Azərbaycan ilə Rusiya arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir
30.06.2009 [10:17]
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev dünən Azərbaycana işgüzar səfərə gəlib.
Səfər çərçivəsində həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminlik ifadə olunub.
Həmçinin görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Hörmətli Dmitri Anatolyeviç!
Hörmətli qonaqlar! Sizi Azərbaycanda salamlamağa şadam. Xoş gəlmisiniz. Biz Sizin gəlişinizi gözləyirdik və bu səfər qısamüddətli olsa da, ümid edirik ki, kifayət qədər səmərəli olacaqdır. Son bir ildə biz bir neçə dəfə görüşmüşük və bu, bizim münasibətlərimizin dinamik xarakterini göstərir. Bu gün biz xatırladıq ki, düz bir il əvvəl Siz Azərbaycanda rəsmi səfərdə olmusunuz və həmin səfər çərçivəsində imzalanmış dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamə uğurla yerinə yetirilir. Biz çox şadıq ki, bir il sonra Sizi yenidən Bakıda görmək, ikitərəfli münasibətlərin mühüm məsələlərini, regional problemləri, - adətən olduğu kimi, - dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət ruhunda müzakirə etmək imkanı var. Biz Sizin gəlişinizə həmişə şadıq.
Bir daha xoş gəlmisiniz”.
Rusiya Prezidenti Dmitri Medvedev təşəkkürünü bildirərək deyib: “çox sağ olun, İlham Heydər oğlu. Bu gün Azərbaycana gəlmək mənə də çox xoşdur. Bizim iş cədvəllərimiz çox gərgindir. Lap yaxın vaxtlarda Sizinlə Peterburqda görüşmüşdük, ondan əvvəl də Siz Rusiyaya səfər etmişdiniz. Mənim indiki səfərim işgüzar səfərdir, Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, nisbətən qısamüddətli, lakin məzmunlu səfərdir, çünki biz görüşün gündəliyini hərtərəfli hazırlamışıq. Bir sıra sənədlər üzərində iş aparılmışdır, onlar bu gün imzalanacaqdır. Əlbəttə, bu, ölkələrimiz arasında, xalqlarımız arasında münasibətlərin - xalqlarımızı bir-birinə bağlayan ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin strateji xarakterini əks etdirir və biz həmin münasibətlərin daha da inkişaf etməsi üçün lazım olan hər şeyi etməyə hazırıq.
ümidvaram ki, bugünkü görüşün nəticəsində biz əməkdaşlığın yeni formatlarını müəyyən edəcək, iqtisadiyyat haqqında da söhbət edəcəyik, çünki bu da çox vacibdir. Əlbəttə, biz siyasət haqqında da, o cümlədən xarici siyasət məsələləri barədə də söhbət edəcəyik”.
Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev Xəzər dənizi üzrə birgə Bəyannaməni və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri və Samur çayının su resurslarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə birgə Bəyannaməni imzalayıblar.
Azərbaycan təbii qazının alış-satışı üzrə müqavilənin əsas şərtlərini Azərbaycan tərəfdən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Rusiya tərəfdən “Qazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin prezidenti Aleksandr Miller, Azərbaycan Respublikası və Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası hökumətləri arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq haqqında razılaşmanı Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfdən isə Kabardin-Balkar Respublikasının prezidenti Arsen Konokov, Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasında və Rusiya Federasiyasının Azərbaycan Respublikasında diplomatik nümayəndəliklərinin yerləşdirilməsi və xidmət göstərilməsi üzrə şərtlər haqqında sazişin hazırlanması barədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında birgə Bəyannaməni Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov imzalayıblar.
Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin birgə mətbuat konfransı olub. Dövlət başçıları bəyanatla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli Dmitri Anatolyeviç! Hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən Rusiya Prezidentini ölkəmizdə yenidən salamlamağa şadam. ölkələrimiz arasında çox yüksək səviyyədə qarşılıqlı siyasi fəaliyyət, çox sıx əlaqələr mövcuddur. Münasibətlər yüksək dərəcədə dinamikliyi ilə xarakterizə edilir. Prezidentlər səviyyəsində müntəzəm görüşlər keçirilir ki, bu da münasibətlərimizin xarakterini əks etdirir və ölkələrimizi daha da yaxınlaşdırır.
Biz hamımız Prezident Medvedevin düz bir il əvvəl Azərbaycana rəsmi səfərini çox yaxşı xatırlayırıq. Yüksək qiymətləndiririk ki, bu, Prezident kimi Dmitri Anatolyeviçin ilk rəsmi səfərlərindən biri idi və həmin səfər çərçivəsində imzalanmış sənədlər bu gün yerinə yetirilir. Dostluq və strateji əməkdaşlıq haqqında müqavilə uğurla yerinə yetirilir və bu gün imzalanmış sənədlər son bir il müddətində əldə etdiklərimizin məntiqi davamıdır.
Bizim aramızda bir neçə görüş olmuşdur və onların hər biri çox mühüm idi. Biz həm bu gün və həm də gələcəkdə münasibətlərimizin xarakterini və regional prosesləri xeyli dərəcədə müəyyənləşdirən qərarlar qəbul etmişik.
İqtisadi planda müxtəlif layihələr də uğurla həyata keçirilir. Dünyada baş vermiş maliyyə böhranı ilə əlaqədar əmtəə dövriyyəsinin bir qədər azalmasına baxmayaraq, bunun dinamikliyi, strukturu deməyə imkan verir ki, bu müvəqqəti hal tezliklə aradan qaldırılacaqdır. Həm də, bu gün imzalanmış sənədləri nəzərə almaqla inanıram ki, növbəti ildə biz əmtəə dövriyyəsinin kəskin surətdə artacağını görəcəyik.
Biz humanitar sahədə əməkdaşlığın inkişaf etməsindən çox məmnunuq. Bu sahə ölkələrimiz üçün çox mühüm əhəmiyyətə malikdir. Biz öz tərəfimizdən hər şeyi etməyə çalışırıq ki, bu sahədə əməkdaşlıq ölkələrimiz arasında həm siyasi və həm də iqtisadi münasibətlərə həmişə uyğun gəlsin. Şadam ki, bu baş verir.
Bu gün biz qaz sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı zəmin yaratdıq. Bu gün “Qazprom” və ARDNŞ arasında münasibətlərimizdə yeni səhifə açan müqavilə imzalamışıq. Hesab edirəm ki, bu əməkdaşlıq çox uğurlu, qarşılıqlı faydalı olacaq, Rusiya və Azərbaycanın maraqlarını tam təmin edəcəkdir. Təməli qoyulan bu işlərin, bu təşəbbüslərin uğurla həyata keçirilməsi, təbii ki, ölkələrimiz arasında energetika sahəsində genişmiqyaslı əməkdaşlıqdan çox asılı olacaqdır. Bu, neft, qaz və həm də elektroenergetikadır və bütün bu istiqamətlərdə yaxşı nəticələr vardır.
Bu gün imzalanmış müqavilə energetika üzrə münasibətlərimizin yeni istiqamətidir. Qaz amilinin regionda və dünyada vacibliyini nəzərə alaraq, hesab edirəm ki, imzalanmış müqavilənin mühümlüyü xüsusi şərh tələb etmir.
Bu gün ölkələrimiz arasında sərhədin yekun delimitasiyası işində də mühüm addım atdıq. Bundan sonra bu istiqamətdə irəliləyəcəyimiz və müqavilələrin imzalanmasına imkan verən prinsiplər razılaşdırılmışdır. ümumiyyətlə mən münasibətlərimizin inkişafından çox razıyam.
Rusiya və Azərbaycan arasında münasibətlər barədə çox danışmaq olar. Bu gün geniş formatın yalnız bir hissəsi müzakirə edildi və biz mühüm razılaşmaya nail olduq.
Təbii, bu gün biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələlərini müzakirə etdik. Biz Rusiyaya və şəxsən onun Prezidentinə münaqişənin nizama salınması prosesində fəal iştiraka görə çox minnətdarıq. Bu ayın əvvəllərində Peterburqda Rusiya Prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilmiş görüş əminəm ki, danışıqların davam etdirilməsi üçün yaxşı mühit yaratmışdır. Biz vasitəçi kimi, Azərbaycanın qonşusu kimi bu mürəkkəb məsələnin nizama salınmasında Rusiyanın gələcəkdə də fəal iştirakına ümid bəsləyirik.
Bir daha bu gün keçirilmiş görüşlər və imzalanmış sənədlərə, həm də bütövlükdə ölkələrimiz arasında münasibətlərə görə məmnunluğumu ifadə etmək istəyirəm. Əminəm ki, gələcəkdə onlar uğurla inkişaf edəcəkdir. Sağ olun”.
Rusiya Prezidenti Dmitri Medvedev söyləyib: “Hörmətli İlham Heydər oğlu! Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri. Həqiqətən Azərbaycan Prezidenti ilə bizim çox yaxşı və səmərəli danışıqlarımız oldu. Demək istərdim ki, doğrudan da görüşlərimizin tez-tez baş tutması və dinamikliyi, bu danışıqları fərqləndirən şərait, mühit bizi çox sevindirir. Ona görə ki, bu, məlum dərəcədə danışıqları necə aparmağın, ən müxtəlif iqtisadi, siyasi məsələlər üzrə razılığa necə gəlməyin nümunəsidir. Biz həqiqətən tez-tez görüşürük. Bu, Rusiya və Azərbaycanı birləşdirən strateji münasibətlərin xalqlarımızın rifahı naminə möhkəmlənəcəyinə, davamlı və çox qarşılıqlı faydalı surətdə inkişafına təminatdır. Bu gün burada, belə gözəl yerdə biz ən müxtəlif məsələlər üzrə danışıqlar apardıq. Lakin, əlbəttə, buna qədər bizim nümayəndə heyətləri də işləmişlər. Buna görə də biz sadəcə daxili və xarici mövzuları müzakirə etmək üçün deyil, sənədlər üzərində işi yekunlaşdırmaq üçün görüşmüşük. Elə indicə mənim həmkarım - Azərbaycan Prezidenti də həmin sənədlərin adını çəkdi. Əlbəttə mən də qaz üzrə müqaviləni qeyd etmək istərdim. çünki bu, qaz sahəsində əməkdaşlığa başlamağın mərhələ anıdır. ölkələrimiz enerji daşıyıcılarının ən iri təchizatçılarıdır. Biz neft sahəsində işləmişik və işləməkdə davam edirik, lakin qaz sahəsində əməkdaşlığın inkişafını birbaşa indi açırıq. Deməli bu, hələlik başlanğıcdır. Lakin mənə elə gəlir ki, həmin istiqamətdə əlaqələri daha da təkmilləşdirmək, qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlıqla məşğul olmaq üçün yaxşı başlanğıcdır. Mən hesab edirəm ki, biz yaranan böyük imkanları və get-gedə artması ehtimal olunan böyük həcmləri nəzərə almaqla, bu işi bundan sonra da davam etdirə bilərik. Hər halda, bu gün imzaladığımız sənəd yaxşı başlanğıcdır. Əməkdaşlığın digər istiqamətlərinə gəldikdə isə, həqiqətən son illər az iş görülməmişdir. ötən il yeni strateji sənəd - dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamə imzaladıq. Bu sənəd indi icra olunur və bu gün imzaladığımız müqavilə həmin baza sənədinin konkretləşdirilməsidir.
Ayrıca onu da qeyd etmək istərdim ki, biz İlham Heydər oğlu ilə müntəzəm görüşürük və əgər hər hansı yeni təklif yaranırsa, onlar təcili və olduqca konstruktiv şəkildə nəzərdən keçirilir. Buna görə də mən dedim ki, bu, xarici siyasi işlərin aparılması baxımından nümunəvi xarakter daşıyır. Bu gün imzaladığımız bütün sənədlər, - bu, Xəzər dənizi üzrə birgə Bəyannamədir, - biz elə indi bu dənizin sahilindəyik və belə bir yerdə həmin sənədləri necə imzalamamaq olar. Bu, Xəzər tematikası üzrə birgə işimizin növbəti mərhələsidir; bu həmçinin diplomatik məsələdir, bizim çoxdan müzakirə etdiyimiz və yekunlaşdırılması lazım gələn və bu gün həllinə nöqtə qoyulmuş daşınmaz əmlak məsələsidir; bu, sərhədin yekun delimitasiyası məsələsi üzrə gələcək irəliləyişə dair memorandumdur - burada da iş görülmüş, kompromislər tapılmış və biz, əlbəttə həmin prosesi yaxın vaxtlarda başa çatdırmaq üçün bu işi davam etdirəcəyik. Bu gün gördüyümüz bütün işlər münasibətlərimizin çoxcəhətli - iqtisadi və humanitar sahələr üzrə mənzərəsini əks etdirir.
Son illər iqtisadiyyat, həqiqətən heç də pis inkişaf etməmişdir. ötən il əmtəə dövriyyəsi 2 milyard 400 milyon dollar səviyyəsinə qalxmışdır. Bu il, əlbəttə əmtəə dövriyyəsində azalma müşahidə edilir. Lakin qeyd etmək istəyirəm ki, bu, bizim münasibətlərimizə, Rusiya və Azərbaycan arasında münasibətlərə aid edildikdə faciəvi azalma deyildir. Təəssüf ki, bəzi hallarda sürətli enmə baş verir, bizdə isə bu belə deyildir. Biz əldə olunan səviyyəni saxlamaq istərdik. Bu gün imzalanan sənədləri nəzərə almaqla İlham Heydər oğlunun dedikləri ilə tam həmrəyəm, hər şeydən əvvəl burada hətta itirilmiş əmtəə dövriyyələrini bərpa etmək imkanı vardır.
ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dostluq xarakterini nəzərə alaraq deməliyəm ki, humanitar istiqamət ənənəvi olaraq çox vacibdir. Humanitar sahəyə başqa yerdə olmadığı qədər göstərdiyi diqqətə görə, Azərbaycan Prezidentinə məxsusi minnətdarlığımı bildirmək istərdim. Rusiya ali məktəblərinin filiallarının açılmasına dair qəbul edilən qərarlar, əlbəttə qarşılıqlı faydalı xarakterə malikdir. Biz çox şadıq ki, burada əməkdaşlıq sürətlə və güman etdiyimiz tərzdə çox səmərəli davam edir. Yaxın vaxtlarda müxtəlif tədbirlər olacaqdır. Praktik olaraq bu gün Rusiyada Azərbaycan günləri başlayır və bir sıra humanitar tədbirlər olacaqdır. Beləliklə, humanitar istiqamətdə bizdə hər şey qaydasındandır və istərdik ki, inkişaf edən iqtisadi və xarici siyasət istiqamətlərindəki əlaqələrimiz kimi, onlar da uğurla və səmərəli inkişaf etsin.
Biz, əlbəttə Dağlıq Qarabağ probleminin nizama salınması məsələsinə toxunmaya bilməzdik. Biz Peterburqda görülən işlər barədə danışdıq. Mənim üçün eşitmək xoşdur ki, Azərbaycan Prezidenti həmin məsləhətləşmələr mərhələsini kifayət qədər səmərəli qiymətləndirir. Rusiya bu prosesdə bundan sonra da kömək etməyə, həmin prosesin davam etməsinə və təbii ki, problemin yekun həllinə doğru irəliləməsi üçün bütün imkanları və vasitəçilik xidmətlərini göstərməyə hazırdır.
Buna görə də demək istərdim ki, bu gün əldə etdiyimiz nəticələrdən məmnunuq və Azərbaycan Prezidentinə məni və bizim nümayəndə heyətini Azərbaycana işgüzar səfərə dəvət etdiyinə görə təşəkkürümü bildirirəm.
Sağ olun, İlham Heydər oğlu”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

