Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Putin Rusiyanın Ukrayna münaqişəsində kompromislərə hazır olduğunu bildirib

Putin Rusiyanın Ukrayna münaqişəsində kompromislərə hazır olduğunu bildirib

19.12.2024 [22:16]

Rusiya Ukrayna ilə danışıqlara və kompromislərə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, siyasət kompromis sənətidir. “Rusiya danışıqlara və kompromislərə hazırdır, lakin qarşı tərəf danışıqlardan imtina edib”, - deyə V.Putin bildirib.

Putin, həmçinin vurğulayıb ki, Rusiya İstanbul razılaşmaları əsasında və “yerdə” vəziyyəti nəzərə alaraq Ukrayna ilə danışıqlara hazırdır. Rusiya Prezidenti qeyd edib ki, Zelenski “seçkilərə gedib legitimlik qazanarsa” onunla danışıqlar mümkündür. Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni rəhbəri ilə imzalayacaq.

Paylaş:
Baxılıb: 457 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30