Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qırğızıstanda qar uçqunu nəticəsində itkin düşmüş 6 nəfərdən 3-nün cəsədi tapılıb

Qırğızıstanda qar uçqunu nəticəsində itkin düşmüş 6 nəfərdən 3-nün cəsədi tapılıb

19.10.2024 [14:17]

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat mərkəzi bildirib ki, oktyabrın 19-da səhər saatlarında aparılan axtarış-xilasetmə tədbirləri zamanı dağlıq ərazidə itkin düşmüş 6 nəfərdən 3-nün cəsədi tapılıb.

AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, Qırğızıstan FHN-in xilasediciləri oktyabrın 18-dən etibarən Cəlal-Abad vilayətinin Çatkal rayonunun Ak-Sai ərazisində qar uçqunu nəticəsində itkin düşmüş 6 vətəndaşın axtarışlarını davam etdirirlər. Axtarış-xilasetmə əməliyyatı zamanı 3 nəfərin cəsədi aşkar edilərək helikopterlə Kumbel ərazisindəki qərargaha aparılıb. Xilasedicilər cəsədləri polis əməkdaşlarına və həlak olanların yaxınlarına təhvil veriblər.

Agentlik xatırladıb ki, oktyabrın 9-da Kanış-Kiya kəndinin 14 sakini və bir xarici ölkə vətəndaşı nadir bitkinin kökünü axtarmaq üçün dağlara çıxdıqdan sonra itkin düşüblər. Oktyabrın 16-da həyata keçirilmiş axtarış tədbirləri nəticəsində onların 8-i xilas edilib, 6 nəfər isə qar uçqunu altında qalaraq ölüb.

Paylaş:
Baxılıb: 445 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30