“Poetik təqvim”dən
25.01.2025 [08:35]
Novruz elegiyası
Sözlər lüğətlərdən qocadır,
Xoşbəxtlikdən çox-çox qədimik biz.
Cavab var sualın acıdır,
Amma sükutundur son sual, cavab, priz.
Çətində əsilzadədir ümidlər,
Talelər öncəgörən qaraçıdır.
Bizi nə tülkülər, nə qurdlar aldadıb diddilər,
Yalnız insanlar ki, bic və yırtıcıdır.
Doğrudur, elin gözü tərəzidir,
Adamların da əli əyridir- bu da bulmaca.
Bəzən olur ki, daşa dəymir,
Ümidlər itir, əriyir, elə havadaca.
Kafedə taybatay açıqdırsa qapılar,
Dünyada hamımız çıxmazdayıq.
Nə Lələ, nə Kərəm...yalnız qaraltılar...
Siqaret dumanında boğulasıyıq.
Hələ ki menyüdə hərf səhvləri
Dadını qabaqcadan qaçırır xörəklərin.
Sürüşür ağzıyeməkli səfləri
boşqabın dikindəki böcəklərin.
Yenə müğənni qız oxuyur yanğıyla,
Sən demə, “həyat yaşamağa dəyər”miş-
İnsan ömrə minnət qoymağıyla
yazıqmış, gülüncmüş, birtəhərmiş.
Hə, biz törəsi qədim şümerlərin,
inklərin, germanların, ulu türklərin,
Ayılıb gördük ki, şulerlərin
çevrəsindəyik: niyə, nədən, neçin?
Ömrün dalı qara tiyanında
Dadsız yeməklərə arzular oldu duz.
Uşaqdıq: ən adi parıltılar da
bir vaxtlar bizimçün ulduzdu, ulduz.
İndisə Ədalət, Xoşbəxt, Səxavət
adı qoymaqdayıq biz uşaqlara.
Bir ömr qədər kiçildirik, bəli, əvət,
Bu əbədi şeyləri dikilib uzaqlara.
Budur, ömrün qırxıncı su çərşənbəsi
21 fevrala düşdü, beşinci dəfə.
Özgədir hər yeni təkrar, kəsəsi,
Yaşansaydı- çəkilməzdi ömür birnəfəsə.
Günahlar çeşid-çeşid masasında,
Dünyanın qapısında papaqdır ömrümüz.
Verdilər, götürdük lax yumurtasın da
iztirab rəngiylə günahın hər Novruz.
Mayın son gecəsində
“Biz gecəni ötürdük, amma yüngülləşmədik...”
Mişel Uelbek
Göy üzümü bu tavan,
Bu döşəmə, bəs, nədir?
Ağ gəmiysə boz divan,
Yəqin ev tərsanədir.
Hamı öz taleyinin
Magellanı, Kolumbu.
Yaddaşın sularında
Yalnız Xatirə burnu.
Keyidirəm ağrını
Xəyalın həbləriylə,
Nəticələr çözülmür
Səbəbin əlləriylə.
Təqvimdə salı günü,
Çöldəsə çərşənbədir.
Bu axşam niyə hər şey
Bir az özgə dildədir?
Mayın son gecəsində
İçimdə bir ayaz var,
Uçuşur pişpişələr
Sanki çəngə bəyaz qar.
Təklikdə tez soyuyur
Çay belə stəkanda,
İnsan da tez böyüyür
Səssiz yaş axıdanda.
Eybi yox, qoy, bir cütü
Qurusun yanağında,
Oyaqdı bir cüt mələk
Hələki otağında.
Sentyabr. Eylül. Veresen. September
1.
Sentyabr. Eylül. Veresen. September.
Sarı rəng və kədər. Qüssəli tembr.
Uzaqda batıq səs: halsız və yorğundur.
Diş yoxdur, deməli işlər də yoğundur:
nədən ki, adamın tamahı itidir;
hər adam bir az da tamahın itidi.
Eylül, veresen, september, sentyabr
işğal eləyir bütün diyarı
köndələn yağışla, gözdeşən küləklə.
Sonrası rəsmdir: nə toxun, nə rənglə!
Payızdır. Sonbahar. Osen. Autumn.
Sarımtıl inqilab. Sarışın təlatüm.
Veresen. September. Sentyabr. Eylül.
Yarpaqlar qəpik tək elə hey tökülür.
Elə bil kim isə anladır könülsüz:
Bax, budur, dünyanın dəyəri, görürsüz.
Pəncərə önündə tozlu əlcək
sözsüz bir yazıdır: dünyadan əl çək!
September. Sentyabr. Eylül. Veresen.
Ad üçün hansı söz doğrudur, görəsən?
Sözdən yükünü boşaldıb kağıza
mənalar ehtiyac duymur ağıza.
Otaqda bürküsə kim deyir bu pisdi?!
Bürkünü hiss edən bədən var ipisti.
2.
Sentyabr. Eylül. Veresen.September.
Lüğətlər arası ən adi tender
qalib edərdi yəqin ki, sükutu.
Sonrası nöqtədir- qələmin ucu.
O isə lap çoxdan yazıbdır: şimşək
çaxanda açacaq çətirlər çiçəktək.
Eylül. Veresen. September. Sentyabr.
Təqvimlər özünü eləyir biyabır.
Onlara baxmadan bilirsən hətta
qiyabi tanışdır təqvimlər həyatla.
Açıqdır pəncərə, uçuşur bir arı.
Onun da rəngi sənintək sapsarı.
Veresen. September. Sentyabr. Eylül.
Qızılı alovdan doğulur qara kül.
Hirsinə nida tək siqaret kötüyü
küldanda dik durub. Ağzının köpüyü,
hirsin yatır. Elə öz qanında boğulur ürəyin,
gizlənib altında ağappaq köynəyin.
September. Sentyabr. Eylül. Veresen.
Sədəqə istəyir birisi, verirsən:
bir ovuc xırda pul, bir ilıq təbəssüm.
“Qoy, arzun çin olsun, qoy, üzün gülsün!”-
qapının dalından sezilən sözlərin
ünvanı göylərdir. Yaşarır gözlərin.
3.
Sentyabr. Eylül. Veresen. September.
Göyüzü ağarır tənbəl-tənbəl.
Baxışın səmada marafon yürüşü
geridə buraxır uçağı və quşu.
Miskindir bu yerdə hər hansı məğrurluq.
Biz ki, göylərə əvvəldən məğlubuq.
Eylül. Veresen.September. Sentyabr.
Gecələr mavrdı, səhərlər kentavr
gödəni, bədəni, rəngi ilə hər kəs.
Divanda açıqdır İmre Kertes.
Vərəqi geriyə çevirir sərinkeş.
Ömürsə yenidən yaşanmır... eh...kaş...
Veresen. September.Sentyabr. Eylül.
Miçəkdən bir öpüş qazanır süni gül.
Yalanlar daha çox çəkici, güvənli.
Saxta bir avazla oxuyur müğənni:
“Dərdimi göylərə danışsam alışar...”
Eybi yox, qulaqlar buna da alışar ...
September. Sentyabr. Eylül. Veresen.
Frigid qadıntək qələmdən bezirsən.
Üfüqü qızardan qürubun şəfəqi
güldanda bərq vurub anladır fərqi.
İşıqla kölgənin sevgi oyunu
qurtarır divarda. Filmin sonu.
Səlim Babullaoğlu
Xəbər lenti
Hamısına bax
Elm
10 Fevral 23:46

İdman
10 Fevral 23:28

Sosial
10 Fevral 23:18

İdman
10 Fevral 22:56

Dünya
10 Fevral 22:34

Sosial
10 Fevral 22:15

Elm
10 Fevral 21:58

Dünya
10 Fevral 21:37

Diaspor
10 Fevral 21:14

Xəbər lenti
10 Fevral 20:53

Elm
10 Fevral 20:35

Hadisə
10 Fevral 20:11

İdman
10 Fevral 19:50

İqtisadiyyat
10 Fevral 19:32

Hərbi
10 Fevral 19:18

Sosial
10 Fevral 18:21

Dünya
10 Fevral 18:08

Sosial
10 Fevral 18:00

Elanlar
10 Fevral 17:50

Siyasət
10 Fevral 17:47

Dünya
10 Fevral 17:17

Xəbər lenti
10 Fevral 16:45

Siyasət
10 Fevral 16:22

Siyasət
10 Fevral 16:07

Gündəm
10 Fevral 15:57

Siyasət
10 Fevral 15:51

Dünya
10 Fevral 15:33

YAP xəbərləri
10 Fevral 15:31

YAP xəbərləri
10 Fevral 15:30

Siyasət
10 Fevral 15:07

Dünya
10 Fevral 15:06

Dünya
10 Fevral 15:03

Sosial
10 Fevral 14:45

Siyasət
10 Fevral 14:42

YAP xəbərləri
10 Fevral 14:35

İqtisadiyyat
10 Fevral 14:33

Hadisə
10 Fevral 14:10

Hərbi
10 Fevral 14:05

Siyasət
10 Fevral 13:53

Sosial
10 Fevral 13:47

Sosial
10 Fevral 12:45

İqtisadiyyat
10 Fevral 12:19

Xəbər lenti
10 Fevral 12:13

Xəbər lenti
10 Fevral 12:03

Sosial
10 Fevral 11:20

İdman
10 Fevral 10:49

Ədəbiyyat
10 Fevral 10:43

Dünya
10 Fevral 10:39

İqtisadiyyat
10 Fevral 10:34

Hadisə
10 Fevral 10:28

Dünya
10 Fevral 10:16

Dünya
10 Fevral 09:58

Dünya
10 Fevral 09:32

Dünya
10 Fevral 09:15

Sosial
10 Fevral 08:44

Dünya
09 Fevral 23:46

İdman
09 Fevral 23:18

Hadisə
09 Fevral 22:52

Dünya
09 Fevral 22:25

Dünya
09 Fevral 21:49

Dünya
09 Fevral 21:17

Siyasət
09 Fevral 20:51

Sosial
09 Fevral 20:19

Dünya
09 Fevral 19:50

Dünya
09 Fevral 19:25

Dünya
09 Fevral 18:42

Dünya
09 Fevral 18:27

Dünya
09 Fevral 17:46

Dünya
09 Fevral 17:18

Dünya
09 Fevral 16:44
