/ / YAP Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar yaşıllaşdırma aksiyası keçirib
YAP Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar yaşıllaşdırma aksiyası keçirib
21.04.2009 [16:58]
Xəbər verildiyi kimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar olaraq, Yeni Azərbaycan Partiyası aprelin 18-də Bakının Səbail rayonu ərazisində yerləşən “Bayıl yamacı” massivində yaşıllaşdırma aksiyası keçirib. Ağacəkmə aksiyasında Yeni Azərbaycan Partiyasının rəhbərliyi, Milli Məclisin deputatları, partiyanın Bakı şəhər, rayon təşkilatlarının fəalları iştirak ediblər. Yaşıllaşdırma aksiyası çərçivəsində yeni ağac və bəzək kolları əkilib, qurumuş ağaclar kəsilib və ərazidə abadlıq işləri aparılıb. Aksiya barədə jurnalistlərə açıqlama verən millət vəkili, YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov bildirib ki, ərazidə 5 minə qədər müxtəlif növ ağac və bəzək kolları əkilib. Əli Əhmədov YAP-ın təşəbbüsü ilə belə tədbirlərin paytaxtın digər ərazilərində də davam etdiriləcəyini söyləyib:
- öncə onu deyim ki, bu, 2001-ci ildə Azərbaycanın müstəqilliyinin 10 illiyi ilə əlaqədar YAP-ın saldığı bağdır. Hər il bura qulluq edirik, yeni ağaclar əkirik. Bu onu göstərir ki, YAP üzvləri ulu öndər Heydər Əliyevin ideyalarına sadiqdirlər. çünki ümummilli lider Heydər Əliyevin təbiətə, yaşıllaşdırmaya münasibəti hamıya məlumdur. Bütövlükdə Azərbaycan təbiətinin qorunmasında, xüsusilə, Bakı şəhərinin yaşıllaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Təbii ki, ulu öndərin tövsiyələrinə əməl edən YAP-ın hər bir üzvü Azərbaycan təbiətinin qorunmasına, paytaxt Bakıda və respublikamızın digər yerlərində yaşıllaşdırma işlərinin aparılmasına böyük önəm verir. Bir neçə ildir ki, YAP tərəfindən müxtəlif yerlərdə, o cümlədən, Bayıl yamacında yaşıllaşdırma kampaniyası həyata keçirilir. Məqsədimiz Bakının daha da gözəlləşməsinə xidmət etməkdir. Artıq böyük bağa çevrilmiş bu ərazi gələcəkdə YAP-ın təbiətə verdiyi töhfəni xatırladacaq. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, gələcəkdə başqa bir yerdə yaşıllaşdırma işi aparmağı nəzərdə tuturuq. O da, bağların biri olacaq. Bu aksiyada iştirak edənlərin hamısı YAP-ın üzvləridir. Sevindirici haldır ki, gənclərimiz bu işdə xüsusi fəallıq göstərir, tədbirlərdə yaxından iştirak edirlər.
Yeri gəlmişkən, aksiyada iştirak edənlər də qəzetimizə açıqlamalarında bu aksiyanı yüksək dəyərləndiriblər.
Mübariz Qurbanlı, millət vəkili, YAP icra katibinin müavini:
- Biz hər il belə tədbirlər keçiririk. Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı tədbirlər silsilə xarakteri daşıyır. Bu bağı da YAP salıb. Bu bağ YAP-ın bağı hesab olunur. Təkcə Bakı şəhərində deyil, rayonlarda da YAP-ın yerli təşkilatları bu tipli tədbirlər keçirirlər. Hər il keçirilən bu tipli aksiyalarda YAP-ın minlərlə üzvü iştirak edir. Yaşıllıq bizim xilasımız, gələcəyimizdir.
Eldar İbrahimov, Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü:
- İlk dəfə bu kampaniyaya 2001-ci ildə start verilib. Biz təklif etmişik ki, bu park Yeni Azərbaycan parkı adlandırılsın. İnanırıq ki, bu cür tədbirlər silsilə xarakteri daşıyacaq və paytaxtın müxtəlif yerlərində belə yaşıllıq guşələri salınacaq, YAP belə parkların salınması işini həmişə davam etdirəcək.
Kərim Kərimov, YAP İdarə Heyətinin üzvü:
- Bu tədbir YAP-ın böyük bir xeyirxah missiyasının və dövlət siyasətinə verilən töhfəsinin nəticəsidir. Bu ərazidə sürüşmə baş verən zaman YAP belə bir təşəbbüslə çıxış etdi ki, ərazidə yaşıllaşdırma işləri aparmaqla ərazinin təhlükədən qorunmasına nail olmaq olar. Bu tədbirlərin mahiyyəti də buna xidmət edir. İndi bu ərazi təhlükəsiz bir yerə və şəhərin ən gözəl guşəsinə çevrilib. Bura park olduqdan sonra insanların istirahəti üçün əvəzolunmaz yerə çevriləcək. Biz ildə iki dəfə bu cür tədbirləri, yaşıllaşdırma kampaniyasını davam etdirəcəyik.
Şahlar Əsgərov, YAP İdarə Heyətinin üzvü:
- Yeni Azərbaycan Partiyası bu xeyirxah missiyası ilə bir daha cəmiyyətimizin ən mütərəqqi partiyası olduğunu sübut etdi. Son illərdə bu partiya xeyli sayda xeyirxah təşəbbüslərlə çıxış edir. Elə referendumun keçirilməsi də həmin missiyanın göstəricisi sayıla bilər. YAP neçə illərdir ki, yaşıllaşdırma işlərində də aktiv iştirak edir. Şıx yamacında əkilmiş ağaclar bu gün təbiətə xüsusi estetik gözəllik verir. YAP gələcəkdə də bu işləri davam etdirəcək.
Mirkazım Kazımov, YAP Siyasi Şurasının üzvü, millət vəkili:
- Bu aksiya bir neçə ildir ki, həyata keçirilir. O vaxt bu ərazidə bir ədəd ağac yox idi. Partiyamız öz saf niyyətini açıqlayaraq belə tədbirlərə start verdi. YAP-ın bu təşəbbüsü nəticəsində Bayıl yamacı artıq böyük bir meşə massivinə, yaşıllığa çevrilməkdədir. Biz bu tədbirləri hər il davam etdirəcəyik və gələn il başqa yerdə ağaclar əkəcəyik.
Əhəd Abıyev, millət vəkili:
- Yüksək səviyyədə keçən bu kampaniya YAP-ın böyük amallara xidmət etdiyini göstərir. Bu tədbirlər ölkəmiz üçün lazımdır, insanların rahatlığı, təbiətin mühafizəsi, ekoloji siyasətin gücləndirilməsi üçün vacibdir. Bu ərazilər bir neçə ildən sonra böyük yaşıllıq massivinə çevriləcək, insanlar rahat oturub dincələcək, istirahət edəcək və YAP-ın bu təşəbbüsünü yüksək qiymətləndirəcəklər.
Hüseynbala Mirələmov, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili:
- Bu gün respublikamızda hər bir sahədə inkişaf gedir, bu işlərdə YAP ön sıralarda dayanır. Partiyamızın bu təşəbbüsü torpağa, vətənə olan məhəbbətinin nümunəsidir. Partiya üzvlərinin ölkəmizdə quruculuq işlərinə necə böyük diqqət yetirməsinin sübutudur.
Fikrət İsmayılov, YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü:
- Bu cür genişmiqyaslı tədbirlərin keçirilməsi partiyamızın ölkəmizin inkişafı naminə gördüyü əhəmiyyətli işlərin davam etdiyindən xəbər verir. Belə tədbirlərin keçirilməsi, eyni zamanda, ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Bu gün bu əraziyə əkilən ağaclar 4-5 ildən sonra buranın gözəl təbiət guşəsinə çevrilməsinə səbəb olacaq.
Ramil Həsənov, YAP Gənclər Birliyinin sədri:
- Bu yaşıllışdırma aksiyasında YAP Gənclər Birliyinin 800 üzvü iştirak edir. ümumiyyətlə, partiyamızın gənc üzvləri təbiətin qorunması və ekologiyanın mühafizəsi istiqamətində əllərindən gələni etməyə hazırdırlar. Gənclərimiz partiyanın həyata keçirdiyi mütərəqqi aksiyaların önündə getməyə çalışırlar.
Mehriban Abbasquliyeva, YAP Sabunçu rayon təşkilatının sədri:
- Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünü çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, artıq bu, ənənə halını alıb. Bir neçə il öncə boş torpaq sahəsi olan bu məkan artıq Bakının ən gözəl yerlərindən birinə çevrilir. Mən hər bir vətəndaşımızı bu təşəbbüsə qoşulmağa çağırıram. Bilirsiniz ki, Azərbaycanda bu ənənənin banisi ulu öndər Heydər Əliyevdir. Hələ sovet dövründə Onun rəhbərliyi ilə keçirilən ümumxalq iməcilikləri Bakının gözəlləşməsində, müasirləşməsində müstəsna rol oynayıb.
Bəylər Qurbanov, “Aztelekom” İB Həmkarlar təşkilatının sədri:
- Artıq YAP bu tədbirləri 10 ilə yaxındır ki, davam etdirir və bu xeyirxah iş ənənə halını alıb. Əkilən ağaclar, salınan yaşıllıqlar paytaxtın gözəlləşməsinə səbəb olur. Yaşıllaşdırma işləri YAP-ın hər zaman dövlət siyasətinin həyata keçirilməsində öndə getdiyini bir daha təsdiqləyir. Partiyanın bütün təşəbbüsləri yenidənqurma, təkmilləşdirmə, inkişaf və digər tədbirlərlə müşayiət olunur. Bütün insanlar bugünkü aksiyaya sevinclə, ruh yüksəkliyi ilə gəlir, bu onların YAP-a, dövlətimizə olan məhəbbətinin nümunəsidir.
Vaqif İbrahimov, Bakı Dövlət Universitetinin müəllimi:
Bu gün hamımız üçün əlamətdar gündür, YAP-ın təşəbbüsü ilə burada ağaclar əkilir. Bizim partiya hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümündə belə xeyirxah aksiyanı keçirir. Bu, YAP-ın ümumdövlət işinə verdiyi töhfədir, ekoloji siyasətin həyata keçirilməsində fəal iştirakıdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41

