Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Litvanın milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

09.10.2014 [10:05]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Litva Respublikasının milli müdafiə naziri Yuozas Olekasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub, Müdafiə nazirlikləri arasında əməkdaşlığın bu əlaqələrin genişləndirilməsindəki rolu qeyd edilib.
Söhbət zamanı yüksək səviyyəli görüşlərin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb, Litva Respublikasının milli müdafiə naziri Yuozas Olekasın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyi bildirilib.

Paylaş:
Baxılıb: 829 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31