Bu gün Heydər Əliyev siyasəti, Onun ideyaları, qurduğu müstəqil dövlət yaşayır və güclənir
24.06.2009 [12:31]
Məlum olduğu kimi, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşduqdan sonra Azərbaycan öz tarixinin mürəkkəb dövrünü yaşamış, müstəqilliyin ilk illərində ölkədə ictimai-siyasi həyatın bütün sahələrində xaos, hərc-mərclik, anarxiya hökm sürmüşdür.
1993-cü ilin yayında vəziyyət elə bir həddə çatmışdı ki, ölkədə hakimiyyət boşluğu, vətəndaş müharibəsinin reallaşması, anarxiya və dağıdıcılıq siyasəti, ağır iqtisadi vəziyyət, sabitliyi pozmaq istəyən qüvvələrin azğınlığı, bir-birinin ardınca həyata keçirilən təxribatlar, mütəşəkkil cinayətkarlığın təhlükəli xarakter alması ictimai-siyasi və sosial ziddiyyətləri daha da kəskinləşdirmişdi. ölkədə hökm sürən anarxiya, özbaşınalıq və total böhran faktiki olaraq Azərbaycanı parçalanmağa sürükləyirdi, Azərbaycan uçurum kənarında idi.
Təbii ki, belə vəziyyətdə Azərbaycanın əsl xilaskara böyük ehtiyacı vardı. Həmin vaxt hamının nəzərləri Naxçıvana - böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevə dikilmişdi. Azərbaycan xalqı şübhə etmirdi ki, ölkəni düşdüyü çətin, çıxılmaz vəziyyətdən yalnız və yalnız Heydər Əliyevin təcrübəsi, müdrikliyi, iradəsi xilas edə bilər.
Ulu öndər Heydər Əliyev xalqın bu ağır günündə - iyunun 9-da Bakıya gəldi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-dən isə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
O dövrdə yenicə müstəqillik qazanmış, hələ dünya ailəsinə inteqrasiya etməyə imkan tapmamış gənc Azərbaycan dövlətinin sükanı arxasına keçən Heydər Əliyev respublikada hökm sürən siyasi sabitsizliyin, iqtisadi tənəzzülün, vətəndaş müharibəsi vəziyyətinin, bir sözlə, ölkənin müstəqilliyinə real təhlükə yaradan, nəzarətdən çıxan ictimai-siyasi proseslərin qarşısını almağa və xalqı onu gözləyən bəlalardan xilas etməyə nail oldu. Həmin ərəfədə kənar qüvvələrin diktəsi, dəstəyi və fitnəkarlığı ilə respublikada qarmaqarışıqlıq yaradan və vətəndaş müharibəsi törətməklə ölkəni yenidən kimlərinsə köləliyi altına sürükləməyə can atan daxili düşmənlərimizin, vətən xainlərinin bədniyyətli əməllərinin qarşısını almaq yalnız Heydər Əliyevin imkanları daxilində idi.
Ulu öndər qətiyyətlə, dahi uzaqgörənliklə Azərbaycan dövlətçiliyini ona qarşı yönəlmiş qəsdlərdən uğurla qorudu, ölkəmiz qısa zamanda əsrə bərabər uğurlu yol keçdi. Məhz Heydər Əliyevin qeyri-adi gedişləri və zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş idarəetmə bacarığı Azərbaycan dövlətini böyük faciələrdən xilas etdi, ölkədə gözlənilən dövlət çevrilişinin və dövlətçilik əleyhinə təxribatların qarşısı alındı, daxili düşmənlərin fəaliyyətinə son qoyuldu, ölkədə sabitlik bərpa edildi, cəbhə xəttində atəşkəs elan olundu və ən əsası respublikamız inkişaf yoluna çıxdı.
O illərdə başlanmış və bu gün uğurla davam etdirilən həm siyasi, həm də iqtisadi islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiya etmək istiqamətində atılmış addımlarını təmin etdi. O illərdə Ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyası bu gün Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, ölkəmizin müstəqil dövlət kimi yaşamasına xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxıb. Bütün mübarizələrdə - istər daxili, istərsə də beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə edib və qələbə qazanıb. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər Azərbaycan üçün böyük fəlakətlərlə nəticələnib. Yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. çünki bu gün Heydər Əliyev siyasəti yaşayır, Onun ideyaları yaşayır, Onun qurduğu müstəqil dövlət yaşayır və güclənir.
Bu gün Ulu öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilir, müstəqil Azərbaycan hər ötən gün yeni-yeni uğurlara imza atır. İqtisadi artım tempinə görə dünyada lider dövlətə çevrilən ölkəmiz beynəlxalq münasibətlər məkanında öz sözünü qətiyyətlə deyir, onun razılığı olmadan bölgədə heç bir qlobal layihə gerçəkləşə bilməz. Bütün bunlar Azərbaycan xalqının 1993-cü ildə etdiyi seçimin nə qədər düzgün olduğunun əyani nümunəsidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15

