/ / Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları əsasında nizamlanmalıdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları əsasında nizamlanmalıdır
15.05.2009 [14:11]
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvlərini qəbul edib. Görüşdə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində danışıqların hazırkı vəziyyəti ilə əlaqədar verilən sualı belə cavablandırıb: “Hazırda vəziyyətlə bağlı müxtəlif yanaşmalar, qiymətləndirmələr var. Bəzilərinə belə gələ bilər ki, biz razılaşmaya yaxınıq, digərləri isə iddia edə bilərlər ki, bu istiqamətdə hələ çox iş görülməlidir. Danışıqlarda irəliləyişə gəldikdə, mən bunu müsbət istiqamətdə gedən proses kimi dəyərləndirirəm və razılaşmanın müəyyən məsələləri ilə bağlı irəliləyişə nail olunmuşdur, hansı ki, bir neçə il əvvəl bu mümkün deyildi. Lakin bu irəliləyiş məsələnin nizamlanmasına nail olmaq və razılaşmanın əldə edilməsi üçün kifayət etmir. Minsk Qrupunun yaranmasından 17 il keçib və bütün irəliləyişlərə baxmayaraq, heç bir nəticə yoxdur. Vəziyyət əvvəllər olduğu kimi qalmaqda davam edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən 7 rayon ermənilər tərəfindən zəbt olunmuşdur. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir və bu vəziyyət indi də davam etməkdədir. Münaqişənin nizamlanmasına gəldikdə, bu, beynəlxalq hüquq normalarının möhkəm əsasları üzərində həll olunmalıdır. Münaqişə yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında nizamlanmalıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Torpaqlarımızın işğal faktı beynəlxalq birlik tərəfindən tanınmışdır. Azərbaycanın ərazi bütövlüyü də beynəlxalq səviyyədə qəbul edilmiş və dəstəklənmişdir. Minsk Qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyünün müdafiə olunması ilə bağlı bir neçə dəfə açıq bəyanatlar vermişlər. Azərbaycan BMT-yə üzv olarkən ərazi bütövlüyümüz bu təşkilat tərəfindən tanınmışdır. Ermənistan tərəfinin bir arqument kimi ortaya qoymağa çalışdığı öz müqəddəratını təyin etmək hüququ ilə bağlı demək istəyirəm ki, ermənilər Ermənistan dövlətini yaradarkən artıq bu hüquqdan istifadə etmişlər. Əgər onların bu məntiqlərinə əsaslanılarsa, dünyada xeyli sayda erməni dövləti yaranar. Bu səhv yanaşmadır. Biz həmişə danışıqlarda Ermənistan tərəfinin diqqətini Helsinki Yekun Aktına yönəltməyə çalışırıq. Bu yekun aktında ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyin etmə hüquqları barədə müddəalar açıq şəkildə öz əksini tapmışdır: öz müqəddəratını təyin etmə hər hansı bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bütövlüyü prinsipini poza bilməz. Buna görə də münaqişədə nizama salınma, ilk növbədə, beynəlxalq hüquq normalarına əsaslanmalıdır ki, bu da öz növbəsində ərazi bütövlüyümüzü bərpa etməyə, orada ermənilərin və münaqişədən əvvəl Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalinin öz torpaqlarına qayıdaraq sülh şəraitində yaşamasına imkan verəcəkdir. Bu gün Avropada sərhədlərin açıldığı və inteqrasiya proseslərinin getdiyi bir dövrdə heç bir ölkə öz gələcəyini təcrid olunmuş şəkildə qurmamalıdır. Bu gün Ermənistanın düşdüyü bu vəziyyəti onlar təcavüzkar siyasət həyata keçirməklə özləri yaratmışlar”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59

