Ana səhifə »  Daxili siyasət »  GƏNCLİYİN İNKİŞAFI DÖVLƏTİN DİQQƏT MƏRKƏZİNDƏDİR
A+   Yenilə  A-
GƏNCLİYİN İNKİŞAFI DÖVLƏTİN DİQQƏT MƏRKƏZİNDƏDİR

Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması müstəsna əhəmiyyət kəsb edir
Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də səmərəli gənclər siyasəti təşkil edir. Demokratiya yolunda inamla addımlayan, dinamik inkişafa və əsaslı ictimai-siyasi sabitliyə malik olan, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycanda da səmərəli gənclər siyasəti həyata keçirilir. Daha dəqiq desək, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu rasional gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan gənclər cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edirlər və onların fəaliyyəti Azərbaycanın dinamik inkişafına əhəmiyyətli töhfələr verir.
Azərbaycanda gənclər siyasəti konseptual xarakter daşıyır
Azərbaycanda gənclər siyasəti konseptual xarakter daşıyır və ölkə gəncliyinin inkişafı istiqamətində müvafiq Dövlət proqramları uğurla icra olunur. Yeri gəlmişkən, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, bundan öncə Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub. Bununla yanaşı, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın qəbul edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb. Həmçinin, 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub.
Onu da qeyd edək ki, gənclər siyasəti çərçivəsində Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması, onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən gənclər mərkəzlərinin və gənclər evlərinin tikilməsi səmərəli nəticələrin əldə olunmasını şərtləndirib.
“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda da bu məqamlar öz əksini tapıb. Qeyd edilib ki, gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılmışdır. Hazırda paytaxt və bölgələrdə 250-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir: “Müstəqilliyin ilk illərində gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən dəstəklənən təşəbbüsləri, son illərdə dövlət büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar vasitəsilə dəstəklənməyə başlamışdır. Gənclərin qeyri-hökumət təşkilatlarına yönləndirilmiş maliyyə vəsaitinin həcmi ilbəil artaraq gənclər arasında könüllülüyün dəstəklənməsini, onların liderlik bacarıqlarının artırılmasını və müəyyən mənada həm də məşğulluğunu təmin etmişdir”.
2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası: gənclər siyasətinin uğuruna növbəti töhfə
Beləliklə, Azərbaycanda konseptual xarakter daşıyan gənclər siyasətinin həyata keçirilməsində, şübhəsiz, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi müstəsna əhəmiyyət kəsb edəcək. Strategiyada gənclər siyasəti ilə bağlı yer alan məqamların hamısı strateji əhəmiyyət kəsb edir.
Sənəddə Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində mövcud vəziyyət, imkanlar və vəzifələr, gənclərin inkişafında çağırışlar yer alıb, eləcə də strategiyanın hədəf qrupları müəyyən olunub. Ayrıca, Strategiyanın məqsəd və vəzifələri tamamilə gənclərin inkişafına yönəldilib. Qeyd edilib ki, Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Ən vacib nüanslardan biri isə Strategiyanın icra mexanizmlərinin dəqiqliklə təsbit və müəyyən olunmasıdır. Sənəddə bununla bağlı qeyd edilib: “Strategiya ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində institusional tədbirlərin, müvafiq strukturların rolu böyükdür. Bu strukturlara mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə bələdiyyələrin və digər təşkilatların nəzdindəki qurumlar daxildir. Həmin qurumlar üç funksiyanı icra etməlidir: tənzimləmə, təşkilati-sərəncamverici və nəzarət”.
Eyni zamanda, Strategiyanın səmərəliliyini qiymətləndirmək məqsədi ilə qiymətləndirmə indikatorları sistemi və onların ölçmə mexanizmlərinin yaradılmasının vacibliyi də diqqət mərkəzindədir. Strategiyada əks olunub ki, bu indikatorlar görülən işlərlə gənclərin vəziyyəti arasında əlaqəni özündə ehtiva etməlidir. Mövcud “Azərbaycan gəncləri” statistik toplusunun təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək.
Beləliklə, sənəddə əks olunmuş məqamlardan göründüyü kimi, konseptual xarakter daşıyan gənclər siyasəti, öz növbəsində, Azərbaycanın inkişafına əhəmiyyətli töhfələr verir.
Ölkəmizdə həyata keçirilən gənclər siyasəti mütərəqqiliyi ilə fərqlənir
Heç şübhəsiz, Azərbaycanda gənclərə dövlət qayğısının ən önəmli nümunələrindən biri də ölkə gənclərinə hökumət vəsaiti ilə xarici dövlətlərin nüfuzlu ali məktəblərində oxumaq imkanı və şəraitinin yaradılmasıdır ki, bu gün bundan 10 minə yaxın gənc faydalanır. İkinci istiqamət isə Azərbaycanda qeyri-hökumət gənclər təşkilatları vasitəsilə həyata keçirilən gənclər işidir ki, bu sahədə də bir çox qurum aktiv şəkildə öz fəaliyyətini davam etdirir. Öz növbəsində, göstərilən diqqət və qayğıdan güc alan Azərbaycan gənclər təşkilatları bu gün yalnız yerli və məhdud səviyyədə deyil, regional və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, ölkəmizin gənclər siyasətini layiqincə təbliğ edirlər.
Beləliklə, bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti gəncliyin inkişafına xüsusi diqqət yetirir. Başqa sözlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. Bu siyasət bir çox inkişaf etmiş ölkələrin gənclər siyasətindən daha üstün və səmərəlidir, həmçinin, bir sıra ölkələr üçün nümunədir. Gənclər Azərbaycanın milli maraqları naminə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
Azərbaycan gəncliyi milli maraqlar ətrafında sıx birləşməlidir
Dolayısıyla, sadalananların fonunda gənclər ölkəmizin milli maraqları ətrafında sıx birləşməli, milli maraqlar naminə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Xüsusilə də, dövlətin dəstəyi ilə xaricdə təhsil alan gənclər daha geniş müstəvidə - çoxşaxəli fəaliyyət göstərməlidirlər. Bu baxımdan, bir neçə istiqamət xüsusi əhəmiyyət kəsb edir. Əsas istiqamət gənclərin təhsil aldıqları ölkələrdəki fəaliyyəti ilə bağlıdır. Bu kontekstdə Azərbaycan həqiqətlərinin, xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin xarici ölkələrin auditoriyasına çatdırılması və daxili həyata inteqrasiya koordinasiya olunmuş şəkildə həyata keçirilməlidir.
Heç şübhəsiz, sadalananlarla yanaşı, Azərbaycan mədəniyyətinin, tarixi dəyər və zənginliklərinin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biri kimi çıxış edir. Bir sözlə, Azərbaycan gəncliyi dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa strateji töhfələr verməlidir.
Nəticə etibarilə, məhz bütün bu vəzifələr və nailiyyətlətin fonunda, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasında əks olunmuş məqamlar, bu kontekstdə həyata keçirilən siyasət gəncliyin hərtərəfli inkişafının konseptual əsası olacaq.
N.QƏLƏNDƏRLİ

 
  • Oxunub:  28170  |  
  • Tarix:  28-01-2015  |  
  •    Çap et   |  
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir

04 Avqust 08:36
Hikmət Babaoğlu: Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdirlər
04 Avqust 08:34
Kondisionerdən uzun müddət istifadə edilməsi hansı fəsadlara səbəb olur?
04 Avqust 08:30
Ermənistanda hökm sürən siyasi böhran parlament daxilində də davam etməkdədir
04 Avqust 08:27
Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

04 Avqust 08:23
Ölkəmizdə referendumun keçirilməsinə və parlamentin buraxılmasına heç bir zərurət yoxdur

03 Avqust 20:59
Azərbaycanda koronavirus infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb
03 Avqust 19:59
Rəcəb Tayyib Ərdoğan: Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
03 Avqust 19:57
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının IX hesabat konfransı keçirilib
03 Avqust 19:44
SADƏLİK ÖZ GÜCÜNÜ TANRIDAN ALIR!
03 Avqust 19:19
Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
03 Avqust 18:18
Qazaxıstan Azərbaycanlıları İctimai Birliyi Türkiyədəki yanğınlarla bağlı bəyanat yayımlayıb
03 Avqust 17:55
Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib
03 Avqust 17:16
Anar Məmmədov: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar ictimai rəyi çaşdırmağa yönəlmiş cəhddir
03 Avqust 17:14
Şahin İsmayılov: Azərbaycanda referenduma və ya parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur
03 Avqust 16:56
Səfir: Azərbaycan dövlətinin yanğınların söndürülməsinə göstərdiyi dost və qardaş dəstəyi təqdirəlayiqdir
03 Avqust 16:55
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir
03 Avqust 16:46
Səccad Heydər Kərim: Mövcud reallıqlar şəraitində bölgənin inkişafına töhfə vermək istəyirəm
03 Avqust 16:14
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
03 Avqust 16:05
Məlahət İbrahimqızı: İçimizdəki ermənipərəst qüvvələrin cəmiyyətdə təxribat xarakterli niyyəti növbəti dəfə də iflasa uğrayacaq
03 Avqust 15:56
YAP Şuşa rayon təşkilatının VI hesabat konfransı keçirilib
03 Avqust 15:36
Energetika naziri videoformatda vətəndaşları qəbul edib
03 Avqust 15:33
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “açıq qapı” günləri keçirir
03 Avqust 15:21
Regional DOST Mərkəzləri ilə bərabər, ətraf rayonlarda onların filialları da yaradılacaq
03 Avqust 15:16
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal qazanıb
03 Avqust 15:12
“İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda seminar keçirilib
03 Avqust 14:59
Türkiyənin beş vilayətində yanğınla mübarizə davam edir
03 Avqust 14:27
Əl-Cəzirənin mərkəz direktoru: Əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verilir
03 Avqust 14:02
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib
03 Avqust 13:41
YAP Zəngilan rayon təşkilatının X hesabat konfransı keçirilib
03 Avqust 13:40
Malik Həsənov: Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir
03 Avqust 13:35
Əliabbas Salahzadə: Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır
03 Avqust 13:19
Ukrayna səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub
03 Avqust 12:55
Milli Məclis deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə qərar qəbul edib
03 Avqust 12:53
Ali məktəblərə qəbul olmaq üçün 16 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
03 Avqust 12:49
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 43,6 milyon dollar olub
03 Avqust 12:39
Suraxanı rayonunda Şəhid Ruslan Rəcəbovun məzarı ziyarət olunub və ailəsinə baş çəkilib
03 Avqust 12:07
Milli Məclisin sədri: Qanun qarşısında hamı bərabərdir
03 Avqust 12:00
Baş prokuror: Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir
03 Avqust 11:31
Fövqəladə hallar nazirinin müavini Marmarisdə Azərbaycan yanğınsöndürənlərinin səhər toplanışında iştirak edib
03 Avqust 11:30
Bu gün Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edəcək
03 Avqust 11:11
Milli Məclisin plenar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ müzakirə olunur
03 Avqust 10:53
Dövlət sərhədindən narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
03 Avqust 09:31
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir
03 Avqust 09:18
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ötən illər ərzində böyük inkişaf yolu keçib
03 Avqust 09:04
Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisədir
03 Avqust 09:03
Sübut Əsədov: Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsidir
03 Avqust 09:01
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb

03 Avqust 09:00
Radikal müxalifət dezinformasiya yaymaqla süni siyasi gündəm yaratmağa çalışır

03 Avqust 08:54
Ermənistanda yeni parlamentin ilk iclası qalmaqallarla müşayiət olunub
03 Avqust 08:49
“Diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”
03 Avqust 08:44
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyondan çoxdur
02 Avqust 21:09
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir
02 Avqust 19:59
Şahin İsmayılov: Jirinovski gündəmdə qalması üçün ucuz və yalan ifadələri özünə alət seçib
02 Avqust 19:56
Ramin Məmmədov: Vladimir Jirinovski bu cür qeyri-obyektiv, qərəzli yanaşmaları ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməyəcək
02 Avqust 19:51
Deputat Jalə Əhmədova: VI çağırış Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub
02 Avqust 19:37
Anar Məmmədov: Jirinovski kimilər Rusiya-Azərbaycan dostluğunu zədələyə bilməz
02 Avqust 19:35
Əliabbas Salahzadə: Ermənistanın təəssübkeşi olan Vladimir Jirinovski Azərbaycanın uğurlarından narahatdır
02 Avqust 18:57
Sevinc Hüseynova: Ölkəmizdə parlamentin buraxılmasına və referendumun keçirilməsinə zərurət yoxdur
02 Avqust 18:48
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının IX hesabat konfransı keçirilib
02 Avqust 18:43
Eldar İbrahimov: Azərbaycan, Türkiyə və Pakistanın birliyi tarixi hadisədir
02 Avqust 18:42
Gücümüz birliyimizdə, birliyimiz də gücümüzdədir
02 Avqust 18:22
Şəhid övladlarının qatıldığı "Zəfər" düşərgəsinə yekun vurulub
02 Avqust 18:05
Sevinc Fətəliyeva: Vladimir Jirinovski hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib
02 Avqust 18:02
Cavanşir Paşazadə: Vladimir Jirinovskinin Azərbaycan haqqında fikirləri qəbulolunmazdır
02 Avqust 15:09
Jalə Əliyeva: Görünür kimlərəsə süni gündəm yaratmaq lazımdır
02 Avqust 14:49
Hikmət Babaoğlu: Azərbaycanda referendumun və Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur
02 Avqust 14:14
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyədə əhali tərəfindən böyük coşğu ilə qarşılanıb
02 Avqust 13:27
AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır
02 Avqust 13:25
Pərvin Kərimzadə: Jirinovskinin məsuliyyətsiz və təxribat xarakterli çıxışları Rusiyanın öz nüfuzuna zərbə vurur
02 Avqust 13:11
Suraxanı rayonunda şəhid Sərdar İsmayılovun xatirəsinə inşa edilən bulağın açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA