Heydər Əliyev Fondu səhiyyə sahəsində növbəti humanitar aksiyaya imza atıb
09.06.2009 [09:18]
Bu münasibətlə dünən Yasamal rayonundakı Heydər Əliyev məktəb-muzeyində şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan diabetli vətəndaşlara 1200 qutu “Diabeton MR” preparatı təqdim edilib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun gördüyü işlərlə bağlı ətraflı məlumat verib və həyata keçirdiyi mühüm layihələrdən danışıb.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ötən beş ildə ölkəmizdə həyata keçirilən bir çox irimiqyaslı layihələrə dəstək verib. Fond digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük layihələrin təşəbbüskarıdır. Onlardan biri “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir. 2004-cü il dekabrın 4-də Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqəti ölkəmizdə diabetli uşaqların probleminə cəlb edilib, bu xəstəliyə tutulmuş 14 yaşadək 310 uşağın dərmanlarla təmin olunmasındakı çətinliklər aradan qaldırılıb. Bu iş indi də davam etdirilir, diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, digər dərmanlar və qlükometr sarıdan korluq çəkmirlər. Vurğulanıb ki, cari ildə Fondun dəstəyi ilə uşaqlar üçün istifadəyə verilmiş qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəzlə yanaşı, reabilitasiya mərkəzinin inşası da başa çatmaqdadır. Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın tanınmış şirkətləri tərəfindən Fonda təqdim olunmuş hemodializ və endoskopik aparatlar hazırda müvafiq tibb müəssisələrində uğurla tətbiq olunur.
Tədbirdə çıxış edən Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov və “Servyer-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətin regional meneceri Rişad Təhməzov bildiriblər ki, 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkət Heydər Əliyev Fondu ilə birgə ikinci tip diabetli insanların müalicəsini təmin edən layihəni gerçəkləşdirir.
Fondun əhalinin sağlamlığının qorunması, tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması, vətəndaşlarımızın ölkədə və xaricdə müalicəsinə kömək məqsədi ilə həyata keçirilən irimiqyaslı proqram layihələrindən, tədbirlərdən danışan natiqlər xüsusi vurğulayıblar ki, Mehriban xanım Əliyevanın dəstəyi ilə bu gün Azərbaycanda diabetli xəstələrə xüsusi diqqət və qayğı göstərilir.
Sonda diabetli xəstələrə preparatlar təqdim edilib. Onlar məktəb-muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotomateriallarla yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15

