Ana səhifə »  Daxili siyasət »  Multikulturalizm birgəyaşayış qaydalarını stimullaşdıran vasitə kimi...
A+   Yenilə  A-
Multikulturalizm birgəyaşayış qaydalarını stimullaşdıran vasitə kimi...

Bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr olunan “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda I virtual “dəyirmi masa”nın materialları ilə tanış oldum. Bildiyimiz kimi, virtual “dəyirmi masa” ötən ilin oktyabr ayında keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti tərəfindən təşkil edilmişdi. Virtual “dəyirmi masa”nın ana xəttini isə Azərbaycanın multikultural bir cəmiyyət olduğu və multikulturalizmin azərbaycanlıların həyat tərzinə çevrilməsinin gerçəkliyi təşkil etmişdi. Əslində, bu və ya buna bənzər ideyalar Azərbaycan multikulturalizminin təbliği nöqteyi-nəzərdən uğurludur, amma yetərli deyil.
Azərbaycan bu ölkəni özünün doğma evi hesab edən xalqların təhlükəsiz yaşamaları və adət-ənənələrini qorumaları üçün dövlət səviyyəsində bütün imkanlardan istifadə etməkdədir. Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sisteminə - yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların mədəni hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir.
Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək, bu prosesi ardıcıl olaraq davam etdirəcəyini təkcə, ölkə daxilində deyil, bir sıra mötəbər tribunalarda da əminliklə vurğulayıb. Bu cür yanaşma həm də multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılıb. Prezident İlham Əliyev Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda demişdi: “Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri var”.
Əlbəttə, dövlət başçısı bu fikirləri ilə leksikonumuzda nisbətən yeni olan multikulturalizm ənənələrinin Azərbaycanda əsrlər boyu mövcud olduğunu təsdiq etmişdir: “Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Zənnimcə, əsrlər ərzində, o cümlədən, Sovet dövründə yaranan müsbət meyillər müasir Azərbaycanda möhkəmlənir. Bu da ölkəmizdə milli həmrəyliyin əsası, müasir dinamik inkişafın təməlidir. Təəssüf ki, biz müasir dünyada çox vaxt başqa mənzərə - qarşıdurma, təcridolunma, ayrı-seçkilik görürük. Bəzi ölkələrdə ümumiyyətlə, yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun tam əksini göstərir”.
Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamına uyğun olaraq, həmin il dekabrın 2-3-də Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında çıxışı zamanı irəli sürdüyü təkliflər tədbirin beynəlxalq əhəmiyyətini daha da artırmışdır. Konfransda Prezident İlham Əliyev tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulmuş və bu təşəbbüsün qlobal bir prosesə çevrilməsinə start verilmişdir.
Ölkədə multikulturalizmin təmin olunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti təqdirəlayiqdir. Çünki etnik qrupların milli mənsubiyyətlərinin qorunub saxlanmasında, onlar üçün yeni məktəblərin istifadəyə verilməsində, mədəni, dini abidələrin bərpasında və qorunub saxlanmasında Heydər Əliyev Fondunun böyük xidmətləri var.
Qloballaşma və multikulturalizm
Bu gün “azlıq” anlayışının mahiyyətinə qloballaşma prosesləri və dünyada baş verən dəyişikliklər kontekstində yenidən nəzər salmaqla, onun zənginləşdirilməsinə, dolğun və əhatəli şərh edilməsinə ehtiyac yaranmışdır. Qloballaşma prosesləri həm də ölkələrin hüdudlarından kənarda yaşayan insan qruplarının say və məzmunca artmasını şərtləndirir.
Beynəlxalq hüquqda “azlıq” anlayışı 1560-1648-ci illər arasında Avropada yaşanan protestant-katolik qarşıdurması ilə ortaya çıxmışdır. 1598-ci ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant Fərmanında və 1648-ci il Vestfal sülh sazişində protestant vətəndaşlarını əhatə edən hökmlərdə azlıq hüquqlarına da yer verilmişdir.
“Multikulturalizm” termini isə siyasi leksikona ilk dəfə 1970-ci ildə Avstraliyada immiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilib. Amma Avstraliyadan da əvvəl Kanadada multikultural cəmiyyətin formalaşması prosesi 1960-cı illərə təsadüf edir.
Azərbaycanda isə multikulturalizmin tarixi burda yaşayan xalqların yaşı qədərdir. Yəni, Avropadan da çox-çox əvvəl. Termin olaraq multikulturalizm Azərbaycanın ictimai-siyasi fikir tarixinə yeni daxil olsa da, ona qədər biz bu anlayışa mədəni müxtəliflik kimi yanaşmış və cəmiyyətdə uğurlu tətbiqinə nail olmuşuq.
Bəziləri iddia edirlər ki, multikulturalizm daha çox inkişaf etmiş demokratik ölkələr üçün xarakterikdir. Təcrübə göstərir ki, əksinə, belə ölkələrdə multikulturalizm heç də uğur qazanmayıb. Almaniya, Fransa və Böyük Britaniya kimi demokratik ölkələrin liderləri dəfələrlə bəyan ediblər ki, onların ölkələrində multikulturalizm tənəzzülə uğrayıb və bu ideya milli identikliyin zəifləməsinə gətirib çıxarır.
Rusiya təcrübəsində də bu və buna oxşar yanaşmalarla qarşılaşırıq. Tanınmış hüquqşünas Valeriy Zorkin bildirir ki, multikulturalizm vahid olanı, yüz illər boyu qurulmuş milli dövlətin hüquq sferasını parçalayır. Problemə daha çox siyasi mövqedən qiymət verən siyasi elmlər doktoru Andrey Savelyev isə multikulturalizmi “dövlətin altına qoyulmuş saatlı partlayıcı” adlandırır.
Azərbaycanda isə bütün bunların tam əksini düşünürlər. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qənaətinə görə, multikultural təhlükəsizliyini qoruya bilməyən ölkələrin bugünkü mənəvi durumu göz qabağındadır: “Bu ölkələrdə faşizm neofaşizm şəklində yenidən baş qaldırır, antisemitizm tüğyan edir, qatı millətçilik şovinizmə çevrilir. Təkmillətli olmağın fəsadları gizlində alışaraq gələcəkdə gur yanğına dönəcəkləri vaxtı gözləyir. Bütün bunların fonunda isə belə cəmiyyətləri dözümlülük, ədalət, mərhəmət, hörmət, məhəbbət hissləri gözə görünmədən, bəzən də açıq şəkildə tərk edir. Həqiqətən də Prezident İlham Əliyevin dediyi kimi, “dünyada multikulturalizmin alternativi yox imiş...”
Multikulturalizm və azərbaycançılıq
Müstəqil Azərbaycanda multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəzsiz rol oynayıb. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin uğurlarının kökündə, məhz azərbaycançılıq ideyası dayanırdı. Müstəqilliyin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran, təkcə, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağdakı aqressiv erməni separatçılığı ilə bağlı deyildi. Həmin dövrdə bütövlükdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə özünü göstərirdi. Belə bir zamanda xalq Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən qüvvələr zərərsizləşdirildi. Məna və məzmunca bir-birini tamamlayan bu ideyanı, zamanın və ölkə ərazisində yaşayan bütün xalqların arzularına rəğmən birlik tələbi kimi də dəyərləndirmək olar. Bu, elə bir zamanda irəli sürüldü ki, həqiqətən, Vətənin də buna dərdinə məlhəm kimi ehtiyacı yaranmışdı.
Akademik Ramiz Mehdiyev 9 noyabr 2007-ci il tarixdə, “Azərbaycan” qəzetində çap olunan “Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi” adlı məqaləsində yazır ki, “azərbaycançılıq” anlayışı milli siyasi diskursda, nisbətən, yaxın vaxtlardan işlədilir: “O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə, xüsusilə, geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünürük ki, indi “azərbaycançılıq” artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər”.
Bu baxımdan, Ulu öndər Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi Onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi ən böyük tarixi xidmətlərindən biridir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin, multikulturalizmi iflasa uğratmaq siyasətinin qarşısında güclü ideoloji sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir.
Tarix elmləri doktoru, professor Əli Həsənov “Heydər Əliyev və milli dövlətçilik təlimi - azərbaycançılıq” məqaləsində yazır ki, 1993-cü ildən Ulu öndərin siyasi rəhbərliyə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının - dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı: “Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi dairələrin gündəliyinə çıxarıldı. Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək, onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, Heydər Əliyevi müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi hesab etmək olar. Azərbaycançılıq ideologiyası, məhz Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi”.
Göründüyü kimi, Ümummilli lider milli birliyimizin əsrlərin sınağından çıxmış təməl daşı olan azərbaycançılığı multikulturalizmlə vəhdət halında siyasi gündəliyə çıxardı və hakimiyyətin əsas ideoloji prinsipinə çevirdi.
Bu gün də Prezident İlham Əliyevin uğurlu daxili siyasəti nəticəsində azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyası kimi çıxış edir. Məlum ideya həm də bütün sahələrdə - daxili və xarici siyasətdə, ictimai-mədəni əlaqələrdə özünün yeni inkişaf dinamikasını müəyyənləşdirir.
Bundan sonra nə etməli?
Məlum olduğu kimi, 2014-cü il 28 fevral tarixdə Prezident İlham Əliyevin Sərəncamı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi yaradıldı. Fikrimizcə, bunu sıradan bir Sərəncam kimi deyil, dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlərin davamı, Azərbaycanın əsl tolerant ölkə olması, tolerantlığa xüsusi önəm verməsi kimi dəyərləndirmək daha düzgün olardı. Başqa bir Sərəncamla Kamal Abdullayevin Dövlət müşaviri vəzifəsinə təyin edilməsi daha geniş hədəflərin nəzərdə tutulduğundan - bu sahədə hərtərəfli işlərin görülməsindən xəbər verir. Bu gün baş verənləri təhlil etsək, görərik ki, istər millətlərarası münasibətlərin inkişafında, istər dini tolerantlıq sahəsində ciddi araşdırmalara, elmi yanaşma ortaya qoymağa ehtiyac yaranıb. Bu baxımdan, atılan addım çox uğurludur.
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müxtəlif vasitələrlə Azərbaycanın multikultural dəyərlərini ÖYRƏNmək və ÖYRƏTməklə məşğuldur. İstər Azərbaycanda, istərsə də digər ölkələrin universitetlərində başlanılan “Azərbaycan multikulturalizmi” fənninin tədrisində problemlər olduğunu düşünürəm. Bu da təbiidir, Mərkəz yeni yaradılıb, kadr və dərs vəsaiti çatışmazlığı var.
Əlbəttə, tədrisinə başlanan fənlər yeni olduğundan onları tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da Mərkəz öz üzərinə götürüb və tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə problemləri aradan qaldırmağa çalışır. Müəllim hazırlığı kurslarında iştirak edən biri kimi deyə bilərəm ki, treninq iştirakçılarının yaş senzi, “elmi dərəcə” çərçivəsi, mühazirə oxuyan alimlərin isə seçimi perspektivdə gözlənilən effekti verməyə də bilər.
Fikrimcə, mühazirə oxuyan alimlər yalnız elmi dərəcəsinə görə deyil, daha çox etnopolitoloji və multikultural biliklərinə görə seçilməlidirlər. Bildiyimiz kimi, multikulturalizm milli azlıqların öyrəniləsi tərəflərindən yalnız biri - yəni mədəni tərəfidir. İllərdir mədəni müxtəliflik və yaxud da çoxmədəniyyətlilik adı altında Mədəniyyət və Turizm Nazirliyi bu işi həyata keçirir. Multikulturalizm Mərkəzi isə çalışmalıdır ki, bu sahəni tədris edən kadr heyəti, ilk növbədə, ölkədə yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlar - onların tarixi, təsərrüfatı, məşğuliyyəti, məişəti, yaşadıqları coğrafi ərazi, təhsili, mediası, ölkənin ictimai-siyasi həyatındakı rolları və ən nəhayət, beynəlxalq sənədlər və təcrübə barədə məlumatlı olsunlar.
Niyaz NİFTİYEV

 
  • Oxunub:  27930  |  
  • Tarix:  10-04-2015  |  
  •    Çap et   |  
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir

04 Avqust 08:36
Hikmət Babaoğlu: Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdirlər
04 Avqust 08:34
Kondisionerdən uzun müddət istifadə edilməsi hansı fəsadlara səbəb olur?
04 Avqust 08:30
Ermənistanda hökm sürən siyasi böhran parlament daxilində də davam etməkdədir
04 Avqust 08:27
Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir

04 Avqust 08:23
Ölkəmizdə referendumun keçirilməsinə və parlamentin buraxılmasına heç bir zərurət yoxdur

03 Avqust 20:59
Azərbaycanda koronavirus infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb
03 Avqust 19:59
Rəcəb Tayyib Ərdoğan: Meşə yanğınları ilə əlaqədar göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
03 Avqust 19:57
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının IX hesabat konfransı keçirilib
03 Avqust 19:44
SADƏLİK ÖZ GÜCÜNÜ TANRIDAN ALIR!
03 Avqust 19:19
Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
03 Avqust 18:18
Qazaxıstan Azərbaycanlıları İctimai Birliyi Türkiyədəki yanğınlarla bağlı bəyanat yayımlayıb
03 Avqust 17:55
Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib
03 Avqust 17:16
Anar Məmmədov: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar ictimai rəyi çaşdırmağa yönəlmiş cəhddir
03 Avqust 17:14
Şahin İsmayılov: Azərbaycanda referenduma və ya parlamentin buraxılmasına hər hansı bir zərurət yoxdur
03 Avqust 16:56
Səfir: Azərbaycan dövlətinin yanğınların söndürülməsinə göstərdiyi dost və qardaş dəstəyi təqdirəlayiqdir
03 Avqust 16:55
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir
03 Avqust 16:46
Səccad Heydər Kərim: Mövcud reallıqlar şəraitində bölgənin inkişafına töhfə vermək istəyirəm
03 Avqust 16:14
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
03 Avqust 16:05
Məlahət İbrahimqızı: İçimizdəki ermənipərəst qüvvələrin cəmiyyətdə təxribat xarakterli niyyəti növbəti dəfə də iflasa uğrayacaq
03 Avqust 15:56
YAP Şuşa rayon təşkilatının VI hesabat konfransı keçirilib
03 Avqust 15:36
Energetika naziri videoformatda vətəndaşları qəbul edib
03 Avqust 15:33
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “açıq qapı” günləri keçirir
03 Avqust 15:21
Regional DOST Mərkəzləri ilə bərabər, ətraf rayonlarda onların filialları da yaradılacaq
03 Avqust 15:16
Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında bürünc medal qazanıb
03 Avqust 15:12
“İnnovativ idarəetmə: Dövlət xidmətlərində rəqəmsallaşma” mövzusunda seminar keçirilib
03 Avqust 14:59
Türkiyənin beş vilayətində yanğınla mübarizə davam edir
03 Avqust 14:27
Əl-Cəzirənin mərkəz direktoru: Əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasına xüsusi önəm verilir
03 Avqust 14:02
Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib
03 Avqust 13:41
YAP Zəngilan rayon təşkilatının X hesabat konfransı keçirilib
03 Avqust 13:40
Malik Həsənov: Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir
03 Avqust 13:35
Əliabbas Salahzadə: Zəfərimizin yaratdığı yeni reallıqlar Azərbaycanın qarşısında böyük imkanlar açır
03 Avqust 13:19
Ukrayna səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub
03 Avqust 12:55
Milli Məclis deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə qərar qəbul edib
03 Avqust 12:53
Ali məktəblərə qəbul olmaq üçün 16 mindən çox subbakalavr ərizəsini təsdiqlədib
03 Avqust 12:49
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 43,6 milyon dollar olub
03 Avqust 12:39
Suraxanı rayonunda Şəhid Ruslan Rəcəbovun məzarı ziyarət olunub və ailəsinə baş çəkilib
03 Avqust 12:07
Milli Məclisin sədri: Qanun qarşısında hamı bərabərdir
03 Avqust 12:00
Baş prokuror: Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir
03 Avqust 11:31
Fövqəladə hallar nazirinin müavini Marmarisdə Azərbaycan yanğınsöndürənlərinin səhər toplanışında iştirak edib
03 Avqust 11:30
Bu gün Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edəcək
03 Avqust 11:11
Milli Məclisin plenar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ müzakirə olunur
03 Avqust 10:53
Dövlət sərhədindən narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb
03 Avqust 09:31
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir
03 Avqust 09:18
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ötən illər ərzində böyük inkişaf yolu keçib
03 Avqust 09:04
Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlərarası yeni əməkdaşlıq formatının yaradılması mühüm tarixi hadisədir
03 Avqust 09:03
Sübut Əsədov: Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsidir
03 Avqust 09:01
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırıb

03 Avqust 09:00
Radikal müxalifət dezinformasiya yaymaqla süni siyasi gündəm yaratmağa çalışır

03 Avqust 08:54
Ermənistanda yeni parlamentin ilk iclası qalmaqallarla müşayiət olunub
03 Avqust 08:49
“Diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”
03 Avqust 08:44
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyondan çoxdur
02 Avqust 21:09
Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir
02 Avqust 19:59
Şahin İsmayılov: Jirinovski gündəmdə qalması üçün ucuz və yalan ifadələri özünə alət seçib
02 Avqust 19:56
Ramin Məmmədov: Vladimir Jirinovski bu cür qeyri-obyektiv, qərəzli yanaşmaları ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməyəcək
02 Avqust 19:51
Deputat Jalə Əhmədova: VI çağırış Milli Məclisin fəaliyyəti yüksək səviyyədə qurulub
02 Avqust 19:37
Anar Məmmədov: Jirinovski kimilər Rusiya-Azərbaycan dostluğunu zədələyə bilməz
02 Avqust 19:35
Əliabbas Salahzadə: Ermənistanın təəssübkeşi olan Vladimir Jirinovski Azərbaycanın uğurlarından narahatdır
02 Avqust 18:57
Sevinc Hüseynova: Ölkəmizdə parlamentin buraxılmasına və referendumun keçirilməsinə zərurət yoxdur
02 Avqust 18:48
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının IX hesabat konfransı keçirilib
02 Avqust 18:43
Eldar İbrahimov: Azərbaycan, Türkiyə və Pakistanın birliyi tarixi hadisədir
02 Avqust 18:42
Gücümüz birliyimizdə, birliyimiz də gücümüzdədir
02 Avqust 18:22
Şəhid övladlarının qatıldığı "Zəfər" düşərgəsinə yekun vurulub
02 Avqust 18:05
Sevinc Fətəliyeva: Vladimir Jirinovski hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib
02 Avqust 18:02
Cavanşir Paşazadə: Vladimir Jirinovskinin Azərbaycan haqqında fikirləri qəbulolunmazdır
02 Avqust 15:09
Jalə Əliyeva: Görünür kimlərəsə süni gündəm yaratmaq lazımdır
02 Avqust 14:49
Hikmət Babaoğlu: Azərbaycanda referendumun və Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur
02 Avqust 14:14
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyədə əhali tərəfindən böyük coşğu ilə qarşılanıb
02 Avqust 13:27
AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır
02 Avqust 13:25
Pərvin Kərimzadə: Jirinovskinin məsuliyyətsiz və təxribat xarakterli çıxışları Rusiyanın öz nüfuzuna zərbə vurur
02 Avqust 13:11
Suraxanı rayonunda şəhid Sərdar İsmayılovun xatirəsinə inşa edilən bulağın açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA