Ermənistanda siyasi böhran dərinləşir
22.01.2021 [09:17]
44 günlük müharibədə ordusu darmadağın edilən, sarsıdıcı məğlubiyyətlə üzləşən Ermənistanda siyasi qarşıdurma, sosial-iqtisadi tənəzzül və mənəvi-psixoloji böhran davam edir. Mövcud hakimiyyətin istefasına nail olmaq üçün müxtəlif vasitələrə əl atan siyasi qüvvələrin tələbləri çoxdandır cəmiyyətin bütün təbəqələrindən dəstək alsa da, baş nazir Nikol Paşinyan vəzifəsi ilə vidalaşmaq istəmir. Erməni mediasının yazdığına görə, son günlər hökumət daxilində yeni istefa dalğasını növbədənkənar parlament seçkiləri məsələsinin müzakirəsi ilə ört-basdır etmək istəyən Paşinyan ölkədə yaranmış problemlərin həll olunmamasının günahını müxalifət partiyalarının üstünə atmaqdan da çəkinmir.
Qeyd edək ki, yanvarın 20-də parlamentdə çıxış edən Paşinyan müxalif deputatların sual və ittihamları qarşısında aciz vəziyyətə düşüb. Onun bir-birinə zidd, məntiqsiz özünümüdafiə cavablarını bəzi hallarda dərin sükut əvəz edib. “Aysor.am” yazır ki, baş nazir çıxışında bəyan edib ki, müxalifət seçkilərdə iştirakdan imtina etdiyi halda növbədənkənar seçkilərin keçirilməsi məntiqsizdir: “Mən növbədənkənar seçki təklifi ilə çıxış etdim. Qəribə bir şəkildə parlamentdə təmsil olunan müxalifət partiyaları bu təklifi rədd etdi. Hakim siyasi qüvvənin özünün növbədənkənar seçki təşkil etməsi məntiqsizdir”.
Paşinyan, eyni zamanda, növbədənkənar seçki təklifinin qüvvədə qaldığını, müzakirələrin davam etdiyini xatırladıb.
“Past” qəzetinin yazdığına görə, Ermənistanın baş prokuroru Artur Davtyan dar çərçivədə söhbət zamanı əslində, Paşinyanın dövlətə xəyanətdə təqsirləndirilməsi və barəsində cinayət işi başlanması üçün kifayət qədər əsas olduğunu söyləyib. Baş prokurorun sözlərinə görə, bu əsaslar Paşinyanın həbsi üçün kifayətdir.
Qeyd edək ki, sahibkar-xeyriyyəçi Artak Tovmasyan “Qolos Armenii” qəzetinə verdiyi müsahibədə deyib ki, Paşinyan hökuməti hakimiyyətdə qalmağa davam edərsə, ölkə daha da dərinləşən və uzun sürən iqtisadi tənəzzüllə qarşılaşacaq: “Biz ayılmasaq və ayıq olmasaq, daxili siyasi böhranın daha da dərinləşməsi davam edəcək. Hökumət rəhbəri kapitulyasiya sənədinin imzalanmasının birbaşa iştirakçısı olduğu üçün artıq heç bir tələb irəli sürə bilmir”.
A.Tovmasyan deyib ki, əslində, məqsəddən yayındığı üçün müxalifət mitinq və nümayişlərdə lazımi sayda insan kütləsi toplaya bilmir: “İnsanlar aydın şəkildə başa düşməlidirlər ki, bu hökumət hakimiyyətdə qalmağa davam edərsə, hər gün daha dərin iqtisadi tənəzzüllə qarşılaşacağıq. Vətəndaşlarımız bunu dərk etməli, eyni zamanda, bu gün “cəbhə xətti”nin Respublika meydanı olduğunu anlamalıdırlar”.
Sonda qeyd edək ki, məğlub ölkədə mövcud olan siyasi, iqtisadi və mənəvi-psixoloji böhranın hökm sürməsini təhlil edən yerli ekspertlərin fikrincə, baş nazir və onun komandası vaxtı özləri üçün yeganə xilas vasitəsi hesab edirlər. Başqa sözlə, mövcud hökumət ümid edir ki, zaman keçdikcə cəmiyyət məğlubiyyəti, minlərlə qurbanı unudacaq. Ancaq real mənzərə odur ki, indiyə qədər verdiyi heç bir vədi yerinə yetirməyən Paşinyanın üstəlik müharibəni də uduzması yoxsulluqdan əziyyət çəkən və düşmənçiliyə köklənən cəmiyyətin əksər hissəsinin onun istefasını tələb etməsinə gətirib çıxarıb.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

