Şənbə üçün nəzm
02.11.2024 [12:29]
Mığrı bayatıları
Hidayət
Bu dərə Xəstədərə
Boyu çox bəstə dərə.
Yara xəbər elədim-
Dava-dərman göndərə.
Bu çeşmə Kazımlardı,
Yayda da buzdu, qardı.
Bir ovuc suyun içdim-
Bağrım başını yardı.
Bu yaylaq Tanrıqulu-
Göylərin torpaq yolu.
Getdim ki, sərinləyəm,
Tökdü qar, döydü dolu.
Bu zəmi Qanlızəmi,
Hisslərin coşan dəmi,
Adına baxma, burda
Unduarsan dərdi-qəmi.
Bu meşə Qərbəzaydı,
Yolun ot basıb, zaydı.
Şair olmayan kəs də
Burda nəğmə yazardı!
Bu su Misgər suyudu,
İçib bağlar uyudu...
Ay soyunub lüt çimdi,
Günəş üzünü yudu.
Bu su Top çeşməsidi,
Bu gözəllik bəsidi!
Küləklərin harayı
Gəncliyimin səsidi.
Bu dərə Cavadlıdır,
Dibsizdir, büsatlıdır.
İstədim ceyran tutam,
Gördüm ki, qanadlıdır.
Bu, Dadaş, kəfşənidir,
Qızılgüllər şənidir.
Bir vaxt ilan mələrdi,
Dönüb gülzara indi.
Bu zəmi Ağ zəmidi,
Damağı çağ zəmidi.
Yarla kəlmə kəsməmiş,
Gördüm sevda dəmidi.
Bu bulaq Tey bulağı,
İndi elə göz dağı-
Ölümdən də betərdir,
Bulağın qurumağı.
Bu sədr Hüseyindi,
Sözü, işi yeyindi.
Sordum yuaşın neçədi?
Dağlarla qürrələndi...
Bu uca dağ Ələngəz,
Adın tut, dünyanı gəz.
Ondan ucalıq istə,
Can istə, əsirgəməz!
Bu ev baba ocağı,
Bu ev ata qucağı,
Alnımı qırışdırdı
Anamın qocalmağı.
Baş əyirəm, beşiyim!
İlk yuvam, ilk keşiyim-
Borcunu qaytarammaz
Bugünkü ev-eşiyim.
Yolları göydən asın,
Şairə qulaq asın:
Dağa, dərəyə nə var-
İnsanlar qocalmasın!
1980
“Avtoportret-83”
Zəngəzurda doğuldum,
İrəvanda yaşadım,
Bakıda öləcəyəm.
Kövrək sarı sim idim,
Unudulmuş,
Mükəddər
nəğməyə dönəcəyəm.
Bir yaddaş istəyərəm-
Bacara bilsə əgər-
Ömrünün qarasını,
ağını, yarasını,
çətən-çətən təzadlı
saatları, günləri
vura, çıxa, cəmləyə...
Yoxsa bütün həyatım,
ömrüm, müqəddəratım,
sığışar beş cümləyə.
Zəngəzurda doğuldum,
İrəvanda yaşadım,
Bakıda öləcəyəm.
Kövrək sarı sim idim,
Unudulmuş,
Mükəddər nəğməyə dönəcəyəm.
Nekroloq istəmirəm,
Urvatlı misralarım,
Oxunan nəğməm varsa,
İlk şeirimi çap edən
o qəzetdə yazılsın.
Heç bilmirəm nə deyim,
Heç bilmirəm, doğrusu,
qəbrim harda qazılsın?
Bakı tünlükdür yaman,
Mənim boyum ucadır.
Zəngəzurda yer boldur-
Kəndimiz balacadır,
Qəbristanı yol üstə...
Mənim kimi oğullar
dönmədi doğma kəndə.
Ürəyim qana dönür
Hərdən ora gedəndə...
Bu gün doğma kəndimdə
babamın nəfəsi var,
Sabah kiçik kəndimin
böyük qəbristanının
yoldan ötən atların
dırnaqları zərbindən
məhv olmaq təhlükəsi var...
Zəngəzurda doğuldum,
İrəvanda yaşadım,
Bakıda öləcəyəm.
Kövrək sarı sim idim,
Unudulmuş,
Mükəddər nəğməyə dönəcəyəm.
Tək-tənha adamlarla,
böyük izdihamlarla,
təzə-tər səhərlərlə,
gəzdiyim şəhərlərlə,
oxuduğum kitablar,
gördüyüm heykəllərlə,
önündə baş əydiyim
pirlərlə məbədlərlə
tanıdım bu həyatı.
Ömrüm-üçcə misralı
bir yarımçıq bayatı!
Bu misralar doğulub
Səyyah ayaqlarımın,
sonsuz soraqlarımın,
leysan yağışlarımın,
heyrət baxışlarımın
nidası, zərbəsiylə,
Axırıncı misrası
yazılmayıbdır hələ.
...İndi burdan baxıram
Yaşadığım günlərin,
yazdığım sətirlərin
qarasına, ağına,
Bir qədəh qaldırıram
bayatımın sonuncu misrası yazılacaq
o günün sağlığına!
Deyirəm: gec gəl, ey gün!
Həsrət əzəldən elə
Təbiətin şairə ən qiymətli bəxşidir,
Uğursuz uğurlardan
yenə həsrət yaxşıdır.
1983, Praqa.
Zəngəzur
Dayım Əli Məmmədovun
unudulmaz xatirəsinə
Harda xəstələnsəm...
Bir asta yeri dar cığırlarlar-
Qar uçar,
daş qaçar,
qaya sürüşər...
Aranda dayanıb ucaq dağlara
Boylanmaq istəsəm,
papağın düşər
Dəli çağlayanda hayqırar, çıxar
Durnalar
karvanı olar göylərin.
Gözəllik
çaylara qoşular, axar,
Dağlar fikirlidir,
dərələr-dərin...
Bu ulu diyarın hər çəhlimini
Çəkmişəm ömrümün varaqlarına.
Harda xəstələnsəm, a dostlar, məni
Çatdırın Zəngəzur yaylaqlarına.
Görüb qartalların öz yuvasını
Çinara dönərəm,
dağ olaram mən.
Udub zirvələrin saf havasını,
Davasız-dərmansız sağalaram mən.
Təbiət tərifləyib
Bura durnagözlü bir diyardır ki-
Tale gözəlliyi yerə səribdir.
İyədli, söyüdlü ilk bahardır ki-
Ana təbiətdən təriflənibdir...
Mığrı gecələri qəndlitək yanar-
Ulduzlarımı yerə tökülüb, nədir?
Xəllərgə çayının nəğməsi ki var,
Təbiət dilində min hekayədir...
Qafanın qəribə səfası vardır,
Arxası söykənmiş uca dağlara,
Dağ yolu-alnının qırışlarıdır,
Sinəsi oxşayır ilkin bahara.
Zəngəzur-bir sevən nəğməli ürək:
Təzadlı,
zirvəli,
bağlı-bərəli.
Bir əli yapışıb Arazdan bərk-bərk,
Buludlarda itib o biri əli.
Qəcəldən arana baş alan yellər
Dəli Koroğlunun telli sazımı?
Dibsiz dərələrin bəs nə gileylər?-
Dərələr
ömrünün etirazımı?
...Üçtəpə
təpədən-dırnağa çiçək,
Qayalar anadan haça olubdur.
Sinəsindən ötmüş qoç igidlərtək
Zəngəzurun başı uca olubdur.
Babamın yaşıdı,
mənim yaşıdım
Çoban çarığının başı açılıb:
Cırılar
dağların yaşı olubdur,
Ələngəz
babamla qoşa qocalıb,
Qırx dörddə mənimlə bir doğulubdur!
Hicran harayı var hər gur bulaqda,
Neçə nər qəhrəman burden su içib.
İndi mən gəzdiyim bu düzdən, dağdan
İldırım vüqarlı igidlər keçib.
Qan-qada görübdür burda babalar,
Yüz kəndin torpağı-daşı itibdir.
Lökdə bir meşənin məzarlığı var-
Kötük-başdaşların yaşı itibdir.
Qaşlar çatılıbdır burda bir vaxtlar,
Nifrətlər, qəzəblər aşıb-daşıbdır.
Zəngin sərvətiylə öyünən diyar
Bir vaxtlar lütləriylə məşhurlaşıbdır.
Quraqlıq çox erkən qovub baharı,
Çörəksiz yetimin bənizi solub.
“Kasıb” Zəngəzurun qızılı-varı
“Səyyah” ingilisin cibinə dolub.
Zəngəzur lütləri gəzib hər yanı,
Dolaşıb kədərli, diyarbadiyar.
Bəzən də tökülənn günahsız qanı
Tarixdə qalıbdır acı yadigar.
Payızla qış arasında
Ələngəzdən Zəngəzura baxıram-
Dağların başında duman görünür.
Ürəyimi yandırıram, yaxıram,
Yalçın qaya,
sürü
çoban görünür...
Duman kəmər kimi qurşanıb dağa.
Gecə...
Kəmər qaşı-göydə min ulduz!
Bir az istiləşib qaynar bulaq da,
Təpələr-kədərli,
qayalar-yalqız.
Bu yerin payızı, yoxsa qışıdır?-
Qışın özünə yurd axtarışıdır?-
Çoban dağ başında...
Tonqal alışır,
Payız qış,
qış payıza qarışır...
Zəngəzurdur!
Bu el çeşmə məskəni,
Lilparlıdır suları.
Vəcdə gəlir insanın
İstəyi arzuları.
Burda hər qarış torpaq
Gözəlliyin quludur,
Hər daş, hər iz, hər bulaq
Müqəddəsdir, uludur.
Tale tərifləyibdir:
Hər cizgisi yerində-
Nə artıq şey, nə qüsur,
Bir söz: gözəllik yurdu
Zəngəzurdur,
Zəngəzur!
Bağlarına dayan, bax!
Dağlarına boylan, bax!
Dərəsinə, düzünə,
Qayasına hər an bax!
Arxlarına pıçılda
Ürəyində nəyin var,
De, köksünü sıxmasın
Kədər, həyəcan, qubar.
De, dinləyər dərdini,
Əlac eləyər sənə,
De, boşaldar qəlbini
Göylərin qübbəsinə.
Burda hər şey minnətsiz,
Dünya büllurdan-büllur.
Bir söz, dolaşdığın yer
Zəngəzurdur,
Zəngəzur!
Harda qarşına çıxsa
Təmənnasız yaxşılıq,
Harda üzünə gülsə
Mehribanlıq, xoş qılıq,
Sevgin qanad açaraq
Zirvələrdə dolansa,
Harda yaran sağalsa,
Harda ömrün uzansa,
Harda qəlbinə dolsa
İnam, əzəmət, qürur-
O yerin əzəl adı,
İndiki gözəl adı
Zəngəzurdur,
Zəngəzur!
1965, iyun-dekabr - 1975, fevral.
ZƏNGƏZURLUDUR!
Çəhlimlər dırmaşar, cığırlar qalxar,
Üfüqlər sabahın işıq yoludur.
İldırımlar dinər, şimşəklər çaxar-
Ən məğrur nəğmələr zəngəzurludur.
Taleyin torpağa bəxşişidir bu-
Paklığın, qeyrətin, əzmin qoludur.
Minnətsiz yaxşılıq, şirin hiss, duyğu,
Sədaqət, etibar zəgəzurludur.
Hər parka göy səma, hər zərrə torpaq
Ulu gözəlliklə yenə doludur.
Hər coşqun dağ çayı, hər şəffaf bulaq,
Çox dərə, çox zirvə zəngəzurludur.
Burada min illərdir yaşayır ellər-
Tarixin alınmaz şöhrət yoludur.
Ən zərif nəğmələr, ən şirin dillər,
Ən təmiz məhəbbət zəngəzurludur.
Ozan mahnısında dillənir hünər,-
Şeiri də, sözü də zəngəzurludur,
Tale bəxşişidir, vallah, deyirlər:
Allahın özü də zəngəzurludur...
1980, İrəvan.
Xəbər lenti
Hamısına baxCOP29
07 Dekabr 21:46
Dünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35
Siyasət
07 Dekabr 11:17
Siyasət
07 Dekabr 10:37
İqtisadiyyat
07 Dekabr 10:29
İqtisadiyyat
07 Dekabr 10:18
Siyasət
07 Dekabr 10:07
Siyasət
07 Dekabr 09:57
MEDİA
07 Dekabr 09:51
İqtisadiyyat
07 Dekabr 09:46
Xəbər lenti
07 Dekabr 09:41
Ədəbiyyat
07 Dekabr 09:34
Analitik
07 Dekabr 09:32
Elm
07 Dekabr 09:18
Dünya
07 Dekabr 09:12
Ədəbiyyat
07 Dekabr 09:09
Sosial
07 Dekabr 08:45
Sosial
07 Dekabr 08:37
Dünya
07 Dekabr 08:15
Dünya
07 Dekabr 07:53
Mədəniyyət
06 Dekabr 23:44
Xəbər lenti
06 Dekabr 23:31
Xəbər lenti
06 Dekabr 23:17
Xəbər lenti
06 Dekabr 22:58
Sosial
06 Dekabr 22:36
Xəbər lenti
06 Dekabr 22:15
Dünya
06 Dekabr 21:51
İqtisadiyyat
06 Dekabr 21:39
İqtisadiyyat
06 Dekabr 21:18
Hadisə
06 Dekabr 20:57
Sosial
06 Dekabr 20:36
Ədəbiyyat
06 Dekabr 20:35
Ədəbiyyat
06 Dekabr 20:29
Siyasət
06 Dekabr 20:15
Siyasət
06 Dekabr 19:56
Siyasət
06 Dekabr 19:53
İdman
06 Dekabr 19:52
Xəbər lenti
06 Dekabr 19:34
Sosial
06 Dekabr 19:12
Siyasət
06 Dekabr 18:36