Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / "Qaradağ Sement" ASC-də yenidənqurma layihəsinin təqdimatı və yeni sobanın təməlqoyma mərasimi olub

"Qaradağ Sement" ASC-də yenidənqurma layihəsinin təqdimatı və yeni sobanın təməlqoyma mərasimi olub

15.04.2009 [17:20]

Prezident İlham Əliyev: Azərbaycan xarici sərmayələrin qoyuluşu üçün sözün əsl mənasında çox gözəl bir yerdir
Dünən “Qaradağ Sement” ASC-də müəssisənin yenidənqurma layihəsinin təqdimatı və yeni  texnologiya əsasında işləyəcək sobanın təməlqoyma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb.
Prezident İlham Əliyevə əvvəlcə müəssisə və onun yenidən qurulması layihəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, “Qaradağ Sement” ASC 1951-ci ildə istifadəyə verilib və 1999-cu ildə özəlləşdirilmiş Qaradağ sement zavodunun bazasında yaradılıb. Hazırda müəssisənin səhmlərinin 69,4 faizi İsveçrənin Holsim şirkətinə, 10 faizi Azərbaycan İnvestisiya Şirkətinə, 10 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına, 10,6 faizi isə minə yaxın fiziki şəxsə məxsusdur. Son 10 ildə görülmüş modernləşdirmə işləri nəticəsində “Qaradağ Sement” Azərbaycanda yüksək keyfiyyətli, həm yerli, həm də beynəlxalq standartlara cavab verən məhsul və xidmətlər təklif edən müəssisəyə çevrilib. O, Azərbaycanda klinker və sement istehsal edən ən böyük müəssisədir. Daxili tələbatın əksər hissəsini ödəyir. Burada istehsal edilən sementdən irimiqyaslı tikinti işlərində  istifadə olunur. Müəssisə ildə 1,3 milyon ton sement istehsal edir.
“Qaradağ Sement” ASC yeni texnologiyaların tətbiqi, ətraf mühitə təsirin azaldılması və istehsalı artırmaq istiqamətində tədbirlər görür. Yeni texnologiyalı sobanın inşası da belə layihələrdəndir. Layihə çərçivəsində əsas tikinti işlərinə başlanıb. Quru istehsal texnologiyası müasir dövrdə sement sənayesində ən qabaqcıl texnologiya hesab olunur. Yanacağa qənaətə və ətraf mühitə minimum təsirinə görə Avropa məkanında məhz bu texnologiyaya üstünlük verilir. ümumi dəyəri təqribən 400 milyon dollar olan bu layihə Azərbaycanın qeyri-neft sektorunda ən böyük layihələrdən biri olacaq. Müəssisədə yenidənqurma işləri 2011-ci ildə başa çatacaq. Yeni sobada gündə 4 min ton klinker istehsal ediləcək. Yenidənqurmadan sonra klinker istehsalı ildə 0,8 milyon tondan 1,2 milyon tona, sement istehsalı isə 1,3 milyon tondan 1,7 milyon tona çatdırılacaq. Bütövlükdə zavodun illik istehsal gücü təxminən 31 faiz artacaq. Yeni texnologiya atmosferə tullantıların əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq və müəssisənin fəaliyyətinin ətraf mühitə təsirini azaldacaq. Eyni zamanda, elektrik enerjisi sərfinin 50 faizdən az olacağı gözlənilir.
Yaxın gələcəkdə müəssisədən 20 kilometr aralıda əhəngdaşı karxanası istismara veriləcək. Prezident İlham Əliyev zavodun yenidənqurmadan sonrakı vəziyyətini əks etdirən maketə baxıb. Sonra yeni sobanın təməlqoyma mərasimi olub. Dövlətimizin başçısı gilizi təmələ qoyub, özülə beton qarışığı tökülüb.
Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan çox uğurla inkişaf edir, ölkəmizdə bütün sahələrdə iqtisadiyyat güclənir: “Xüsusilə indiki böhran şəraitində, dünyanı iqtisadi və maliyyə böhranı bürüyüb, eyni zamanda, bu böhran artıq sənaye istehsalına da mənfi təsir etməyə başlamışdır. Belə bir şəraitdə Azərbaycanda xarici sərmayələrlə yeni, böyük, 300 milyon avrodan artıq dəyəri olan sement zavodunun təməlinin qoyulması çox böyük hadisədir. Bu, ilk növbədə, onu göstərir ki, xüsusilə böhranlı durumda xarici investorların Azərbaycana marağı artıbdır. Eyni zamanda, onu göstərir ki, Azərbaycan dövləti xarici investisiyaların cəlb edilməsi üçün əlavə tədbirlər görür. Azərbaycanda çox gözəl sərmayə mühiti vardır, xarici şirkətlərlə dövlət qurumları arasında səmərəli əməkdaşlıq mövcuddur və bu, daha da dərinləşir”.
“Azərbaycan xarici sərmayələrin qoyuluşu üçün sözün əsl mənasında çox gözəl bir yerdir” - deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, həm xarici şirkətlərin marağı, beynəlxalq maliyyə qurumlarının Azərbaycana böyük məbləğdə kreditlər ayırması, həm də yerli şirkətlərin bu işlərdə iştirakı Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar, sənayeləşdirmə siyasəti və inkişafla bağlı bütün görülən tədbirlər öz nəticəsini verməkdədir: “Bildiyiniz kimi, son beş il ərzində Azərbaycanda 766 min yeni iş yerləri açılmışdır ki, onların 547 mini daimi iş yerləridir. Azərbaycanda qeyri-neft sektorunun inkişafında bu zavodun böyük rolu olacaqdır. Böyük qürur hissi ilə deyə bilərəm ki, böhrana baxmayaraq, bu ilin birinci rübündə Azərbaycanda qeyri-neft sektoru 14 faiz artıbdır. Bütün dünyada iqtisadiyyat tənəzzülə uğrayır, sənaye istehsalı aşağı düşür. ölkələr çətin vəziyyətə düşür, xarici maliyyə yardımına ehtiyacları artır. Ancaq Azərbaycanda biz tam başqa mənzərəni görürük. Azərbaycan həm maliyyə baxımından, həm də yerli resurslar baxımından özünü təmin edən ölkədir. İqtisadi inkişaf baxımından birinci rübdəki artım bir daha göstərir ki, bizim ölkəmiz uzunmüddətli inkişaf strategiyasını düzgün seçibdir. Aparılan iqtisadi islahatlar Azərbaycana böyük mənfəət gətiribdir”.
Azərbaycanın uğurlu inkişafının bundan sonra da davam edəcəyini söyləyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan öz gücü ilə yaşaya və sürətlə inkişaf edə biləcəyini artıq sübut edib: “Mən çox şadam ki, bu gözəl gündə biz təməl qoyulmasında bərabər iştirak edirik. Əminəm ki, bu, eyni zamanda, Azərbaycanın dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya proseslərinə güclü təkan verəcəkdir. Bizim xarici şirkətlərlə əməkdaşlığımıza yeni imkanlar açacaqdır”.
Sonra Holsim Group şirkətinin rəhbəri Markus Akerman çıxış edib. O, söyləyib ki, Holsim ölkəyə yeni texnologiyalar, iş metodları gətirmək, yeni iş yerləri açmaq, insan resurslarını inkişaf etdirmək və təlimlər keçmək, ətraf mühitin qorunması işinə yatırım etmək, yüksək keyfiyyətli məhsulları istehsal edərək, özünün müştəri xidmətləri və təhsil proqramları vasitəsilə Azərbaycanda inkişafı dəstəkləmək arzusundadır.

Paylaş:
Baxılıb: 1300 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31