Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas prioritetidir

Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas prioritetidir

18.06.2009 [09:36]

Prezident İlham Əliyev: Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqeyindən əl çəkməyəcəkdir
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı artıq bütün dünya tərəfindən qəbul olunub. Təcavüzün ilk illərində Ermənistanın öz havadarlarının köməyi ilə apardığı yalnış təbliğat bu münaqişə haqqında dünya ictimaiyyətində səhv təsəvvür oyatsa da, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun həyata keçirilməsi nəticəsində bu mənfur yalan üzərində qurulan informasiya blokadası yarıldı. Məhz Ulu öndərin əsasını qoyduğu və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən xarici siyasət kursu münaqişədə Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmə çatdırılmasına yol açıb.
Son zamanlar problemin həlli ilə bağlı aparılan danışıqlar prosesinin intensivləşdirilməsi münaqişənin tez bir zamanda həll olunma ehtimalını gücləndirib. Bundan başqa, vasitəçi ölkələrin daha ciddi fəaliyyət nümayiş etdirməsi də müsbət proqnozların səslənməsinə səbəb olub. Təbii ki, Azərbaycan tərəfi, hər zaman bəyan etdiyi kimi, bu gün də öz mövqeyindədir: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, əks halda heç bir mexanizmdən söhbət gedə bilməz. Bu məsələ son dövrlərdə bütün dünya ölkələri tərəfindən xüsusi olaraq vurğulanıb. İstər BMT-nin Baş Məclisinin sessiyalarında qəbul olunan qətnamələrdə, istərsə də NATO-nun zirvə sammitlərinin yekun bəyannamələrində bu məqam öz əksini tapır. Dünya ölkələri münaqişənin ədalətli şəkildə, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir.
Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan xarici siyasətinin prioritetləri sırasında birincidir. öz siyasətini milli maraqlar üzərində quran Azərbaycan hakimiyyəti bütün ikitərəfli və çoxtərəfli əlaqələrin yalnız qarşılıqlı, faydalı şəkildə inkişafının tərəfdarıdır. Azərbaycan Prezidenti İlham Əliyev öz nitqlərində hər zaman bu məqamı xüsusi olaraq vurğulayır. Azərbaycan ilə normal səviyyədə münasibət quran ölkələrə dövlətimizin münasibəti adekvatdır: “Azərbaycan beynəlxalq mövqelərini yüksək dərəcədə möhkəmləndirə bilmişdir. Biz dünya birliyinə inteqrasiya edirik, eyni zamanda, öz siyasətimizi milli maraqlar üzərində qururuq, dərin tarixi və mədəni əsaslar üzərində qururuq. Azərbaycanın xarici siyasəti çox açıqdır, aydındır. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq. Bu münasibətlər qarşılıqlı hörmət və qarşılıqlı maraq əsasında qurulubdur. Azərbaycan dünya birliyində etibarlı ölkə və tərəfdaş kimi tanınır”.
Bu gün beynəlxalq aləmin Dağlıq Qarabağ həqiqətlərini olduğu kimi qəbul etməsi, məsələnin ədalətli həllini tələb etməsi Azərbaycan diplomatiyasının qələbəsidir. Bu baxımdan, ölkəmiz son dövrlərdə münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesində üstünlük əldə edib. Yenə də xüsusilə qeyd edilməlidir ki, bu uğur ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun zəfəridir. Prezident İlham Əliyev hər zaman bildirib ki, münaqişənin həll edilməməsinin yeganə səbəbi qarşı tərəfin - Ermənistanın  qeyri-konstruktiv mövqe tutmasıdır. Belə addımlar isə Azərbaycanı öz yolundan bir addım da döndərə bilməz: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Artıq heç kim üçün sirr deyildir ki, bu taktika Ermənistan tərəfindən istifadə olunur. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqeyindən əl çəkməyəcəkdir. Biz geri bir addım atmayacağıq. çünki dünya birliyi bizim mövqeyimizi dəstəkləyir, mötəbər beynəlxalq təşkilatların qərarları bizim tərəfimizdədir”.
Azərbaycan hər zaman məsələnin sülh yolu ilə tənzimlənməsini istəyib. Aparılan danışıqlar prosesində də dövlətimiz bu mövqeyini açıq şəkildə nümayiş etdirib. Amma qarşı tərəfin qeyri-konstruktiv yol seçməsi, işğalçı siyasətdən əl çəkməməsi ölkəmizin başqa vasitələrə də müraciət edə bilmə perspektivini gündəmə gətirir. Azərbaycan öz torpaqlarını hansı yolla olursa-olsun, işğaldan azad edəcək. Bu gün Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycanın güclü, nizami ordusu var və bu ordu öz torpaqlarını işğaldan azad etməyə  qadirdir. Azərbaycan öz iqtisadi qüdrətini problemlərinin həllinə yönəltməyi bacarıb. ölkə başçısı müdafiə gücümüzün artırılması məsələsinin hər zaman gündəmdə olduğunu xüsusilə vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi potensialının hərbi sahəyə yönəldilməsini ölkəmizin milli maraqları çərçivəsində atılan addım kimi dəyərləndirib: “Atəşkəsdən keçən 15 il ərzində biz öz konstruktiv mövqeyimizi göstərmişik. Amma bununla bərabər, Azərbaycanda ordu quruculuğu işlərinə də çox böyük diqqət veririk. Son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər əldə edilib. Bizim artıq peşəkar ordumuz var. Ordunun döyüş qabiliyyəti çox yüksəkdir. Ordumuzun maddi-texniki bazası son illər ərzində yüksək dərəcədə gücləndirilibdir. Heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz. Biz öz müdafiə gücümüzü daha da artıracağıq. Bu məqsədlər üçün nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Biz Azərbaycan xalqının zəhməti hesabına qazanılmış vəsaiti ordumuzun güclənməsinə sərf edirik. Mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan sülhsevər dövlətdir. Biz sülhməramlı siyasət aparırıq və əgər Azərbaycanın xarici və daxili siyasətinə nəzər salsaq görərik ki, bütün ölkələrlə dostluq, mehribanlıq şəraitində yaşamaq istəyirik”.
Pərviz SADAYOÄžLU


Paylaş:
Baxılıb: 1180 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31