Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukraynanın müdafiə naziri bütün müavinlərini işdən çıxarmağı planlaşdırır

Ukraynanın müdafiə naziri bütün müavinlərini işdən çıxarmağı planlaşdırır

20.09.2024 [21:55]

Ukraynanın müdafiə naziri Rustəm Umerov bütün müavinlərini onların səmərəsizliyi səbəbindən işdən çıxarmağı planlaşdırır.

AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, nazir Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun iki müavinini - Viktor Zaytsevi və İqor Ostapenkonu vəzifədən azad edib.

“Müdafiə naziri Rustəm Umerov öz müavinlərinin demək olar ki, hamısını tutduqları vəzifələrdə səmərəsiz olduqlarına görə işdən çıxarmağı planlaşdırır”, – “RBK-Ukrayna” agentliyinin “Telegram” kanalında dərc olunan informasiyasında belə deyilir.

Agentliyin mənbələrinin verdiyi məlumata görə, Umerovun Budanovu Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad etmək fikri yoxdur.

Paylaş:
Baxılıb: 474 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30