Bir işıq ətrafında...
13.06.2023 [11:24]
89 illik tarix!
Sənət adamlarının, xüsusilə şairlərin, yazıçıların bir araya toplanması, ədəbi məclislər təşkil etməsinin tarixi çox qədimdir. Görüb-götürmək, bir-birindən öyrənmək, fikir birliyinə nail olmaq baxımından bu məclislərin çox böyük əhəmiyyəti olub. Ədəbi məclisə toplaşanların dünyagörüşü, yaradıcılıq istiqaməti, bədii zövqü bir-birinə yaxın olurdu.
1917-1920-ci illər Bakının çətin, mürəkkəb bir dövrü idi. Ölkədə baş verən hadisə və olaylar bədii söz sənətindən də yan keçmirdi. Bir tərəfdən bolşevizmin şüurlara hakim kəsilməsi, digər tərəfdən milli istiqlal hərəkatı... Amma belə çətin və mürəkkəb şəraitdə də yazıçılar bir araya gələ bilirdilər.
1934-cü il iyunun 13-ü ədəbiyyatımız üçün əlamətdar bir hadisədir. Həmin gün Azərbaycan yazıçılarının I qurultayı keçirildi. Qurultayda Hacıbaba Nəzərli “Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin fəaliyyəti haqqında” məruzə ilə çıxış etmişdi. Beləliklə, Azərbaycan Sovet Yazıçılar İttifaqı rəsmən fəaliyyətə başladı. Bu, Azərbaycan mədəniyyəti tarixində önəmli hadisələrdən biri kimi qiymətləndirilməlidir. Təbii ki, belə bir təşkilatın yaradılması Kommunist partiyasının ideoloji siyasəti ilə bağlı idi, ədəbiyyat sosializm realizmi prinsipləri ilə hərəkət etməliydi. Azərbaycan sovet ədəbiyyatı da sosializm realizmi yaradıcılıq metodunun prinsiplərini, partiyanın bədii ədəbiyyat haqqında qərarlarından irəli gələn müddəaları əsas tutdu.
89 il öncə təsis edilmiş Azərbaycan Yazıçılar Birliyi (AYB) fəaliyyəti ərzində çətinliklər, problemli anlar yaşayıb. Ancaq sevindirici hal odur ki, bir çox təşkilatlardan və başqa ölkələrdəki eyni qurumlardan fərqli olaraq Yazıçılar Birliyi öz funksiyasını qoruyub saxlaya bilib. Birlik şair və yazıçıların mənəvi tələbatlarını ödəmək üçün əhəmiyyətli rol oynayır. Əgər insanın içində yaradıcılıq eşqi varsa, onların özlərini ifadə etmək, toplaşmaq və dərdləşmək üçün bir ocağa ehtiyacı olur. Bu baxımdan Yazıçılar Birliyi içində ədəbiyyat yanğısı olanların bir işıq ətrafında toplaşmasına xidmət edir.
Yazarların həmişə ehtiyac duyduğu ocaq
Qurumun 89 yaşı barədə təəssüratlarını “Yeni Azərbaycan”la bölüşən AYB-nin katibi Elçin Hüseynbəyli bildirib ki, Sovet İttifaqının süqutundan sonra əksər ölkələrdəki yazıçılar birlikləri dağıldı: “Bizdə isə ulu öndər Heydər Əliyev yazıçıları himayəsinə götürdüyü üçün Yazıçılar Birliyi yaşadı. Güman edirəm ki, 89 il yaşamışıqsa, şərəflə yaşamışıq. Tariximizdə qara səhifələr də, faciəvi illər də olub. Bütün bunlara baxmayaraq, Yazıçılar Birliyi Azərbaycan dilini, ədəbiyyatını, mənəviyyatını qoruyub, yazıçıların müqəddəs ocağı kimi fəaliyyət göstərib, bundan sonra da göstərəcək”.
Katibin sözlərinə görə, ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra Yazıçılar Birliyi milli ədəbiyyatın, ana dilinin qorunub yaşadılmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında böyük xidmətlər göstərib: “Təşkilat bu illər ərzində həmişə xalqımızın mədəniyyət tarixini və mənəvi sərvətlər xəzinəsini bədii-estetik düşüncənin bir çox qiymətli nümunələri ilə zənginləşdirib.
E.Hüseynbəyli AYB-nin keşməkeşli, əzablı taleyi olduğunu da vurğulayıb: “AYB-nin tarixində qara səhifələr olub. 1937-ci ildə birliyin üzvlərini repressiya ediblər, onlar müxtəlif işgəncələrə məruz qalıblar. Amma şükürlər olsun ki, o çətin günlər arxada qaldı və Stalinin ölümündən sonra ədəbiyyata yeni nəfəs, yeni ruh gəldi. Azərbaycanın müstəqilliyində bizim yazıçıların böyük xidmətləri olub. Yazıçılar Birliyi Azərbaycan mənəviyyatının istehkamıdır və birlik 89 illiyini alnıaçıq qeyd edir”.
Ədəbi mühitin paytaxtı
E.Hüseynbəyli həmçinin qeyd edib ki, AYB-ni sözün əsl mənasında bir yaradıcılıq akademiyası, qaynar ədəbi mühitin “paytaxtı” adlandırmaq olar: “AYB müəyyən struktura, iş prinsipinə malik bir təşkilatdır. Birliyin fəaliyyət proqramı onun Nizamnaməsində dolğun əks olunub. Ötən əsrin 70-80-ci illərindən başlayaraq, Birliyin fəaliyyətini daha da genişləndirmək məqsədilə ayrı-ayrı bölgələrdə onun filialları açıldı. Vaxtilə “əyalət ədəbiyyatı” deyilən bir ifadə vardı, rayonlarda yaşayıb-yaradan yazarların yaradıcılığı məhz bu meyarla qiymətləndirilirdi və bu fikirdə həqiqət olduğu da şəksizdi. Çünki rayonlarda az-çox istedadı olan şair və nasirlər Bakıya - qaynar ədəbi mühitə can atırdılar. Bölgələrdə isə ədəbi həyat süst və zəif idi. Lakin filiallar təsis olunduqdan sonra əyalətlərdə də ədəbi həyat canlanmağa başladı. Bu 89 ildə çətin və əzablı, amma, eyni dərəcədə, şərəfli bir yol keçmiş bir qurumun fəaliyyətini izləyərkən ən vacib, ən zəruri bir faktı qeyd etməyi lazım bilirəm: AYB bu illər ərzində xalqın mənəvi dünyasının zənginləşməsində, onun bədii-estetik zövqünün formalaşmasında, vətənpərvərlik tərbiyəsində, Azərbaycan ədəbiyyatının dünya miqyasında tanınmasında və təbliğ edilməsində misilsiz rol oynayıb”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36

