbaycanın müstəqillik tarixinin ən böyük aktlarından biridir. 1990-cı illərin əvvəlində baş verən hadisələr də göstərdi ki, Heydər Əliyev böyük siyasi liderdir və məhz bu millətin lideridir. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tez bir zamanda doğma Vətəni təlatümdən xilas etdi. Bu gün Azərbaycanda Heydər Əliyev yolu uğurla davam edir. 20 Yanvar şəhidlərinin ailələrinə dövlət yardımları artırılır, şəhidlərimizin adları əbədiləşdirilir, daim onların xatirəsi əziz tutulur. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi böyük öndərimizin yolunu davam etdirir”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1345 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30